Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə QHT Koalisiyasi neft pullarının taleyindən narahatdır
2010-cu ildən sonra Azərbaycanda “qara qızıl”ın istehsalı aşağı düşəcək. Əgər 2009-cu ildə ölkədə 420, 2010-cu ildə 450, 2011-ci ildə 410 milyon barel neft hasilatı gözlənilirsə, 2015-ci ildə bu göstərici 250, 2020-ci ildə isə 110 milyon barelədək azalacaq. Bu barədə Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə QHT Koalisiyasi “Əsrin müqaviləsi”nin 14 illiyi ilə bağlı keçirdiyi dəyirmi Qubad İbadoğlu məlumat verib. Dövlet Neft Fondu, ARDNŞ, habelə yerli və xarici şirkətlərin və səfirliklərin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycanda neft siyasəti, mövcud durum, ötğən 14 ildə itirdiklərimiz və qazandıqlarımız yenidən müzakirəyə çıxarılıb. Əvvəlcə təqdimatla çıxış edən Qubad İbadoğlu neftin ucuzlaşdığı bir dövrdə dünya bazarlarında baş verən maliyyə böhranının azərbaycanın neft pulları üçün ciddi təhlükələr yaratdığını bildirib. Onun sözlərinə, neft gəlirlərinin bir hissəsi məhz dünya maliyyə böhranının mərkəzi ölkələrində fəaliyyət göstərən bankların nəzarətindədir.
Ekspert bildirib ki, Dövlət Neft Fondu investisiya portfelinin 75,5 faizini qiymətli kağızlarda yerləşdirib. Fondun aprelin 1-ə elan etdiyi məlumata əsasən, neft pullarının 244,3 milyon dolları idarəetməyə verilib. Həmin vəsaitlərin 45,1 faizi Dünya Bankı, 34,45 faizini “Doyçe Asset Managament” bankı, 20,45 faizini isə “Klariden Leu” şirkətinin idarəçiliyinə verilib.
Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə QHT Koalisiyasının hesabatından da məlum olur ki, neft pullarının yerləşdirildiyi regionlar arasında ilk yerləri Amerika və Avropa tutur. Belə ki, hazırda Dövlət Neft Fondunun 1 473,49 milyon dolları (ümumi vəsaitlərin 44,5 faizi) Avropa, 1 631 milyonu (49,3 faizi) Amerika, 138 milyon dolları (4,1 faizi) Asiyadadır. Neft Fondunun əsas maliyyə tərəfdaşları isə Barçlays Bank Plc (Böyük Britaniya və Şimali İrlandiya Krallığı - UK), BNP Paribas (Fransa), Deutsçhe Bank (Almaniya), Dresdner Bank (Almaniya), JP Morqan Bank (ABŞ), HSBC (UK), Royal Bank of Şkotland (UK), İBS AG (UK) və Hypovereinsbank AG (Almaniya) təşkilatlarıdır.
Dövlət Neft Fondunun nümayəndəsi isə bu maliyyə qurumlarının hamısının böyük təcrübəyə malik olduğunu əsas gətirərək Azərbaycanın neft pulları üçün hansısa təhlükənin olmadığını bildirrib.
Daha sonra neft hasilatı və gəlirlərlə bağlı fərdi hesabatlılığa keçidin təmin edilməsinə dair müzakirələər aparılıb. Məlum olub ki, beynəlxalq öhdəliklərə baxmayaraq, “Əsrin müqaviləsi”ndə iştirak edən şirkətlərdən yalnız 5-i öz hesabatlarını ictimai təşkilatlar üçün açıq elan edib. Üç şirkət (Hess (AÇG) Limited və ARDNŞ) bütün tərəfdaşlar fərdi hesaabatlarını açıqlayacaqları təqdirdə öz hesabatlarını təqdim edəcəklərini bildiriblər. Öz hesabatlarını təqdim etməyən şirkətlərin sayı isə 15-dir. Bu şirkətlərdən yalnız 1-i (“Lukoil”) hesabatlarını açıqlayıb-açıqlamayacağını hələlik müəyyənləşdirməyib.
Tədbirdə iştirak edən Norveçin ölkəmizdəki səfiri Yan Ramberg isə bütün şirkətləri “Əsrin müqaviləsi” çərçivəsində əldə olunmuş bütün razılaşmalara əməl etməyə çağırıb. Səfir deyib ki, qneft təkcə hansısa imkanlı qrupların deyil, xalqın sərvətidir. Bu səbəbdən hamı ondan bərabər və açıq şəkildə istifadə etməlidir. Onun sözlərinə görə, neft gəlirlərindən səmərəli istifadə vəsaitlərin gizlədilməsini deyil, əksinə tam şəffaflığın yaradılması sayəsində mümkündür.
“Mən hökumətinizi vətəndaş cəmiyyəti ilə dialoqa çağırırıam. Məncə, canlı dialoq artıq başlanıb və bu müzakirələri mütləq davam etdirmək lazımdır” - deyə, səfir çıxışını yekunlaşdırıb. LENT.AZ
|