Bazar, 22.12.2024, 06:47
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » 14 Mesum » İmam Baqir (a)

    İmam Muhemmed Baqir(e)

    İmam Məhəmməd Baqir əleyhissəlam (həyatına qısa bir baxış)
     
    İmam Məhəmməd Baqir(ə) həytının simasını təsvir etmək çox çətindir.Çünki, imamın(ə) şəxsiyyəti o qədər böyükdür ki, onu tamamilə görüb təsəvvür etmək imkansızdır.Yazıçılar və tarixçilər, onun ancaq bir hissəsini görüb nəql etmişdilər.Tarixçilərin yazdığına görə,o imam(ə) hicri 57-ci ilin rəcəb ayının biri cümə günündə  Mədinə şəhərində imam Həsən Müctəbanın(ə) qızı Fatimənin bətnindən doğulmuşdur.Doğulduqdan sonra atası dördüncü imam Həzrəti İmam Zeynülabidin(ə) sağ  qulağına azan və sol qulağına da iqamə oxudu və bununla da iftixarlı həyatını Allahın adı ilə başlamış oldu.Bu ad imam(ə) həyatının bütün çağlarını əhatə edən müqəddəs addır.
    İmam Məhəmməd Baqir(ə) 61-ci ildə baş verən Aşura hadisəsində dörd yaşında idi.O həzrət əziz atası İmam Zeynülabidinin(ə) vəfatından sonra 38 yaşında ikən mənəvi və müqəddəs imamlıq məqamına çatdı və ondan sonra təlim  işini başlatdı.Bu təlim o  qədər geniş idi ki,fəqət Müslüm oğlu Məhəmməd deyirdi ki,o həzrətdən otuz min hədis soruşub cavab aldım.Digər imamlar kimi imam Məhəmməd Baqir(ə) də elm və təqva xüsusiyyətlərinə malik idi.O həzrətə “Baqirəl ülum” adını vermişdilər. “Baqirəl ülum” elimləri açan deməkdir.
    İmam Məhəmməd Baqir(ə) elm və islam biliklərini yaymaqda məxsus şəraitdən istifadə etdi.İmam həyatının axırlarında Əbbasilər bə Öməvilər bir-birinin canına düşmüşdülər.Bu iki qedrətin siyasi toqquşması imama nisbi azadlığı təmin etmişdi.Və imamımız nisbi azadlıqdan istifadə edib islam elmlərini yaydı.
    Tarixçilərin yazdığına görə,o həzrətin elmi məhzərindən istifadə etmiş 500 nəfər hüdudunda səhabəsi böyük elmi məqamlara nail oldu.Və islamın elmi məktəbini fiqh,hədis,təfsir və başqa sahələrdə yazdıqları əsərləri ilə çiçəkləndirdilər.
    Zərarə,Əbu Bəsir Əsədi,Həmran,Müslüm oğlu Məhəmməd,Mərvan oğlu Məhəmməd,Fəzl oğlu İsmayıl Haşimi və başqaları imam məhzərindən yararlanmış görkəmli şəxsiyyətlərdəndirlər ki,elm sahəsində böyük şöhrət qazanmışlar.
    Burada qeyd etmək lazımdır ki, islam həyat ilə üzvi surətdə bağlı olan bir dindir.İslamın hədəfi ümmət həyatını həqiqətlərə əsaslanaraq idarə etməkdir.Ümmət həyatını bir realist hüquqi məktəb olmadan idarə etmək qeyri mümkündür.Bu hüquq insan həyatını hərtərəfli əhatə etməlidir.Buna görədir ki,islam alimcəsinə realizmə əsaslanan “haqqı” öz mehvəri etmişdir.Ancaq qeyd olunmalıdır ki, islam baxımından “haqq” çox geniş bir anlayışdır.Qeyri məzhəbi hüquq məktəblərində “haqq” məhduddur və insan həyatının ancaq bir sahəsini ehtiva edir.
    Allahın xalqa haqqı və bunun nəticəsində yarann xalqın Allah qarşısında vəzifəsi və əxlaqiyyat hüququ qeyri məzhəbi məktəblərin əhəmiyyət vermədiyi məsələlərdir.Ancaq islamda olan “haqq” geniş anlamdadır və etiqadi,ibadi və əxlaqi məsələləri də ehtiva edir.Allahın peyğəmbəri(s) bu məktəbin bünövrəsini qoymuşdur.Canişinlər və imamların vəzifəsi də gündəlik imkanlar daxilində bu məktəbi genişləndirmək və bu üsulu açmaqdır.Bu işi görmək üçün də məxsus şəraitə ehtiyac vardır ki, ən başlıcası azadlıqdır.İmam Baqir(ə) həyatının axırlarında bu azadlıq nisbi surətdə təmin olundu.Çünki, həmişə imamlara maniə törədən Öməvilər,Əbbasilər adlı bir güclü qüvvə ilə qarşılaşmışdılar.
    Bir yeni hərəkatın bayraqdarı olan Əbbasilər Öməviləri təzyiqə məruz qoydular və bunun nəticəsində Öməvilər Ələvilərdən daha çox onlarla məşğul oldular və beləliklə nisbi azadlıq əldə olundu.İmam Məhəmməd Baqir(ə) bu fürsətdən istifadə edərək islam elmlərini yaymaq və şiə hüquq məktəbini açmaqla məşğul olub elmin duru arxlarını vəhydən qaynaqlanan hikmətinin duru çeşməsindən xalqın ölmüş qəlblərinə doğru axıtdı.
    Elm səviyyəsi o qədər parlaq idi ki, bütün alimlər onun qarşısında özlərini aşağı və kiçik hiss edirdilər.Tarix belə yazır: “Məkkə əhalisi axşam çağları Məscidil-həramda toplaşırdılar.O gün axşam da xalq həmişəki kimi dəstə-dəstə məscidə girib təvaf(yəni, ziyarət)etdikdən sonra Kəbə və Həcər arasında toplaşan camaata qovuşurdular.Orada xalq məhzərindən yararlandığı bir kişi oturmuşdu.Hörmət və müqəddəslik haləti onu bürümüşdü və bu halət onu başqalarından fərqləndirirdi.elm maraqlıları ona sual verirdilər və gözləyirdilər ki, bu hədsiz elmi qüdrətə malik olan şəxs suallarına cavab versin.Ən mürəkkəb suallar,ən çətin dini suallar ona verilirdi.o da bu sualların hamısına qənaətbəxş cavab verirdi.Bu cavablar suzamış adama çatan su kimi fərəhləndirici idi.
    Həbabə deyir ki, o gün həzrət min dini və əməli məsələyə cavab verməyincə yerindən qalxmadı.İş qurtardıqdan sonra evinə getmək üçün yerindən qalxdı.Bu zaman həyəcanlanmış camaat arasından bir nəfər uca səslə dedi ki, budur bəşəriyyəti işıqlandıran nur.Budur insanları oxşayan ətirli nəsim.Budur dəyəri tanınmamış haqq.Bir neçə nəfər –“ O kimdir məgər?”-deyə soruşdular.Cavab verdi ki, o, Baqiril ülum Əbutalib oğlu Əli oğlu Hüseyn oğlu Əli oğlu Məhəmməddir(ə).Bəli, o, imam Məhəmməd Baqir(ə)-şiələrin beşinci imamı və “elmləri açan” idi.Bu iftixarlı ləqəbi  Həzrət Peyğəmbər(s) ona vermişdi.Vaxtı ilə Həzrət Peyğəmbər(s) onun haqqında belə buyurmuşdu: “Bu iftixar ancaq İmam Baqirə(ə) çatdı”
    Doğrudur ki,imamların hamısı elm, səxavət, şücaət,əxlaq və sair yüksək xasiyyətlərə üstün səviyyədə malik idilər.Ancaq ictimai şərait bu xəsisələri büruzə vürmək imkanını hmaısına verməmişdir.Öncə qeyd etdiyimiz kimi ictimai şərait və Öməvilərlə Əbbasilər arasındakı toqquşmalar imam Məhəmməd Baqirə(ə) nisbi azadlıq təmin etdi və o həzrət müvəffəq oldu ki,təqribən 19 il çəkən imamlıq dövründə fiqh və islam hüquqlarını yayıb şiə elmi kitablarını öz möhkəm və məntiqli sözləri ilə dolğunlaşdırsın.
    imam Məhəmməd Baqir(ə) ictimaiyyəti məzhəbi anlayışlarla tanış etmək işinə çox əhəmiyyət verirdi və bu işi əməldə də görürdü.
    O həzrətin tərcümeyi halında yazmışlar ki,yayın isti günlərindən birində o  həzrət fəhlələri ilə birlikdə şəhərdən çxıb tarlaya yollandı.Bu anda müsəlmanların biri o həzrətlə qarşılaşdı və düşündü ki,imam(ə) günün bu isti çağında nə üçün tarlaya gedir.Bu haqda imamdan soruşmaq istədi.Yaxınlaşıb salam verdikdən sonra dedi:
    “Siz Qureyşin böyüklərindənsiz.Nə üçün bu isti havada şəhərdən çıxıb dünya işlərinə yetişməyə gedirsiz? Əgər bu halda öldünüz, Allaha nə cavab verəcəksiniz?”
    Bu şəxs deyirdi ki, bu cümləni imama(ə) ərz etdiyimdən sonra mənə tərəf gəlib buyurdu:
    “Əgər bu halətdə ölsəm,mən yaxşı halətdə-itaət və qulluq halında- ölmüş olaram.Mən bu isti gündə işimin dalınca getməyi evdə oturub dincəlməkdən üstün tutmuşam və evin iqtisadi məsələlərindən ötrü işləyirəm.Bu halət bir insanın daxilində qərar tapa biləcək ən yaxşı halətdir.Adam ölərkən o halda qorxmalıdır ki, günah içində olsun və ya başqalarının əməyinin nəticəsindən istifadə etsin”
    O kişi güman edirdi ki,insan o zaman dindar ola bilər ki, iş dalınca getməsin.İmam(ə) bu təhlükəli düşüncə sapqınlığını onda görüncə ona öyüd verdi və islam həqiqətini on göstərdi.İmam Baqirin(ə) buyurduqlarından görünür ki, iqtisadiyyata əhəmiyyət verib işləyən bir cəmiyyət eyni halda ibadət halındadır; heç bir şey istehsal etməyən fərd və cəmiyyət isə günah içrədir.
    İmamın(ə) elmi irsindən sayılan öyüdverici sözlərindən nümunələrə diqqət edin:
    “Kamilləşmənin ən üstün mərtəbələri bunlardan ibarətdir:
    1.Dini elmləri araşdırma
    2.Hadisələr və çətinliklər qarşısında dözmə
    3.İqtisadi cəhətləri və maaşı intizama salma
     
    Xalq elmindən yararlanan alim yetmiş min abiddən yaxşıdır.
    Məyusluq və bədbinlikdən çəkin, çünki ,məyus və bədbin insan haqqını yerinə yetirməz və heç bir haqqa dözməz.
    Məclisdə sənə layiq olan yerdən daha aşağı otur.
    Hamıya salam ver.
    Kimsə ilə dalaşma,haqq səninlə olsa da.
     
    ***
    İmam Məhəmməd Baqirin(ə) həyatı təəssüf ki, çox davam etmədi və nəhayət hicri 114-cü ildə 57 yaşında ikən Əbdül Məlik oğlu Hüşamın əmri ilə zəhər verilərək öldürüldü və şərafətli şəhidlik məqamına çatdı.Bununla da islam dünyası müqəddəs vücudunu əldən verdi.
     



    Источник: http://"Edaletin Qurbanlari" (14 mesum haqqinda kitab)
    Категория: İmam Baqir (a) | Добавил: MESHHEDI_MUQEDDES (01.07.2008) | Автор: kamran E
    Просмотров: 2640 | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər