Çerşenbe axşamı, 24.12.2024, 16:15
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Avqust » 11 » İLQAR İBRAHİMOĞLU: “ERKƏN NİGAHI DİNLƏ BAĞLAMAQ SPEKULYASİYADIR”
    13:17
    İLQAR İBRAHİMOĞLU: “ERKƏN NİGAHI DİNLƏ BAĞLAMAQ SPEKULYASİYADIR”
     
     
     
     
     
     
     
     
     
     
     
     
    Maraqlıdır ki, bir çox hallarda erkən nikahları din pərdəsi adı altında cəmiyyətə təqdim etməyə çalışırlar. Daha dəqiq desək, bunun Quranda öz əksini tapması, hətta savab sayılması kimi “tezislər” də cahillərin tapınma yeri olur. Bəs əslində dində bu barədə nə deyilir? Tanınmış teoloq-alim Hacı İlqar İbrahimoğlu bu mövzu ətrafında kifayət qədər populist xarakterli çıxışlar olduğunu söylədi: “Erkən nikah hallarını dinlə, inancla bağlamaq açıq-aydın spekulyasiya, heç bir əsası olmayan məsələdir. İslama görə, kəbin iki insan arasında Allah dərgahında birləşmə deməkdir. İstər oğlan, istərsə qızla bağlı hər hansı məcburilik və qeyri-iradəlik olarsa, kəbin baş tutmamış sayılır. Əksər halda sadalanan problemlərin kökündə bu dayanır ki, valideynləri qız uşaqlarına xəbərləri olmadan, özləri də istəmədən alqı-satqı proseduru kimi yanaşırlar. Bu halda İslamın buna münasibəti nəinki pisdir, iki tərəfdən birinin məsələyə könüllü razılığı yoxdursa, iradəli məsələ deyilsə, İslam bunu Allah dərgahında bağlanmış kəbin də saymır”.

    İ.İbrahimoğlu həmçinin onu da vurğuladı ki, bu problemin həllində İslam dini ən böyük müttəfiqə çevrilə bilər. Belə ki, inanc olan bölgələrdə din adamları maarifçilik apararaq, valideynlərin öz övladları qarşısında öhdəliyi olduğunu şüurlara yeritməlidir: “Övladın oğlan və ya qız olmasından asılı olmayaraq, hər birinə təhsil verilməli, savadlandırılmalıdır. İslam savadlanmanı vacib bilir. İnancımız bu məsələdə şəxsiyyət və ləyaqətə önəm verir”. Sevinc TELMANQIZI  /yeni musavat/





     
    Категория: Dünyada | Просмотров: 1195 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər