Şenbe, 21.12.2024, 19:47
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 35
    Qonaq: 35
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Dini meqaleler

    Menzilet hedisi

    MƏNZİLƏT HƏDİSİ

    Bu hədis Əli əleyhissəlamın yüksək şəxsiyyətini aşkar edən hədislərdən başqa birisidir ki, həm şi`ə, həm də sünni təriqi ilə nəql olunmuş, əhli-sünnə alimləri tərəfindən müxtəlif şəkillərdə söylənilmişdir. Əhməd ibn Hənbəl, Müsnədin 5-ci hissəsinin 31-ci səhifəsində belə nəql edir: Peyğəmbər (s) Ümmü Sələməyə dedi: Ey Ümmü Sələmə! Bil ki, Əlinin əti mənim ətim, qanı mənim qanımdır. Onun mənimlə olan rabitəsi Musa ilə Harunun rabitəsi kimidir.

    Qədir-xum hədisi Əli (əleyhissalam)-ın xilafət məqamını və yüksək ilahi şəxsiyyətini aşkar edən hədislərdən biridir. Bu rəvayət şiə və sünni alimlərinin qeyd etdiyinə görə mütəvatir hədislərdəndir. Bu xəbəri bir çox alimlər, o cümlədən Təbəri, Hakim, Termezi və digərləri öz kitablarında Zeyd ibni Ərqəmdən nəql etmişlər. Amma onlardan bə`ziləri, o cümlədən Əhməd ibni Hənbəl həmin xəbəri Müsnəd kitabının birinci hissəsinin 119-cu səhifəsində Əbdürrəhman Əbu Hüreyrədən nəql etmişdir.

    Hakim «Müstədrək» kitabının 3-cü cildinin 109-cu səhifəsində belə bəyan edir: Rəsuli-əkrəm (s) «Həccətul-vida`-dan qayıdanda «Qədir-xum» adlı yerə çatarkən oranı süpürüb-təmizləməyi tapşırır. İzdihamlı cəmiyyət gəlib toplaşdıqdan sonra o həzrət buyurdu: Mən Allah tərəfinə dəvət olunmuşam və bu dəvəti qəbul etmişəm. Sizi tərk edib gedirəm və iki böyük əmanət olan Qur`an və Əhli beytimi sizin aranızda qoyuram. Nə qədər ki, onun sayəsindəsiniz yolunuzu azmayasaqsınız. Sonra buyurdu: Allah mənim mövlamdır və mən də hər mö`minin mövlasıyam. Sonra həzrət Əlinin əlini yuxarı qaldırıb buyurdu: «Mən hər kəsin mövlasıyamsa, Əli də onun mövlasıdır. Pərvərdigara, hər kəs Əli ilə dost olsa, Sən də həmin şəxslə dost ol, hər kəs Əli ilə düşmənçilik etsə, Sən də həmin şəxslə düşmən ol!»

    «Məqtəli-Xarəzmi» kitabının müəllifi əhli sünnənin alimlərindən təəssübkeş olmasına baxmayaraq, kitabının 1-ci hissəsinin 47-ci səhifəsində bu barədə belə nəql edir: Peyğəmbərin vəfalı dostlarından biri olan Əbu Səid Xidri deyir: Qədir-xum günündə Peyğəmbər Əlinin biləyindən tutub camaata tanıtdırdı. Hacılar hərəkətə başlamazdan əvvəl ikmal ayəsi nazil olub buyurdu:

    «Bu gün sizin dininizi kamil etdim, ne`məti sizin üçün tamamladım və İslamın sizin dininiz olmasına razı oldum.» Sonra buyurdu: «Alah mənim risalətimdə Əlinin vilayət və canişinliyi ilə razıdır.»

    Aydındır ki, islamın kamil olması həzrət Əlinin xilafəti ilə başa çatmışdır. Çünki, dinin sair yönləri namaz, orus, halal, haram və digər hökmlər bu ayə nazil olmazdan qabaq da kamil olmuşdu.

    E`tiraf etmək lazımdır ki, o vaxta qədər vilayət məsələsindən və canişinlikdən başqa dinimizin hər bir sahəsi tamam olmuşdu. Bu vilayət və canişinliyin də nəticəsi hakimiyyət uğrunda başlanan mənfur mübarizədə siyasət alverçilərinin yarada biləcəyi ictimai və sui istifadələrin qarşısını almaq idi. Buna görə də Peyğəmbər belə bir işin icra olunmasından bir növ vəhşət hissi keçirirdi. Allah ona müjdə verərək buyurdu:

    «Allah səni camaatın şərindən qoruyacaqdır, qəlbinə qüvvət bəxş edəcəkdir.»

    Əhli-sünnənin böyük alimlərindən biri olan Hafiz Əbu Nəim «Nüzulul-Qur`an» adlı kitabında Əbi Səid Xidridən və Əbirafi`dən belə nəql edir:

    «Ey Peyğəmbər, tapşırığı sənə göstəriş verilən tərzdə yerinə yetir. Əks halda öz risalətini lazımınca yerinə yetirməmisən.»

    İbni Cərir Təbəri «Vilayət» kitabında Zeyd ibni Ərqəmdən belə nəql edir:

    Peyğəmbər (s) buyurdu: Allah-taala bu ayəni mənim üçün göndərdi: «Pərvərdigarın tərəfindən sənə nazil olanları camaata çatdır. Əgər çatdırmasan, demək öz risalətini yerinə yetirməmisən. Allah səni camaatdan qoruyacaq.» Cəbrəil Allah tərəfindən mənə göstəriş verirdi ki, Qədir-xumun bu yerində dayanım və bütün insanlara çatdırım ki, Əli İbni Əbi Talib mənim qardaşım, canişinim və məndən sonra ümmətin rəhbəridir.

    Ey camaat, bilin ki, Allah onu sizə imam tə`yin etmiş və ona itaət etməyi hər bir şəxsə vacib bilmişdir.

    Onunla müxalif olanlar həqq dərgahından qovulmuş, təsdiq edənlər isə pərvərdigarın rəhmət və lütfünə çatanlardır. Onun əmrləri, hökmləri və sözləri haqdır. Onun göstərişlərini eşidin və itaət edin. Allah sizin mövlanız, Əli imamınız və rəhbərinizdir. Qiyamətə qədər imamət onun nəslindəndir.

    Peyğəmbəri-əkrəmdən müxtəlif ifadələrlə, lakin eyni məzmunda onlarla hədislər söylənilmişdir. Beləliklə mə`lum olur ki, şiəlik islami dəvət və risalət çərçivəsində vücuda gəlmişdir. Bünövrəsini də bə`zilərinin təsəvvür etdiyi kimi siyasətbazlar deyil, şəxsən Peyğəmbərin özü Allahın əmri ilə ilahi dinin gələcəyinə zəmanət vermək üçün qoymuşdur. Deməli bə`zi iddiaların əksinə olaraq, şiəlik sonradan yaranmamış, əksinə islam dini və hökumətilə eyni zamanda, onun tərkib hissəsi kimi zühur etmişdir. Başqa sözlə desək, islam hökumətinin təbiəti, onun ehtiyac və şəraiti tələb edirdi ki, ilk islam rəhbəri olan Peyğəmbəri-əkrəm (s) özündən sonra ikinci rəhbəri hazırlasın, nəticədə onun vasitəsi ilə islam hökuməti inqilabi tərzdə inkişaf edib davam etsin və öz son məqsədinə yaxınlaşsın. Yə`ni cahiliyyət dövrünün adət-ənənələri, mürtəce qanunların kökü tamamilə kəsilsin və Peyğəmbərin də`vətinə mütənasib, onun istəyinə uyğun olan yeni bir ümmət yaransın.

    Категория: Dini meqaleler | Добавил: al-shia (27.02.2008) | Автор: Seyyid Mehemmedbaqir Sedr
    Просмотров: 2352 | Рейтинг: 2.5/2
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər