Главная » 2008 » Avqust » 30 » VII-ci əsrə aid Quran-i Kərim səhifəsi isə 4.8 milyon dollara alınıb
11:07 VII-ci əsrə aid Quran-i Kərim səhifəsi isə 4.8 milyon dollara alınıb |
VII-ci əsrə aid Quran-i Kərim səhifəsi isə 4.8 milyon dollara alınıb
Londonda məşhur “Sotheby's” hərrac evində ilkin qiyməti 1 000000 $ ilə satışa çıxarılan 12-ci əsrə aid dəmir Kəbə açarı 18.4 milyon dollara satılıb. “The Times” qəzetinin verdiyi xəbərə görə, açarı əldə etmək istəyənlər arasında böyük rəqabət olub. 1179 -1180-ci illər arasında istifadə edilən 37 cm-lik açar Livanda xüsusi kolleksiyada saxlanılıb və Kəbənin 58 köhnə açarları arasında 2-ci ən köhnə açar sayılır. Digər açarlar isə Avropa və Orta Şərqdəki müxtəlif muzeylərdə saxlanılır.
Bundan başqa, hərraca çıxarılan VII-ci əsrə aid Quran-i Kərim səhifəsi isə 4.8 milyon dollara satılıb. Qeyd edək ki, hərracda İslam dövrünə aid 405 müxtəlif əsər satılıb. Satılan əsərlərin ümumi dəyəri isə 43 milyon dollar təşkil edib. "The Times" qəzetinin yazdığına görə, bu həftə “Sotheby's” və “Christie” hərrac evlərində İslama aid əsərlərin ümumi satış məbləği 65 milyon dollar olub.
ANSPRESS |
Категория: Dünyada |
Просмотров: 1276 |
Добавил: media-islam
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|