Bazar ertesi, 30.12.2024, 21:11
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 5
    Qonaq: 5
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Sentyabr » 25 » ƏXLAQSIZLIĞIN SONU TƏNƏZZÜLDÜR
    23:29
    ƏXLAQSIZLIĞIN SONU TƏNƏZZÜLDÜR
     
     
     
     
     
     
     
    Bu gün Azərbaycanımız və Bakımız sürətli inkişafa doğru addımlamaqdadır. Dövlətimiz yaşlandıqca, təcrübələrimiz artdıqca sabaha inam və dünyaya inteqrasiya arzularımız çin olmağa başlayır. Neft və qeyri-neft sektoru sürətlə inklişaf edir. Bu inkişaf da bizə televiziyalarda gördyümüz rahat və qayğısız həyatı vəd edir. Lakin bu inkişafla paralel böyük faciələrə səbəb ola biləcək proseslər də vüsət alır. Söhbət əxlaqi tənəzzül və dəyərlərimizin aşınmasından gedir. Elə bu məqamda xalqımın və dövlətimin tərəqqisini hamıdan çox istəyən bir gənc olaraq yazıçılarımıza, şairlərimizə, mədəniyyət və dövlət xadimlərinə, bir sözlə, bütün fikir adamlarımıza iradım var. O irad da bundan ibarətdir ki, bütün mənəvi dəyərlərimizin məhvi astanasında sakitcə duraraq zəmanənin gedişini seyr edirlər. Bu dəyərlərin müdafiəsinə qalxıb çılğınca xəbərdarlıq edən ziyalı simalara həsrət qalmışıq. Hər altı ayda bir dəfə ekranlarda mənəvi dəyərlərlə bağlı söhbət olur. Söhbətin sonunda da bir ziyası gözümüzü qamaşdıran ziyalı deyir ki, ay qardaş, neçə min il bundan əvvəl də insanlar deyirdilər ki, belə getsə cəmiyyət dağılacaq. Hanı, dağılıdı məgər? Bu “Ziyasıza” heç kim demir ki, ay üzdəniraq filosof, son iki min ildə neçə-neçə cəmiyyətlərin, ideologiyaların, imperiyaların süqutun görməmisənmi, hələ bir çıxıb boş-boş danışırsan?
        Günümüzə qədər onlarla cəmiyyət süqut edib və bunların yalnız bir səbəbi var. Həmin cəmiyyətin dəyərlərini ya yox edilməsi, ya da inkişafdan qalması. Indi bizim cəmiyyətimiz də süquta doğru gedir (Cəmiyyətimiz dedik, bəşəriyyət yox!). Səbəbi isə xalqımızın mənəvi dəyərlərimizə qarşı biganəliyidir. Bu səbəbləri az və dar çərçivədə olsa da bildirmək istərdik.
       
        Ifrat qonaqpərvərlik
       
        Ermənilərə qarşı olan üzdəniraq qonaqpərvərliyimiz sayəsində nə hala düşdüyümüz haqda danışmaq da istəmirik, çünki hamı yaxşı bilir. Eyni şeyi bu gün də davam etdiririk. Bu gün Azərbaycanımızda yüzlərlə təşkilat ya din, ya da iqtisadiyyat adı ilə dəyərlərimizi vəhşicəsinə dağıtmaqla məşğuldur. Insanların ruhu da duymadan KİV vasitəsilə evlərimizə qədər daxil olublar. Əgər başdan sona intriqalarla xalqın psixologiyasını pozaraq ailə müəssisəsinin dağılmasına xidmət göstərən Braziliya teleseriallarının ziyanını hiss etmirsinizsə, bir az geniş spektrdən baxın. Bir seriala baxmaqla insanda nəyin dəyişdiyini hiss emtək çətindir. Amma son on il müddətinə insanların nə dərəcədə korlandığını aydın görmək olur. Hamı qapalı Sovet dönəminin Bakısını da tanıyır, indiki Bakını da.
       
        Tele-müharibə
       
        Bu gün televiziyaların əksəriyyəti gizlindəki ağalarının göstərişi ilə mənəviyyatımızla müharibədədirlər. Gizli məqsəd isə qadın tərbiyəsinin pozulmasına xidmət edir. Onlar bunu niyə etdiklərini yaxşı bilirlər, amma mənim saf xalqım isə nəyə uğradığını ya bilmir, ya da özünü bilməməzliyə vurur. Qadın anadır; bəşəriyyətin tərbiyəçisidir. Övlada tərbiyəni ana verir. Əgər ana mənəvi cəhətdən zəifdirsə, onun yetişdirdiyi övladdan söhbət gedə bilməz. Bu gedişlə də ailə və dövlət tənəzzülə doğru gedir. Bu qədər əzabın, müstəmləkəçiliyin sonunda qurduğumuz dövlətimiz də bu yolla əlimizdən gedəcək.
        Televiziyada aşağıdakı məqamları nəzərinizə çatdırırıq.
        ŞOU-Biznes. Bu tamailə qadın və qız tərbiyəsinin məhvinə yönəlib. Bu xəbərlərin orta sütununu reklam təşkil edir. Axşama qədər fahişəliklə məşğul olan bəzi müğənnilərin maşın sürməyi, dəb-dəbəli evləri, imkanları və s. bu ekran başında oturmuş qız üçün stressdir və bu yazını onun beynindən pozmaq qeyri-mümkünə yaxındır. Və yaxud başqa bir məqam. Müğənni yarışmalarında iştirak etmiş gənc qız uşağı göstərilir. Bu yazıq uşaq həyatında qırıldaya-qırıldaya cəmi bir mahnı oxuyub ki, əhalinin 90%-i onu tanımır. Amma necə təqdim olunur? Tank boyda bir CİP gəlir və beş nəfər tirpeysər cangüdən maşını əhatəyə alır. Elə bu məqamda bəlkə yüz nəfər çılğın fanat maşının üstünə hücum edir. Güya ki, bu müğənnidən ötrü ölürlər. Dəm-Dəsgahla, xüsusi mühafizə ilə heç kimin tanımadığı uşaq ulduz studiyaya aparılır. Bu da növbəti stress. Ay qardaş, heç bizim nazirlərimiz, prezidentimiz o qədər mühafizədən istifadə etmir, qaldı ki, heç kimi düşündürməyən bu qız uşağı.
        SMS-lər ölkəsində dedikləırimizdən sonra, hələ də, şokdan ayılmamış qız uşağı divanda seyrə davam edir. Ekranın Altından da SMS yazılar gedir: “Mən evi, maşını və hər cür imkanı olan yaraşıqlı oğlanam. Özündən razı, gözəl qızla tanış olmaq istəyirəm.” Elə bu məqamda divanda oturmuş qız həmin oğlanı xəyalına gətirir və emosiyalarana uduzaraq mobil telefonu alır əlinə... Görüş təyin olunur... Qız evdən çıxır və qız olaraq evə dönmür. O yazıq qızın bu günə qalmasına səbəb olanlar ki var, hərdən deyirəm özünkülərdən görsünlər inşallah. Amma özümü aldadıram. Onsuz da elələrinin namusları köhnə papağa dönüb.
       
