Şenbe, 21.12.2024, 20:12
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 50
    Qonaq: 50
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Şie cavabları

    Fatimənin (ə) qəzəbi

    Fatimə (ə) Əbu-Bəkr tərəfindən, Peyğəmbərdən (s) qalan mirasdan məhrum olduğu üçün qəzəbli halda vəfat etdi. Buxari "Səhih" kitabında öz sənədilə Aişədən rəvayət edərək deyir: "Xanım Fatimə (ə) Əbu-Bəkrdən, Rəsulallahdan (s) ona qalan mirasını tələb etməyə getdi. Hansıki Allah-təala Rəsulallaha (s) verdiyi şeylərin birini, Fatiməyə (ə) vermişdi. Əbu-Bəkr Fatiməyə (ə) Peyğəmbərin (s), biz peyğəmbərlər irs qoymarıq - deyə - dediyini bildirdi. Bu sözdən Fatimə Əbu-Bəkrə qarşı çox qəzəbləndi və hətta vəfat edənə qədər onunla danışmadı. Xanım Fatimə də Peyğəmbərin (s) vəfatından sonra cəmi 6 ay yaşadı."

    Aişə sözünə belə davam edir: "Fatimə, Rəsulallah (s) onun üçün tərk etdiyi Xeybər, Fədək və Mədinədəki payını Əbu-Bəkrdən soruşanda, ona rədd cavabını verərək belə dedi: "Peyğəmbərin (s) gördüyü işi, mən də görürəm." { Səhih-Buxari cild 4, səh.208. Xums bölümu. Fəraiz babı. }

    Xanım Fatimənin (ə) Əbu-Bəkrə qarşı qəzəbi o həddə gəlib çatmış idi ki, meyyit namazı qılmaması üçün, Həzrəti Əliyə (ə) vəsiyyət etmişdi. Bundan əlavə, cənazəsinin ardınca gəlməsinə belə razı deyildi. Buna görə də Həzrəti Əli (ə) Xanımın pak cəsədini kecə vaxtı gizli şəkildə dəfn etdi. "Əbu-Bəkr Xanım Fatiməyə (ə) istədiklərindən heç nə vermədi. Onun bu əməlinə görə, Xanım qəzəbli qaldı və vəfat edənə qədər onunla danışmadı. Xanım Peyğəmbərdən (s) sonra cəmi 6 ay ömür sürdü. Onun əri Əli (ə) kecə vaxtı onu dəfn etdi. Əbu-Bəkrə nə onu görməyə, nə də ki, cənazə namazına gəlməsinə icazə vermədilər." { Səhihi-Buxari cild 5, səh. 382. Məğazi bölümü. Xeybər babı. } Bu rəvayətləri Buxari öz səhihində Aişəyə istinad edərək zikr etmişdir.

    Xanım Fatimənin (ə) tələb etdiyi Fədək, Hicazda yəhudi tayfəsının məskunlaşdığı bir kənd idi. Peyğəmbər (s) Xeybər döyüşündə qalib gəldikdən sonra, Allah-təala bu kəndin əhlinin ürəyinə xof saldı və onlar da döyüşsüz Peyğəmbərlə (s) sülh bağlayıb tabe oldular. Döyüşsüz və ordu yürüş etmədən Peyğəmbər (s) Fədəki aldığına görə Rəsulallahın (s) öz şəxsi mülkü idi. Rəsulallah (s) da Fədəki şəxsi mülkü olduğuna görə qızı Fatiməyə (ə) hədiyyə etdi. Bundan əlavə, Xeybərdən gələn gəlirin xumsu və Peyğəmbərin (s) sədəqədən olan payı da Rəsulallah (s) tərəfindən Xanıma hədiyyə olundu. Bu paylarda Peyğəmbərdən (s) başqa heç kimin haqqı yox idi.

    Əbu-Bəkrin sözünə görə, Xanım Fatimənin (ə) heç bir haqqı olmadan payını tələb edir. Onun bu sözünün iki mə'nası vardır. Bunun da yalız biri qəbul olunur. Birinci mə'nası budur ki, xanım Fatimə (ə) Peyğəmbərdən (s) ona çatacaq olan mirasın hökmünü Əbu-Bəkr qədər bilməyirdi. İkinci mə'nası isə, Xanım yalançı idi və tamahkarlıqdan haqqı olmayan şeyi tələb edirdi.

    Bu sözlər Xanım Fatiməyə (ə) mütləq surətdə yaraşan deyildir. Hansı ki, o xanım qəzəblənəndə Allah-təala da qəzəblənərdi. Mö'minələrin və cənnət əhlinin seyyidəsi idi. Allah-təala onu hər günahdan və napaklıqdan pak etmişdi. Buxari öz səhihində belə zikr edir: "Peyğəmbər (s) buyurmuşdur: Ya Fatimə məgər sən mö'minələrin və ya ümmətin qadınlarının seyyidəsi olmağa razı deyilsənmi;

    "Fatimə mənim bir hissəmir. Onun qəzəbi mənim əzəbimdir."{ Səhihi-Buxari cild 5, səh. 75. “Səhabənin fəzilətləri” bölümü. }

    "Fatimə cənnət qadınlarının seyyidəsidir."{ Səhihi-Buxari cild 5, səh.74. “Səhabənin fəzilətləri” bölümü. }

    Əgər Xanım Fatiməni (ə) digər adi qadınlar kimi hesab etsək, yə'ni deyilən bu rəvayətlərdəki fəzilətlər onda olasa belə, ümumi bəşər müəlliminin ən elmli və qazilər-qazisi olan Həzrəti Əlinin (ə) həyat yoldaşı olması, onun cahil olma ehtimalını batil edir. Tutaq ki, Xanım Fatimə (ə) haqqı olmayan bir şeyi tələb edirdi və Əbu-Bəkrin sözünə görə Rəsulallah da özündən sonra irs qoymamışdı. Əgər bu həqiqət olsa idi o zaman ya atası, ya da əri ona bu məsələnin şər'i hökmünü öyrətməli idi. Məxsusən də Xanım Fatimənin (ə) Əbu-Bəkrə qarşı olan qəzəbi, Peyğəmbərin (s) vəfatından sonra, tamam yaşadığı 6 ay zaman boyunca davam etdi.

    Bundan əvvəlki sözlər (əuzu-billah) Xanım Fatiməyə (ə) yaraşan sözlər deyildir. Xanıma, Əbu-Bəkr onun, Allah-təala atasına Mədinədən verdiyi payı və Xeybərdəki xums haqqını vermədiyi xəbəri çatanda, Mühacir Ənsarlar Əbu-Bəkrin ətrafında toplaşdığı halda bir xütbə oxudu. Bu elə bir xütbə idi ki, orada olub eşidən hər bir kəs hönkürə-hönkürə ağlayırdı. Bu xütbədən bir neçə kəlmə sizə çatdırırıq:

    "... Siz iddia edirsiniz ki, bizə nə irs nə də misli düşür. Siz cahiliyyət dövrünün hökmünü istəyirsinizmi? Ey müsəlmanlar! Məgər Allahın kitabında varmı ki sən, (xitab Əbu-Bəkrədir) atandan irs apara bilərsən, amma mən yox? Sənin sözün batildir." Sonra bu ayəni oxudu:"Muhəmməd ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib-getmişlər. Əgər o ölsə və ya öldürülsə, siz gerimi dönəcəksiniz? Halbuki, geri dönən şəxsə Allah heç bir zərər yetirməz. Lakin Allah şükr edənlərə mükafat verər." (3.Ali-İmran surəsi, 144). "...Ey Qilə nəsi! Gözüm görə-görə atamdan mənə qalan mirası əlimdənmi alırsınız..." { Mənalil-talib fi-şərhi təvamil-əl-ğəraib (İbn-Əsir), səh. 501 (Əl-mədəni mətbəəsi).} Beləcə də Xanım xütbəsinə davam etdi.

    Peyğəmbərin (s) "Biz peyğəmbərlər irs qoymarıq" sözü, Əbu-Bəkrin ictihadına görə, miras məsələsinin hökmləri peyğəmbərlərə şamil olmaz mə'nasında deyildir. Qur'ani-Kərimdə də Əbu-Bəkrin sözünün batil olması haqqında ayələr vardır:

    "Süleyman Davudun varisi oldu..."{ 27.Nəml surəsi, 16 } . Buna əlavə olaraq, Zəkəriyyə peyğəmbər Allaha dua edib, özündən sonra varis olsun deyə, bir oğul payı istədi. Allah-təala da onun duasını qəbul edib, Yəhyanı ona ruzi olaraq verdi. Necə ki, Qur'ani-Kərimdə deyilmişdir: "O həm mənə, həm də Yə'qub nəslinə varis olsun. Pərvərdigara! Həm də elə et ki, o sənin rizanı qazanmış olsun! Ey Zəkəriyyə! Sənə bir oğulla müjdə veririk ki, adı da Yəhyadır..." { 19.Məryəm surəsi, 6-7 }. Keçən ayədəki "varisim olsun" sözünün mə'nası, "peyğəmbərliyim ona irs qalsın" mə'nasında deyildir. Peyğəmbərlik irslə olmaz. Rəsulallahın "Biz peyğəmbərlər irs qoymarıq" sözünün mə'nası odur ki, həqiqətən peyğəmbərlər padşahlar kimi dünyada qızıl və gümüş yığıb saylamazlar ki, özlərindən sonra miras qalsın.

