Amerikalı ilahiyyatçı Con Espozito hesab edir ki, xristian və müsəlman dünyasında bir çoxları «cihad» anlayışını düzgün anlamırlar və bu, dinlər arasında qarşılıqlı anlaşmanı çətinləşdirir.
"Əksər xristianlar cihadın mayiyyətini səhv başa düşür və onu hücum müharibəsi və terrorizmlə eyniləşdirirlər", - islam tədqiqatları professoru Espozito (John L. Esposito) Trend News -a bildirib. Vatikanın rəsmi nümayəndələri bildiriblər ki, Katolik kilsə müsəlmanlarla dialoqa hazırdır. Lakin cihada cağıran bəzi ayələr dinlər arasında uğurlu dialoqa mane olur. Bu barədə Türkiyənin Tevhidhaber informasiya agentliyi məlumat verib.
"Cihadın (Qurana görə, Allah yolunda mübarizə) ilkin mahiyyəti həyatda çətinliklərə və ağırlıqlara toxunur və daxilindəki pisliyə qarşı mübarizəyə çağırır. Müsəlmanlar yaxşı və mənəviyyatlı olmaq üçün yaxşı işlərin görülməsinə ciddi səy göstərməli və cəmiyyətdə islahatların aparılmasına yardım etməlidirlər", - Corctaun Universiteti diplomatik xidmətinin müsəlman-xristian qarşılıqlı anlaşma mərkəzinin direktoru Espozito elektron poçtla bildirib.
Alimin sözlərinə görə, həyat şəraitindən asılı olaraq, cihad ədalətsizlik və zülmkarlıqla mübarizə, islamın yayılması və müdafiəsi, moizə vasitəsilə ədalətli cəmiyyətin yaradılması, tədris və əgər bu zəruridirsə, silahlı mübarizə və müqəddəs müharibə mənasını da verə bilər.
Espozito hesab edir ki, cihadın iki geniş mənası – zorakı və qeyri-zorakı mənaları yaxşı məlum olan peyğəmbərlik ənələrində göstərilmiş qarşı-qarşıya qoyulan mənalardır. "Hədislərdə deyilir ki, Həzrət Muhəmməd (s) döyüşdən qayıtdıqdan sonra ardıcıllarına söylədi: "Biz kiçik cihaddan (müharibədən) böyük cihada qayıdırıq". Böyük cihad müsəlmanın öz eqoziminə, tamahkarlığınə və nəfsinə qarşı daha çətin və daha vacib mübarizədir", - ekspert əlavə edib.
Alim hesab edir ki, daha geniş anlamda cihad moizə, təhsil, nümunələr göstərməklə, çap məhsulu vasitəsilə və s. yolla Allahın yaxşı həyat sürmək və islam cəmiyyətini artırmaq istəyinin reallaşdırılması üçün bütün müsəlmanların, ayrı-ayrı şəxslərin və icmaların öhdəliyidir. Cihada islam və müsəlman icmasının təcavüzdən müdafiə olunmasına dair hüquq, mahiyyətinə görə öhdəlik də daxildir. Bütün tarix boyu cihada çağırış müsəlmanların islamın müdafiəsi üçün birləşdirilməsi məqsədini daşıyır. O, əfqan mücahidlərinin onillik ərzində sovet işğalına qarşı cihad etdiklərini bildirib.
"Üsəma bin Laden və ona bənzər terrorçular islmanın klassik meyarları və ədalətli cihadın çərçivəsindən kənara çıxırlar və istənilən silah və vasitədən istifadə edərək, öz sərhədlərindən başqa sərhəd tanımırlar. Onlar cihadın həyata keçirilməsi üçün məqsəd və qanuni vasitələrə dair islamın prinsiplərini rədd edirlər. Məhz elə zorakılıq mütənasib olmalıdır və düşmənin dəf edilməsi üçün yalnız zəruri güc həcmindən istifadə olunmalıdır. Heç nədə günahı olmayan mülki şəxslər cihadın hədəfi olmamalıdır və cihad hakim tərəfindən elan edilməlidir", - Espozito bildirib. Alim hesab edir ki, bu gün ayrı-ayrı dini və dünyəvi şəxslər, qruplar islam adına qanunsuz terror müharibələri elan etmək hüququndan sui- istifadə ediblər.
Müasir dövrdə plüralizmə doğru hərəkət müxtəlif amillərə söykənir. Eskpert hesab edir ki, ilahiyyat baxımından fikir ayrılıqları olsa da, dialoq tərəfdarları vurğulayırlar ki, ümumi etiqad, ümumi dəyərlər və ümumi problemlər mövcuddur. Onun rəyinə görə, bunlara cəmiyyətin mənəvi aşınmasını, bir qayda olaraq, dinin deyil, hakimiyyət və var-dövlətin milli və beynəlxalq işlərdə rəhbərlik etməsi faktının qəbul edilməsini aid etmək olar. O, bildirib ki, qloballaşmanın təsiri, kommunikasiya sahəsində inqilab və mühacirət – bütün bunlar müxtəlif dinlərə və mədəniyyətlərə etiqad edən insanların gündəlik əlaqə saxlamalarına gətirir.
Beynəlxalq siyasət 20-ci əsrin ikinci yarısında dinlərarası dialoqu bir zərurət kimi təşviq edirdi. 50-ci və 60-cı illər ərzində dinlərarası dialoq "soyuq müharibə"nin gedişində və kommunizmlə mübarizədə güclərin birləşdirilməsi üsullarından biri kimi təbliğ olunurdu. 60-70-ci illərin sonunda vurğu sosial məsələlərin üzərinə keçdi. 80-ci və 90-cı illərdə isə, insan hüquqları diqqət mərkəzində oldu.
"Bu əməkdaşlıq nümunələri ona gətirib ki, hər iki tərəf, qlobal zərurət kimi, dinlərarası qarşılıqlı əlaqənin müsbət, konstruktiv tərəflərini qəbul etməyə başladılar. Şərq və Qərb arasında, "bizlər" və "onlar" arasında, xristian və müsəlmanlar arasında sərhədlərin çox tez-tez münaqişə, müharibə və terrorimzin səbəbləri olduğu bugünkü qloballaşma dünyasında digər dinlə, mədəniyyətlə və xalqla dialoqun zəruriliyi bir yerdə dinc yaşamaq üçün, bir zamanlar olduğundan daha çox aktualdır", - Espozito bildirib.
Alimin rəyinə görə, xristianlığın da, islamın da dinlərarası dialoqun və 21-ci əsrin həqiqətlərinə cavab verən plüralizm və dözümlülüyün dəstəklənməsi üçün bütün imkanları var: "Dini liderlər 20-ci əsrin ikinci yarısında dialoq və birgə yaşayış üçün əsas qoyublar. Dözümlülük əhdi-cədidin, doktrina və tarixin qiraət və təfsirinə əsaslanıb. Dini plüralizm və dözümlülük üçün qarşılıqlı anlaşma və hörmətə çağıran bir çox təfsirlər İbrahim övladlarına daha insanpərvər dünyanın yaradılmasında öz töhfələrini verməyə yardım edə bilər", - ekspert əlavə edib. /Trend News/
|