Главная » 2008»Avqust»7 » Ağdamda 2000-dən çox yaşı olan küp qəbirlər aşkarlanı
14:48
Ağdamda 2000-dən çox yaşı olan küp qəbirlər aşkarlanı
Ağdam rayonunda 2000 ildən çox yaşı olan küp qəbirlərdən ibarət məzarlıq aşkar olunub. Tarixi abidələr Quzanlı kəndi ərazisindəki əkin sahəsində tapılıb. 1 metr dərinlikdəki qəbristanlıq rayona qaz xətti çəkilişi zamanı aparılan qazıntı nəticəsində meydana çıxıb. Boru döşəmək üçün qazılan xəndəkdəki küpləri təsadüfən yaxınlıqdan keçən sakinlər görüb.
Tarixi abidələrin üzə çıxdığı əraziyə Milli Elmlər Akademiyası Arxeologiya-Etnoqrafiya İnstitunun rayona ezam olunan əməkdaşları da baş çəkib. İnstitutun Mil-Qarabağ arxeoloji ekspedisiyasının rəhbəri Hidayət Cəfərovun sözlərinə görə, buradan çıxan küp qəbirlər eramızdan əvvəl birinci yüzilliyə aiddir. Ərazidə hələlik 3 küp qəbir aşkar olunsa da, ekspedisiyanın rəhbəri bunların sayının daha çox olduğunu güman edir. Ona görə də tezliklə arxeoloqlar bu yerdə irimiqyaslı tədqiqatlara başlayacaq.