Bazar, 22.12.2024, 07:32
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Sentyabr » 23 » “Əbu-Bəkr”dəki partlayışda əcnəbi kəşfiyyatçıların əli ola bilər»
    16:39
    “Əbu-Bəkr”dəki partlayışda əcnəbi kəşfiyyatçıların əli ola bilər»
     
     
     
     
     
     
     
    Ilham Ismayıl: «Daha çox şimal qonşumuzdan şübhələnməyə əsaslar var»
    Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə sentyabrın 16-da MTN-in keçirdiyi əməliyyat zamanı Bakının Qaradağ rayonunda Elnur adlı Bakı sakini həbs edilib. Ilkin dindirmələr zamanı o bildirib ki, məsciddəki partlayışdan iki gün əvvəl qonşu ölkələrdən birinin əməkdaşı Əbu-Bəkrdə namaz qılanların arasında olub. Müstəqil ekspert Ilham Ismayıla müraciət edib bu məlumatın nə dərəcədə inandırıcı olduğunu öyrənməyə çalışdıq. I.Ismayıl hesab edir ki, xarici xüsusi xidmət orqanlarının gizli əməkdaşı həqiqətən də məsciddə ola bilər. Amma bunu Elnur adlı şəxsin etiraf etməsi az inandırıcıdır: “Kəşfiyyatçı öz fəaliyyətini açıq şəkildə bildirmir ki, bunu hər hansı şəxs bilsin və indiyə qədər özündə saxlasın. Kəşfiyyatçını tutmaq, ifşa etmək çox çətin məsələdi. Bu necə kəşfiyyatçıdır ki, onu Elnur adlı şəxs ifşa edir? Belə çıxır ki, həmin Elnur özü o adamla və ya xarici xüsusi xidmət orqanı ilə bağlıdır. Ola bilsin, o, məsciddə xarici vətəndaş, yaxud da xarici ölkəyə simpatiyası olan Azərbaycan vətəndaşı görüb. Amma xüsusi xidmət orqanı əməkdaşının belə tezliklə, özü də, həmin Elnur tərəfindən aşkarlanması inandırıcı deyil”. Ekspert bu məlumatın MTN və ya bu nazirliyə yaxın şəxs tərəfindən ötürüldüyünə də inanmadığını deyir: “Bu çox ciddi informasiyadır və onun üzərində xeyli işləmək lazımdır. Hətta bu halda belə bunu çox kiçik bir qrup bilir və bu məlumat gizli saxlanılır. Çünki bunun ardınca başqa əməliyyatlar keçirməlidilər. Ona görə, mən inanmıram bu informasiya hər hansı xüsusi xidmət orqanı və ya bu işdən xəbəri olan adam tərəfindən ötürülsün”. Lakin I.Ismayıl partlayışın törədilməsində xarici xüsusi xidmət orqanlarının əli olduğunu istisna etmir: “Azərbaycanda stabilliyi pozmaq üçün belə bir şeyin edilməsi mümkündür. Amma məsələ ondan gedir ki, bu məlumatı açıqlayan mənbə mötəbər deyil. Bu olayla bağlı konkret hansısa qonşu ölkəni ittiham edə bilmərik. Amma məsələyə həmin dövrdə Gürcüstanda baş verən hadisələr kontekstində yanaşsaq və orada Azərbaycan dövlətinin reaksiyalarındakı neytrallığı nəzərə alsaq, bu, bizim şimal qonşumuza gedib çıxa bilər. Ondan sonra Qusarda və o ətrafda baş verənlər də bizə daha çox bu qonşudan şübhələnməyə əsas verir”.
    Категория: ÖLKƏMİZDƏ | Просмотров: 1196 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər