Главная » 2008 » Sentyabr » 5 » BÖLGƏ ÜÇÜN GERÇƏK TƏHLÜKƏ İSRAİLDİR
18:45 BÖLGƏ ÜÇÜN GERÇƏK TƏHLÜKƏ İSRAİLDİR |
«Bölgə üçün real təhlükə İran deyil, İsraildir». Bunu Misir parlamentinin xarici əlaqələr komissiyasının sədri Mustafa Əl-Faki keçirdiyi mətbuat konfransında bildirməklə ABŞ-ın Yaxın Şərqlə bağlı siyasətinin sionist İsrail tərəfindən təyin olunduğunu vurğulayıb.
O, həmçinin bildirib: “İranı bölgədə bir təhlükə olaraq göstərməyə çalışanların bu iddialarının əksinə, bölgə üçün gerçək təhlükə İran deyil, İsraildir". Əl-Faki İranın bölgədə oynadığı roluyla bağlı soruşulan bir suala isə "amma bunu unutmayaq ki, İsrail rejimi işğalçıdır, sionist məskunlaşma mərkəzləri qurmaqda və eyni zamanda Fələstin xalqı əleyhinə barbarca işlənən bütün cinayətlərin də məsuludur" şəklində danışır.
İranın özünəxas bir siyasəti olduğu, bunun da bölgə baxımından bir problem meydana gətirmədiyini də vurğulayan Mustafa əl-Faki xüsusilə "unutmayaq ki, ABŞ-ın regional siyasətləri, İsrail rejimi tərəfindən təyin olunur. Dolaysıyla bölgədə, yalnız İsrail, İranı özünə həqiqi düşmən olaraq görür" deyə əlavə etdi.
|
Категория: Dünyada |
Просмотров: 1064 |
Добавил: media-islam
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|