    Əbu-Bəkr Xanım Fatiməyə (ə) miras barəsindəki haqqını haram etdi. Buna görə də Həzrəti Əlinin (ə) Əbu-Bəkrə bey'ət etməməsi səbəbini bə'ziləri, şərən Həzrəti Əlinin (ə) xəlifəyə sahib olma haqqı ilə deyil, Xanımla Əbu-Bəkrin arasında olan ixtilafla əlaqələndirdilər. Fərz edək ki, həqiqətən Həzrəti Əli (ə) Əbu-Bəkrə, Xanımla onun arasında olan ixtilafa görə bey'ət etmədi. Bəs nəyə görə səhabədən olan digər hörmətli şəxsiyyətlər Əbu-Bəkrə bey'ət etməyərək Həzrəti Əliyə (ə) dəstək verdilər? Həmçiin Aişənin, “Əli Əbu-Bəkrə onun yanına tək gəlməsi üçün xəbər göndərdi.” Həzrətin onu tək də'vət etməkdə məqsədi o idi ki, Ömər Əbu-Bəkrlə birgə gəlməsin" - sözünün nə mə'nası vardır? Halbuki Ömərin, miras məsələsində olan ixtilafla heç bir əlaqəsi yox idi. Amma Ömərin, Səqifə bəhsinin Əbu-Bəkrin xeyrinə görə bitməsində böyük rolu var idi.

    Bu deyilənlərə əsasən, Həzrəti Əlinin (ə) və Xanım Fatimənin (ə) Əbu-Bəkrə bey'ət etməmələri miras məsələsində olan ixtilafa görədir - sözünün heç bir mə'nası və e'tibarı yoxdur.

    Buxari İbn-Abbasa istinad edərək öz səhihində Rəsulallahın (s) belə buyurduğunu zikr etmişdir:

    "Hər kimin əmirinə qarşı bir ikrahı olarsa səbr etməlidir. Çünki kim hakimin sözündən bir qarış belə çıxsa, ölümü cayiliyyət dövründə ölənlərin mislindədir." { Səhihi-Buxari cild 9, səh. 145. "Əl-Fitən" bölümü "Sətərunə bə'di umurən tunkirunəhə" babı. }

    Müslim də səhihində zikr etmişdir: Rəsulallah (s) buyurub: "Hər kim bey'ət etmədən ölərsə ölümü cahiliyyət dövründə ölənlərin mislindədir. " { Səhihi-Müslim "İmarə" bölümü "Vucub muləzəmət cəmə əq əl muslimi" babı cild 4, səh. 517. "Daru şəəb" mətbəəsi. }

    Müsnədi Əhməd kitabında Rəsulallahın (s) belə buyurduğu zikr olunmuşdur: "Hər kim imamsız ölərsə, ölümü cahiliyyət dövründə ölənlərin mislindədir." { Müsnədi Əhməd, cild 3, səh. 446 }.

    Yuxarıda göstərilən bu üç hədislər qəti şəkildə onu sübut edii ki, hər kim imama və ya əmirə bey'ət etmədən ölərsə cahiliyyət dövründə ölənlərin mislindədir. Şəkksiz və şübhəsiz olaraq bu hədislərdəki nəzərdə tutulan imam başqa şəxsə deyil, Allahın şəriətinə görə ona bey'ət etməsi vacib olan imam olmalıdır.

    Xanım Fatimə (ə) Əbu-Bəkrə bey'ət etmədən vəfat etdi. Həmçinin vəfat edəndə də Əbu-Bəkrə qarşı o qədər qəzəbli halda vəfat etdi ki, meyyit namazını qılmağa hətta cənazəsinin ardıyca yeriməyə belə razı deyildi. Necə ki, Buxari, Əbu-Bəkrin Xanım Fatiməyə (ə) Rəsulallahdan (s) ona qalan mirasını haram etməsi barədə, Aişəyə istinad edərək rəvayət etmişdir: "... Rəsulallahın (s) qızı Fatimə Əbu-Bəkrə qarşı qəzəbləndi və vəfat edənə qədər onunla danışmadı. Xanım Fatimə də (ə) Peyğəmbərin (s) vəfatından sonra cəmi 6 ay yaşadı...; Onun əri Əli kecə vaxtı onu dəfn etdi. Əbu-Bəkrə nə onu görməyə, nə də cənazə namazına gəlməsinə icazə vermədilər." { Səhihi-Buxari. Cild 5, səh. 382. "Məğazi" bölümü. "Xeybər müharibəsi" babı. }

    Görəsən kim deyə bilər ki, Xanım Fatimə (ə) Rəsulallahın (s) dediyi sözə əməl etməmişdir?

    Xanım Fatimə (ə) Əbu-Bəkrin əməllərinə qarşı ikrahını, təəmmül və bey'ət etməməsini izhar etdi. Həmçinin meyyit namazına və hətta cənazənin ardıyca gəlməməsini vəsiyyət etdi. Bu da açıq-aşkar surətdə onu sübut edir ki, xanım Əbu-Bəkrin sultanlığında nəinki bir qarış hətta min qarış qədəri uzaqlaşmışdır!

    Görəsən kim deyə bilər ki, Xanım Fatimənin (s) ölümü cahiliyyət dövründə ölənlərin mislindədir??

    Halbuki, bütün dünya müsəlmanları qəbul etmişdir ki, Xanım Fatimə (ə) bütün mö'minə qadınların və cənnətdəki qadınarın ən üstünüdür. Necə ki, Buxari öz səhihində Rəsulallahın (s) belə buyurduğunu sübut etmişdir: "Ey Fatimə, məgər sən mö'minələrin və ya bu ümmətin qadınlarının seyyidəsi olmağa razı deyilsənmi." { Səhihi-Buxari. Cild 8, səh. 202. "İsti'zan" bölümü "Mən nacə beynə yədeyn-nas" babı. }

    Həmçinin digər rəvayətdə də buyurmuşdur: "Fatimə cənnət qadınlarının seyyidəsidir." { Səhihi-Buxari. Cild 5, səh. 74. "Fəzailus-səhabə" bölümü. "Fəzailil Fatimə" babı. } Bunlara əlavə olaraq qeyd olunmalıdır ki, Xanım Fatimənin (ə) qəzəbi Peyğəmbərin (s) qəzəbidir. Bu da şübhəsizdir ki, Peyğəmbərin (s) qəzəbi də Allahın qəzəbidir. Necə ki, Peyğəmbər (s) buyurmuşdur: "Fatimə mənim bir hissəmdir. Onun qəzəbi mənim qəzəbimdir." { Səhihi-Buxari. Cild 5, səh. 75. "Səhabənin fəziləti" bölümü. "Fəzailil Fatimə" babı. }

    İnsdən və cinsdən kim cür'ətlənib deyə bilər ki, Xanımın ölümü cahiliyyət dövründə ölənlərin mislindədir?

    Bu deyilənlərə və zikr olunan səhih hədislərə əsasən, hökm olunur ki, bey'əti vacib olan xəlifə, əmir və ya imama bey'ət etmədən ölənlərin ölümü cahiliyyət dövründə ölənlərin mislindədir. Buradan iki ehtimal hasil olunur ki, ya Xanım Fatimə (ə) bey'əti vacib olan Əmir Əbu-Bəkrə bey'ət etmədən cahiliyyət dövründə ölənlərin mislində öldü, ya da Xanım Fatimə (ə) cahiliyyət dövründə ölənlərin mislində vəfat etməmiş, Əbu-Bəkr də bey'əti vacib olan əmirlərdən deyildi.

    Deməli bey'əti vacib olan əmirlər, hansıki kim onlara bey'ət etmədən ölərsə, cahiliyyət dövründə ölənlərin mislindədir, nə Əbu-Bəkr, nə Müaviyyə, nə Səffa, nə də bu kimi digər şəxslərdir.

    Категория: Şie cavabları | Добавил: al-shia (23.07.2008) | Автор: Əs'əd Vəhid əl-Qasim
    Просмотров: 3756 | Комментарии: 1 | Рейтинг: 3.2/12
    Всего комментариев: 1
    28.09.2008
    1. DINDARKA (DINDARKA) [Material]
    ALLAH SIZDEN RAZI OLSUN.XEBERLER CIX GOZEL IDI

    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər