Главная » 2008 » Sentyabr » 1 » RAMAZAN AYININ HİLALINI GÖRMƏK MÜMKÜN OLMAYIB
22:01 RAMAZAN AYININ HİLALINI GÖRMƏK MÜMKÜN OLMAYIB |
İran İslam Respublikasının rəhbəri və mərcei təqlid müctehidi Ayətullah Seyyid li Xameneiyə bağlı rəsədxana məlumat yayıb.
İslam-Azeri-nin İran KİV-lərinə istinadlı xəbərinə görə İran İslam Respublikasının rəhbəri və mərcei təqlid müctehidi Ayətullah Seyyid li Xameneiyə bağlı rəsədxana Mübarək Ramazan ayının gəlişi ilə bağlı məlumat dərc edib.
Ayətullah Seyyid li Xameneiyə bağlı rəsədxananın rəsmisi Əlirza Müvəhhid Nejad bildirib ki, 31 avqustdan-1 sentyabra kimi 100 rəsədxana işçisi Mübarək Ramazan ayının hilalını görmək üçün səfərbər edilsələr də, ayın hilalını görmək mümkün olmayıb.
Böyük ehtimalla sabah sentyabr ayının 2-si Mübarək Ramazan ayının 1-dir.
Diqqətinizə çatdıraq ki, İraqlı mərcei təqlid müctehidi Ayətullah Seyyid Sistani sabahkı günü Mübarək Ramazan ayının 1- olmasını elan edib.
İslam-Azeri.az |
Категория: Dünyada |
Просмотров: 1389 |
Добавил: media-islam
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|