Nürəddin Şirin: Türkiyənin aparıcı qəzet, dərgi və saytlarında yazıları dərc edilir. Velfecr Xəbər Portalının yazarı və baş redaktorudur. İsra Mədəniyyət Mərkəzinin rəhbəridir. Ailəlidir. Türkiyə mətbuatı bunun barəsində məhşur cümləsi:"Qüdsün azadlığı üçün hər yerdə hər tədbirdə Nürəddin Şirini görərsən"
Azərbaycan səfərinizdə ilk təəssüratlarınız?
Azərbaycanın paytaxtı Bakının aeorportunda səhər çağı təyyarəmiz nedikdən sonar məni Milli-Mənəvi Dəyərlər İctimai Birliyinin sədri Hacı Abgül Suleymanov və İslam-Azeri saytının redaktoru Ramin Bayramov qarşılayaraq məni sübh namazı qılmaq üçün Bülbülədə yerləşən İmam Xomeyni məscidininə apardılar. Bu mənim üçün çox mənəvi və heç vaxt yadımdan çıxmayan bir anlar oldu. Məscid bir Abuzər məscidi, İmam Əli məscidi kimi idi. Azərbaycan torpağlarının içərisində ilk ziyarətimin İmam Xomeyni məscidi olması mənim üçün unudulmaz bir anlar oldu. Məscidin axundu olan Hacı Mövsüm də qonaqpərvərliyi ilə bizə çox böyük xidmətlər etmiş oldu. Allahdan Hacı Mövsümə ona uzun ömür və İmam Xomeyni məscidinin adına layiq baqi qalmasını arzu edirəm.
Sizi kövrəldən anlar oldumu?
Bəli məni İmam Museyi Kazimin qızı Həzrəti Həkimənin ziyarətini etməyə apardılar. Çox xoş və kövrəldici təəssüratlar və gölərimi dolduran bir ziyarət oldu. İmam Museyi Kazimin Kazimeyndə, İmam Rizanın Məşhəddə, Həzrəti Məsumənin Qumda, Həzrəti Həkimənin isə Bakıda olması onların tarixlər boyunca necə zülmlər olunduğunu göstərir. Bu Azərbaycanda olması azərbaycanlılar üçün bir şərəfdir.
Bildiyimizə görə siz Şəhidlər xiyabanına da getmisiniz bu haqda nə deyə bilərsiniz? Bəli Rus imperiyası və ermənilər tərəfindən şəhid edilən qardaş və bacıları gördükdə bu millətin ölməzliyini gördüm. Şəhidlər xiyabanında Türk əsgərlərinin məzarlarını da ziyarət etməyim mənə çox təsir edən və qürur duyucu bir hisslər keçirməyə imkan verdi. Ermənilərə qarşı döyüşən və şəhid olan əsgərlərimizin məzarlarını ziyarət etmək mənə xoş təəssüratlar buraxdı. Bəli Qarabağ azad olacaq, Qüdsümüz azad olacaq, Fələstinimiz azad olacaq, İraqımız azad olacaq. Bütün müsəlmanlar inşəllah zəfər qazanacaqlar.
Digər bir ziyarət isə qəsb altında olan İçərişəhər Cümə məscidi idi. Bu məscidin qapısında qıfılın olması məni çox narahat etdi.
Bakının təbiəti çox gözəldir. Yaşıllıqlar, dənizlər hamısı Allahın bir nemətidir ki, Allah azərilərə bir nemət olaraq verilib.
Siz “Şam işığında dua” adlı tədbirdə iştırak etmisiniz bu tədbir haqqında nə deyə bilərsiniz?
Bəli bu tədbir Xanım Fatimeyi Zəhranın şəhadəti münasibəti ilə qurulmuşdu. Çox gözəl və tərtibatlı bir proqram idi. Əsas məsələ isə Xanım Fatimeyi Zəhranın şəhadəti ilə bağlı proqramda dünya məzlumları və müstəzəflərinin yad edilməsi idi. Məzlum və məhrumların fəryadlarını bu proqramda yüksəltmək çox düzgün addım və dərin mənalı bir mesaj idi. Bu addım çox bərəkətli və vəzifə baxımdan önəmli addım idi. 1,5 milyard müsəlmanların çox az hissəsi Fələstin və ümmət dərdini duyur və müdafiəsinə qalxır. Çünkü müsəlmanların içərisində parçalanma və vəhdəti dağıdan şeylər düşmənləri tərəfindən istifadə edilir. Bu proqram digər ölkələrdə də bir örnək olacaq. İnşallah müsəlmanların az da olsa ayılmasına səbəb olacaq.
Milli-Mənəvi Dəyərlər İctimai Birliyi haqqında məlumatlarım var idi. Öz saytımızda biz bu təşkilatın işlərini və mesajlarını duyururduq. Mən bu ziyarətimdə artıq yəqinə çatdım ki, bu təşkilat sionist əleyhnə işlər görən öndə gələn təşkilatlardandır. Bu təşkilatı mən qala olaraq görürəm. Əlbəttə sionizmlə əlaqəsi olmaq çox böyük ləkədir. Biz bu təşkilatı Azərbaycan üçün həqiqi milli-mənəvi dəyərləri qoruyan və müdafiəsində duran kimi görürəm. Əlbəttə ki, Hacı Abgülun bu təşkilatın rəhbəriyyətini üzərinə götürməsi və düzgün idarə etməsi və ayıq-sayıq addımları da burda qeyd edilməlidir.
Digər təşkilat rəhbərlərini də istəyirəm diqqətinizə çatdıram. Ziyyarətini etdiyim Cümə məscidinin imam camaatı. Qıfıllanmış bir məscidin imam camaatı. Bu şəxs bütün təzyiqlərə baxmayaraq Azərbaycanda dini çevrədə tanınmış bir şəxs kimi böyük işlər görən və İslamın müdafiəsində həmçinin İnsan haqları müdafiəçisi kimi xidməti çox, Hacı İlqar mənim üçün sevdiyim və hörmət etdiyim şəxslər sırasına qatıldı.
İslam Partiyasının rəhbəri Hacı Möhsinlə də tanışlığım xoş təəssürat yaratdı.
Son olaraq arzu və duanız:
Bütün Azərbaycan xalqına xoş günlər, müsəlmançılıq və izzətini qorumağı arzu edirəm .İnşəllah Qarabağ torpaqlarınız tezliklə azad edilər və məscidlərində əzan səsləri kafirlərin qulağını kar edər. İslam-Azeri saytının bütün işçilərinə də uğurlar, zülm və həqiqətləri xalqa çatdırmağı arzu edirəm. Allah bütün İSLAM Ümməti kimi Azərbaycan xalqını da öz düşmənlərinə qalib etsin! Özgür-azad Qüdsdə görüşmək ümüdü ilə. Özgür-azad Qarabağda görüşmək ümüdü ilə!
Müsahibəni aldı İslam-Azeri.Az saytı
|