Главная » 2008 » İyul » 18 » ŞƏHİD İMAD MUĞNİYƏNİN YOLUNU DAVAM ETDİRƏCƏYƏM
14:39 ŞƏHİD İMAD MUĞNİYƏNİN YOLUNU DAVAM ETDİRƏCƏYƏM |
Rizvan Əməliyyatı ilə azadlığına qovuşan Semir Kuntar Hizbullah müqavimət komandiri Şəhid İmad Muğniyenin...
İslam-Azerinin VF-ya istinadlı xəbərinə gö Rizvan Əməliyyatı ilə azadlığına qovuşan əsirlərin lideri Semir Kuntar Hizbullah müqavimət komandiri İmad Muğniyenin ailəsi və qəbirini ziyarət əsnasında etdiyi danışmada İmad Muğniyenin yolunu davam etdirəcəyini deyib.
İsrail ilə edilən əsir dəyişməsi razılaşması çərçivəsində sərbəst buraxılan Semir Kuntar və 4 Hizbullah döyüşçüsü, İmad Muğniyenin qəbrinidə təşkil edilən bir hərbi mərasimdə iştirak edib.
Hizbullah forması geyən bu beş adam Muğniye ailəsinin üzvləriylə qucaqlaşdılar. Şəhid Muğniyenin atası Semir Kuntarı azadlığa qovuşmasından ötəri təbrik edərkən İsrail zindanlarında 30 il həbs çəkən Semir isə "Bunu əvvəl Allaha, sonra da sənə və oğuluna borcluyuq" deyərək təşəkkürlərini bildirib.
Kuntar İmad Muğniyenin qəbirinin ətrafında olanlara xitab olaraq etdiyi çıxışda "bu səhər düşmənin mənə sui-qəst planladığını eşitdim. Bu düşmənlər məni yaxşı tanıyar, iki cümləylə cavab vermək istəyirəm onlara, eynilə İmam Hüseyin kimi: "Sizlər məni ölümlə hədələyirsiniz, ölümsə bizim üçün örgəşilmiş bir şeydir və şəhidlik Allahın inayət etdiyi bir şərəfdir" deyərək İsrail hədələrinə qarşı şahidliyi arzuladığını dilə gətirib.
Şəhid İmad Muğniyənin qəbiri başında Muğniyəyə səslənən Kuntar "Uca Allahın və pak qanınızın adına and içirəm ki bu yolu davam etdirəcəyik və Allahın sizə inayət etdiyi mövqeyə çatana qədər də bu iddiadan imtina etməyəcəyik" deyərək Şəhid Muğniyenin yolunu davam etdirəcəyinə dair and içib.
Kuntar jurnalistlərə verdiyi açıqlamada da "dünən bu saatda düşmənin əlindəydim. Lakin indi düşmənlə qarşılaşmaq üçün əvvəlindən də daha çox arzuluyam. Və Allahdan istəyim bunun çox yaxında reallaşması" deyərək bir an əvvəl İsrailə qarşı döyüşmə arzusunu dilə gətirib.
WwW.islam-azeri.az
|
Категория: Dünyada |
Просмотров: 1200 |
Добавил: media-islam
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|