        Məktəblərdə Mobil telefon
       
        Mobil telefonlarda aido və video xidmətləri çıxandan sonra orta və ali məktəblərdə əxlaq problemi daha da artdı. Problem nədən ibarətdir? Qadınlarda yaradılış baxımından emosiyalar daha güclüldür. Ona görə də onları romantik hissiyyatlardan istifadə etməklə təsir altına salmaq asan olur. Əgər bu qız 16-20 yaş arasındadırsa, bu daha asan olur. Bircə psixoloji stress onun həyatını məhv etməyə kifayət edir. Sözügedən halda isə bu hissiyyatların yaranmasına mobil telefon səbəb olur. Bu gün əksər tələbələrin və şagirdlərin əlində olan telefonlarda video xidmətləri var. Diqqət edin, dediklərimiz nağıl yox, bu günkü reallıqdır. Bir nəfərdə seksual səhnələr yer almış video parçası varsa, iki gün ərzində bütün məktəbə yayılacaq və bir yeniyetmə qız uşağının bircə dəfə o videoya baxması onun əxlaqi cəhətdən məhvi üçün kifayətdir. Kişi-qadın münasibətlərin belə dərindən bilməyən yeniyətmə qız üçün gördüyü səhnələr ən azında bir həftə davam edə biləcək şok yaradacaq. Növbəti dəfələrdə isə həmin məhəbbət filminin qəhrəmanı özüdür. Boş qalmış məktəb siniflərində cinsi istismara məruz qalmış qızların videoları demək olar ki, bütün gənclərin telefonlarında var. Baxın, bu həqiqət mütləq olaraq Bakı şəhərində cərəyan edən hadisələrin qısa məzmunudur. Orta məktəbdən belə şeylərə alışan qızlar ali məktəbdə daha da bu sahədə profesionallaşır və ailənin xəbəri olmadan barları bəzəyir. Ali məktəblərlə sıx əlaqəsi olan bir insan kimi bu hadisələrin şəxsən şahidləriyik. Əlbətdə, təmiz və əxlaqlı qızlarımız da çoxdur, amma bu təhlükə onlardan da uzaq deyil. Çünki emosiyalar müəyyən həddə çatanda ağla qalib gələ bilir. Bu gedişat dayandırılmalıdır.
       
        Ictimaiyyətdə əxlaqi tənəzzül
       
        Bunun ən bariz nümunəsi küçədə olan reklamlar və insanların davranışlarıdır. Bir paltaryuyan maşın, bir pərdə, bir dükan da reklam olunursa, mütləq yanında çılpaq bir qadın şəkili olmalıdır. Bu hallar belə şeylərin adiləşmənəsinə səbəb olur. Gedək ictimai nəqliyyata. Əgər siz əxlaqlı adamsınızsa və bədbəxtçilikdən həyat yoldaşınız, ya bacınızla avtobusdasınızsa, yol boyu danışığını və hərəkətini bilməyən ən azı iki əxlaqsızla mübahisə, bəzən də dava etməlisiniz. Hər kəsin əlində əsəbləri pozacaq şəkildə səsi artırılmış musiqili bir telefon, danışdığı sözlərə fikir verməyən, vəhşicəsinə avtobusu idarə edən tərbiyəsiz bir sürücü və həyat yoldaşdaşınızla birlikdə sıxlıqdan pəncərəyə yapışmış siz... bu hadisəylə qarşılaşmadığımız bircə gün belə yoxdur. Küçədə gəzə-gəzə eşitdiyimiz əxlaqsız söyüşlər şəhərin adi halına çevrilib. Nə böyük sayan var, nə də ağsaqqal. Dəyərlərimizdən qalanı bircə avtobusda yer verməkdi, ondan da gənc qızlar artıq imtina ediblər. Ay camaat, mənim xalqım niyə belə oldu? Axı biz belə əxlaqsız camaat deyildik. Kişilərimizin arvadlıq etməsinə də dözdüksə,... Nə isə, danışdıqlarımın hamısı boş şeydir. ƏSAS ODUR Kİ, AVROPAYA İNTEQRASİYA EDİRİK.
    YENİ  ŞƏRQ ELMİ ARAŞDIRMALAR MƏRKƏZİ
    Категория: Cümə söhbətləri | Просмотров: 1671 | Добавил: media-islam | Рейтинг: 4.0/1
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər