Bazar ertesi, 23.12.2024, 03:51
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » İyun » 10 » MTN CeLİLABADDA XÜSUSİ EMELİYYAT KEÇİRDİ
    12:10
    MTN CeLİLABADDA XÜSUSİ EMELİYYAT KEÇİRDİ
     
    Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları Cəlilabadda xususi əməliyyat keçirib. Bu barədə redaksiyamıza məlumat verən mənbə əməliyyatın rayon mərkəzində keçirildiyini bildirib. MTN-in onlarla maskalı əməkdaşı rayonda “Baron İqbal” ləqəbi ilə tanınan İqbal adlı şəxsin və qonşusunun evini mühasirəyə alıb. Mühasirə saat 11-dən 20:30-dək davam edib və “Baron İqbal”ın Kənan adlı qardaşının həbsi ilə nəticələnib. Mənbənin sözlərinə görə, rayon əhalisi “Baron İqbal”ı narkotacir kimi tanıyır. Onun qonşu İrandan ölkəyə narkotik gətirdiyi söylənilir.
    Narkotik maddələr İran- Azərbaycan sərhədində İqbala məxsus bir ədəd  “Hummer” və bir neçə ədəd  “Nissan Murana” markalı avtomobillərə təhvil verilir. Mənbənin sözlərinə görə, mühasirəyə alınan evdə toy olub. Mühasirə zamanı odlu silahdan istifadə edilməyib. Dünən eyni zamanda Cəlilabad şəhəri Səməd Vurğun küçəsindəki evlərin birində də MTN-in axtarış apardığı bildirilib. Həmin evdə Daşqın adlı narkotacirin gizləndiyi güman edilir. Mənbənin sözlərinə görə, əməliyyatın keçirilməsinin əsl səbəbi bir neçə gün öncə Cəlilabad rayonunun İranla sərhədində baş verən silahlı toquşmadır. Həmin silahlı qarşıdurmada “Baron İqbal”ın adamlarının da iştirak etdiyi güman olunur. Bu barədə redaksiyamıza məlumat gec daxil olduğundan məsələyə MTN-in münasibətini öyrənə bilmədik. Mövzuya qayıdacağıq.
    ƏFQAN
    Категория: ÖLKƏMİZDƏ | Просмотров: 6684 | Добавил: media-islam | Рейтинг: 3.2/4
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Təqvim
    Linklər