Cüme axşamı, 21.11.2024, 17:45
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6953
    Sayğac

    Onlayn: 3
    Qonaq: 3
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Sentyabr » 21 » Azərbaycanda sənaye istehsalı 10% artıb
    18:45
    Azərbaycanda sənaye istehsalı 10% artıb
     
     
     
     
     
     
     
    Bu ilin yanvar-avqust aylarında Azərbaycanda sənaye məhsulunun və xidmətlərinin həcmi 9,6% artıb. Hesabat dövründə neft sektorunda istehsal 9,9%, qeyri-neft sektorunda 6,8% yüksəlib.
    Ümumilikdə isə, sənayedə 20,5 mlrd. manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib.
    Dövlət Statistika Komitəsinin məlumatına görə, sənayenin artımı neftin hasilatında 9,2%, qazın hasilatında 59,3%, qida məhsullarının istehsalında 1%, kimya sənayesində 50,3%, dəri dəridən məmulatlar və ayaqqabı istehsalında 31,8%, metallurgiya sənayesi və hazır metal məmulatların istehsalında 36,2%, elektrik avadanlığı, optik və elektron avadanlıqlarının istehsalında isə 8,4% müşahidə olunub.
    İstehsalın 94,8%-i malların, 5,2%-i isə sənaye xarakterli xidmətlərin payına düşüb, sənaye məhsulunun 17,9%-i dövlət müəssisələrində, 82,1%-i isə özəl bölmədə istehsal edilərək müvafiq olaraq 3,6% və 11% çoxalıb.
    Sənaye məhsulu istehsalının 78,8%-ni həyata keçirən mədənçıxarma bölməsində məhsul buraxılışı və sənaye xidmətlərinin göstərilməsi 9,7%, 17%-lik paya malik olan emal bölməsində 7,2% və elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi bölməsində isə 8,6% artıb.
    http://www.ria.az
    Категория: ÖLKƏMİZDƏ | Просмотров: 1160 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər