Çerşenbe axşamı, 30.04.2024, 03:54
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Bölmələr
    Elmi məqalələr [0]
    Elmi məqalələr
    DİNİ MƏQALƏLƏR [4]
    DİNİ MƏQALƏLƏR
    QONAQ YAZARLAR [2]
    QONAQ YAZARLAR
    ANALİZ [0]
    ANALİZ
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    YAZARLAR

    Главная » 2008 » May » 14 » Quranda Ali(e)
    15:57
    Quranda Ali(e)
     
    Əli(ə) haqda Quranda nazil olan ayələrin sayı

    Şiə və Sünni alimlərinin təsdiqlədikləri sənədə əsasən İmam Əli(ələyhissalam) Peyğəmbər səhabələri arasında Allah və onun Rəsulunun yanında ən yüksək məqama sahib olan bir şəxsiyyət olmuşdur. Elə bu baxımdan Quranda nazil olan ayələrin bir qismi O Həzrətin mədh və tərifinə nazil olmuşdur.
    Bu haqda bir çox rivayətlər bizim əlimizə gəlib çatmışdır ki, biz burada Əhli-sünnətin mənbələrindən bir neçə hədisi sizin diqqətinizə çatdırırıq:
    1-) İbn Abbasdan Nəql olan rivayətdə deyilir: “Nuzilət fi Əliyyin səlasu miətin ayə”, yəni: “Əli(ə)-ın şəninə üç yüz nazil olmuşdur”
    Bu hədisi təsddiq edən Sünni mənbələri:
    1- Xətib Bağdadi özünün “Tarixu Bəğdadi” Kitabının, cild 6, səh: 221. Hədis nömrə:3275.
    2- Süləyman Qunduzi, Yənabiul-məvəddə kitabı, 42-ci bab, səh:148.(Əlbəttə burdakı rivayətdə üç yüzdən çox ayənin nazil olması vurğulanır)
    3- Hafiz, İbni Əsakir, “Tarixu Dəməşq”, Əli(ələyhissalam)-ın tərcümeyihalı qismi, 941-ci hədis, cild 2, səh: 431.
    4- Siyuti, “Tarixul-Xuləfa”, səh: 172. Həmçinin özünün, “Əlləalil-məsnuə” kitabı, cild 1, səh:192.
    5- İbn Həcər, Səvaiqul-muhriqə kitabı, səh: 76.
    2-) Bu haqda olan digər rivayətdə, Yəzid ibn Rumandan belə nəql olunur: “Ma nuzilə fi əhədin, minəl-quran, ma nuzilə fi Əliyyibni Əbitalib” yəni: “Heç bir kəs haqda Əli(ələyhissalam)-a nazil olan ayələr qədər ayə nazil olmamışdır”.
    Bu hədisi təsdiq edən Sünni mənbələri:
    1- İbn Əsakir, “Tarixu Dəməşq” kitabı, Əli(ələyhissalam)-ın təcümeyihalı qismi, 904-cü hədis, cild 2, səh: 430.
    2- İbn Həcər, “Səvaiqul-muhriqə” kitabı, səh: 76.
    3- Siyuti, “Tarixul-xuləfa” kitabı, səh: 171. (Əlbəttə bu kitabda, qeyd edilən hədis İbn Abbasdan nəql olunur)
    4- Hafiz, Həskani, “Şəvahidut-tənzil” kitabı, 5-ci fəsl, 50-ci hədis, cild 1, səh: 39.
    5- Gənci Şafii, “Kifayətut-talib” kitabı, 62-ci bab, səh: 253.
    6- Şəblənci, “Nurul-əbsar” kitabı, səh: 73. Və digərləri...
    Hafiz, Həskani, özünün “Şəvahidut-tənzil” kitabında Əsbəğ ibn Nəbatədən belə bir rivayətdə qeyd etmişdir ki, Əli(ələyhissalam) buyurdu: “Nuziləl-Quranu ərbaən, fə rub-un fina, və rub-un fi əduvvina, və rub-un sunənun və əmsalun, və rub-un fəraizun və əhkamun. Fə-ləna kəraimul-quran” yəni: “Quran 4-bölüm əsasında nazil olmuşdur. Onların dörddən biri, biz Əhli-beyt, digər bölməsi biz Əhli-beytin düşmənləri, başqa bölümü sünnətlər və məsəllər haqda, sonuncu isə vacibat və şəri hökmlər haqda nazil olmuşdur. Quranda olan kərimanə sifətlər( Misal olaraq: Mərdlik, səxavət əfv edib bağışlamaq vvə bu kimi kərimanə sifətlər-mütərcimdən) biz Əhli-beyt haqda nazil omuşlar”.( Hafiz, Həskani, “Şəvahidut-tənzil” kitabı, 5-ci fəsl, 58-ci hədis, cild 1, səh:148)

    Bu haqda nazil olan bir sıra ayələr

    Birinci ayə-) “İnnəma vəliyyukumul-lahu və Rəsuluhu vəlləzinə amənu, əlləzinə yuqimunəs-səlatə və yutunəz-zəkatə və hum rakiun” ( Maidə surəsi, ayə 55) yəni: “Sizin mövla və rəhbəriniz Allah, onun Rəsulu və İman gətirənlərdir. Elə bir iman gətirənlər ki, onlar namaz qılır və rükuda olduğu halda zəkat verirlər.”
    Ayənin izahı: Bütün Əhli-sünnə və Şiə tafsirçi alimləri yekdilliklə bu ayənin Allahın, onun Rəsulunun və Əli ibn Əbi Talibin vilayəti haqda nazil olmasını təsdiqləmişlər; Və bu haqda belə yazmışlar: “ Bir gün Əli(ələyhissalam) məsciddə namaz qılarkən, namazda rükuda olanda, bir dilənçi məscidə daxil olaraq yardım dilədi. O böyük İnsan o vəziyyətdə barmağını uzadaraq, o dilənçidən O Həzrətin barmağındakı üzüyü çıxarıb götürməsinə işarə etdi, dilənçidə bunu başa düşüb O Həzrətin barmağından çıxarıb sevinərək məsciddən xaric oldu.” Bu əməlin Allah dərgahında nədərəcədə məqbul sayıldığına görə və bəlkədə Əli(ələyhissalam)-ın Allah yanında olan məqamını bir daha bəyan etməkdən ötrü bu ayəni nazil etdi.
    Həmçinin Əbuzər Ğəffari(rəhmətullahi ələyh)-dən bu ayənin nazil olma səbəbi haqda buyurduğu digər bir hədisdə belə deyilir: “Bir gün mən Peyğəmbərlə birgə məsciddə namaz qılarkən, bir dilənçi məscidə daxil olaraq, kömək istədi. Ancaq kimsə ona əhəmiyyət vermədi. O əıini göyə qaldıraraq dedi: İlahi sən şahid olki, man sənin Rəsulunun məscidində kömək istədim, kimsə mənə kömək etmədi! Bu zaman Əli(ələyhissalam) namazda rüku vəziyyətində idi. O Həzrət balaca barmağında olan üzüyü dilənçiyə göstərərək işarə etdi. Dilənçi yaxınlaşıb üzüyü O Həzrətin barmağından çıxartdı. Bu səhnəni müşahidə edən Allahın Rəsulu, öz namazınıda bitirdikdən sonra üzünü Allaha tutaraq belə dua etdi: “Əllahummə və ənə Muhəmmədun(səlləllahu ələyhi və alihi və səlləm) nəbiyyukə və səfiyyukə. Əllahummə fəşrəh li sədri və yəssirli əmri vəc-əl li vəzirən min əhli beyti Əliyyən vəşdud bihi əzri” yəni: “İlahi Mən sənin seçilmiş Peyğəmbərinəm! İlahi mənim sinəmi genişləndir və işləri mənə asan et, öz əhlibeytimdən Əli(ə)-ni mənə vəzir(canişin) qərar ver( əgər bu vəzirlikdən məqsəd adi vəzirlik və müşavirlik olsaydı onu Peyğəmbərin özüdə təyin edə bilərdi- mütərcimdən), beləki onu mənə dayaq və arxa qərar ver”. Əbuzər(ələyhir-rəhmə) deyir: Hələ Peyğəmbərin duası bitməmişdir ki, Cəbrəil nazil olaraq dedi: Oxu! Peyğəmbər buyurdu nə oxuyum? Cəbrəil dedi: Oxu: “İnnəma vəliy-yukumullahu və rəsuluhu vəl-ləzinə amənu...”(Maidə surəsi, ayə 55)
    Əhli-sünnə mənbələrindən bu rivayəti təsdiq edən sənədlər:
    1- Fəxri Razi, “Təfsiru kəbir” kitabı, cild 12, səh: 26. Qeyd olunan ayənin təfsirində.
    2- Bilazəri, “Ənsabul-əşraf” kitabı, cild 2, səh: 150, 151-ci hədis.
    3- Gənci Şafii, “Kifayətut-talib” kitabı, 62-ci bab, səh: 250.
    4- Suləyman Qunduzi, “Yənabiul-məvəddə” kitabı, səh: 251.
    5- İbn Həcər Hisəmi, “Məcməuz-zəvaid” kitabı, “Fəzailu Əli (ələyhissalam)” babı, cild 9, səh: 134.
    6- Həməvini, “Fəraidus-simtəyn” kitabı, səh: 191 və 193.
    7- Hafiz, Həskani, “Şəvahidut-tənzil” kitabı, cild 1, səh: 173, 231-ci hədis.
    8- İbn Kəsir, özünün “Təfsiru ibn Kəsir” kitabında, cild 2, səh: 597-598, qeyd edilən ayənin təfsirində. Həmçinin özünün “Əl-bidayətu vən-nihayə” kitabında, cild 7, səh: 358, “Babu Fəzaili Əli ələyhissəlam”-da
    9- İbn Məğazili, “Mənaqibu Əmiril-muminin ələyhissəlam” kitabı, səh: 311-312, 355-ci hədis.
    10- Siyuti, “Təfsiru əd-durrul-mənsur” kitabı, cild 2, səh: 322, qeyd olunana ayənin təfsiri.
    11- Bəyzavi, “ Təfsiru Bəyzavi” kitabı, cild 1, səh: 272, qeyd olunana ayənin təfsiri.
    12- Zəməxşəri, “Təfsirul-Kəşşaf” kitabı, cild 1, səh: 649, qeyd olunana ayənin təfsiri.
    13- Təbəri, “Təfsiru Təbəri” kitabı, cild 6, səh: 288, qetd olunan ayənin təfsiri.
    14- Muttəqi Hindi, “Kənzul-ummal” kitabı, cild 7, səh: 305. Başqa çapda cild 6, səh: 391.
    15- Xarəzmi, “Mənaqibu Əmirəl-muminin ələyhissəlam” kitabı, səh: 187. Və digər Əhli-sünnət alimləri.
    İkinci ayə-) “Əlləzinə yunfiqunə əmvaləhum billəyli vənnəhari sirrən və əlaniyətən, fələhum əcruhum ində rəbbihim, vəla xəufun ələyhim vəla hum yəhzənun” (Bəqərə surəsi ayə 274) yəni: “O kəslər ki, gecə və gündüz öz malından, aşkar və gizlin surətdə, Allah yolunda infaq edirlər, onların əcri Rəbblərinin yanındadır. Onlar üçün heç bir qəm və qorxu yoxdur.”
    Ayənin izahı: Şiənin bütün alimləri, Əhli-sünnətində bir çox tanınmış alimləri, məşhur rivayətlərə söykənərək bu ayənin Əli(ələyhissalam) haqda nazil olunduğunu vurğulamışlar. Bu alimlər bir çox yerlərdə İbn Abbasdan nəql olunan Rivayətə söykənərək belə qeyd ediblər: “Əli ibn Əbitalib(ələyhissalam) özündə olan dörd dirhəmin birini gecə, birini gündüz, birini gizlin, digər birini isə aşkar surətdə infaq etdiyinə görə, Allah bu ayəni nazil etdi. Bununlada Əli(ələyhissalam)-ın Allah yanında olan uca məqamını insanlara çatdırdı.”
    Əhli-sünnət mənbələrində bu hədisi tasdiq edən sənədlər:
    1- İbn Əsir, “Usdul-ğabə” kitabı, cild 4, səh: 25, Əli(əlyhissalam)-ın şərhe-halı bölümü.
    2- Bəyzavi, “ Təfsiru Bəyzavi” kitabı, cild 1, səh: 141, qeyd olunan ayənin təfsiri.
    3- Həməvini, “Fəraidus-simtəyn” kitabı, cild 1, səh: 356, bab 66, 282-ci hədis.
    4- Fəxri Razi, “ Təfsiru kəbir” kitabı, cild 7, səh: 89, qeyd olunana ayənin təfsiri.
    5- Hafiz, Həskani, “Şəvahidut-tanzil” kitabı, cild 1, səh: 115, 163-cü hədis.
    6- İbn Məğazili, “Mənaqibu Əmiril-muminin” kitabı, səh: 280, 325-ci hədis.
    7- Siyuti, “Təfsiru əd-durrul-mənsur” kitabı, cild 1, səh: 374, qeyd olunana ayənin təfsiri.
    8- Gənci Şafii, “Kifayətut-talib” kitabı, səh: 232, 62-ci bab.
    9- Suləyman Qunduzi, “Yənabiul-məvəddə”, səh: 250.
    10- İbn Kəsir, “Təfsiru İbn Kəsir” kitabı, cild 1, səh: 326, qeyd olunan ayənin təfsiri.
    11- Zəməxşəri, “Təfsirul-kəşşaf” kitabı, cild 1, səh: 319, qeyd olunan ayənin təfsiri.
    12- Xarəzmi, “ Mənaqibul-Əmiril-muminin” kitabı, səh: 190, 17-ci fəsil.
    Üçüncü ayə -) “Ya əyyuhər-rəsulu! bəlliğ ma unzilə iləykə min rəbbikə və in ləm təf-əl fəma bəlləğtə risalətəhu, bəllahu yəsimukə minannasi, innəllahə la yəhdil-qəumil kafirin. (Maidə surəsi, 67 ci ayə). Yəni: “Ey Rəsul! Rəbbin tərəfindən nazil olanı çatdır, əgər bunu etməsən, onun risalətini yerinə yetirməmiş olursan, Allah səni insanlardan (onların bu haqda ola biləcək şərrindən) qoruyacaq. Allah küfr edən dəstə və qövmü hidayət etməz.”
    Ayənin izahı: Bu ayə özündə, həddən artıq həssas, mühüm və insanlar üçün taleyüklü olan bir hökmü və mənanı ehtiva edir ki, oda Peyğəmbərdən sonra, Allahın yer üzündəki xilafət və vilayət öhdəliyini, layiqli bir kəsə tapşırılması və insanlara çatdırılması idi. Beləki həqiqi dini insanlara çatdırıb və onları çaşqınlıqdan çıxarmaq, təkcə Peyğəmbər zamanına aid deyil, sonrakı zamanlardada, yalnız Allahın dediyi və razı qaıdığı İslama( nə inki sonradan insanların özlərinin anlayıb məna etdiyi islama) insanları dəvət edib onun vasitəsi ilə kamala çatmaları, Allahın özünə təyin etdiyi öhdəliklərdəndir, necəki Quranda buyurur: Fə lillahil huccətul baliğə” yəni: “İnsanlara höccəti çatdırıb, tamamlamaq Allahın boynunadır”.(Ən-am surəsi, ayə 149)
    Bu ayənin əvvəli Peyğəmbərə xitabla başlayır. Burada Allah, ciddi təkidlə öz Rəsuluna əmr edərək, qabaqcadan Onun tərəfindən Peyğəmbərə vəhy yolu ilə çatdırılan mühüm tapşırığı, insanlara çatmırmasını istəyir. Sonra bu risalətin, çatdırılmaması təqdirdə, vəzifəsini yerinə yetirməmiş kimi hesaba alınacağı kimi,Allah, Peyğəmbərə ciddi xəbərdarlıq edir(Fə in ləm təf-əl fəma bəlləğtə risalətəhu). Sonrakı cümlədə isə Allah, Peyğəmbəri, sonradan baş verə biləcək fitnədən sıxortalanmasını qeyd edərək, əslındə bu məsələdə növbəti təkidini bildirir(Vəllahu yəsimukə minənnas).
    Bu ayəni oxuyanda görürük ki, Allah tərəfindən nəsə çox mühüm və taleyüklü, və insanların önün müqabilində itaətdə, boyun qaçıracaqları güman olunduğuna görə, müəyyən qədər Peyğəmbər ehtiyat edirdi. Yoxsa günəşi sağ, ayı isə sol əlinə versələr belə öz risalətini çatdırmaqdan üz döndərməyəcəyini söyləyən Peyğəmbər, nədən burada ehtiyat edir. Məgər Peyğəmbər neçə illər boyu risalətini çatdırmaqda nəsə səhlənkarlıqmı etmişdir?! Bəllidir ki, yox. Bu baxımdanda bu ayənin və risalətin xüsusi bir məna daşıdığıni inkar etmək qeyri mümkündür.
    Əllamə Təbatəbai(rəhmətullahi ələyhi) özünün dəyərli “Əl-mizan” təfsirinin 6-cildində, bu ayənin izahında belə buyurur: “Açıq şəkildə Şiə və Sünni tərəfdən nəql olunan rivayətlərdən görsənir ki, bu ayə İmam Əli(ələyhissalam)-ın insanlar üzərində vilayət, imamət və rəhbərliyi insanlara çatdıqrmaq məqsədi ilə Allah tərəfindən Peyğəmbərə nazil olmuşdur. Ancaq Peyğəmbərin qorxusu bu idiki, olmaya münafiq və anlamaz insanlar, Peyğəmbəri öz qohum əqrəbasını vəzifəyə gətirməsi ittihamı ilə ittiham edələr. Bu baxımdan Peyğəmbər bu ayə nazil olmamışa qədər bu risalətin sonradan münasib bir vaxtda çatdırmasını düşünürdü, odur ki, bu ayə nazil olaraq Peyğəmbərə bu risalətin vaxtı olduğunu çatdıraraq, O Həzrəti arxayın etdi.
    Bu ayənin Əli(ələyhissalam)-ın imamət və vilayəti haqda nazil olması ilə bağlı, Sünni mənbələrindən bir neçə sənəd:
    1- Siyuti, “ Təfsiru durrul-mənsur”, cild 2, səh: 327, qeyd edilən ayənin təfsiri.
    2- Fəxri Razi, “Təfsiru kəbir”, cild 3, səh: 636. Başqa çapda cild 12, səh: 49, Qeyd olunan ayənin təfsiri.
    3- Hafiz, İbn Əsakir, “Tarixu Dəməşq” cild 2, səh: 86, hədis nömrə 589, Əmirəl-muminin şərhihalı.
    4- Suləyman Qunduzi, “Yənabiul-məvəddə”, bab 39, səh: 140.
    5- Hafiz, Həskani, “Şəvahidut-tənzil” cild 1, səh: 188, hədis nömrə 244, bu ayənin izahı haqda.
    6- Əbul-Həsən Vahidi Nişaburi, “Əsbabun-nuzul” kitabı, səh: 150.
    7- Hafiz, Əbu Nəim İsbəhani, “ Ma nuzilə fi Əliyyin” Kitabı, bu ayənin izahı haqda bölümdə.
    8- Şəhabuddin Alusı Şafii, “ Ruhul-məani” kitabı, cild 6, səh: 172.
    9- İbn Səbbağ Maliki, “ Fusulul-muhimmə” kitabı, səh: 27.
    10- Qazi Şokani, “ Fəthul-qədir” kitabı, cild 3, səh: 57. və digərləri...
    Dördüncü ayə-) “Əl yəumə əkməltu ləkum dinəkum və ətməmtu ələykum niməti və rəzitu ləkumul-islamə dinən” (Maidə surəsi, 4-cü ayə). Yəni: “Bu gün mən, sizin dininizi kamil edərək, nemətimi sizə tamamladım və İslamdan bir din olaraq razı qaldım”.
    Ayənin izahı: Bu ayənin nazil olma səbəbi haqda belə gəlib ki: Allahın Rəsulu, “Hiccətul-vida” adı ilə məşhur olan axırıncı həcc səfərindən qayıdarkən, Allahın əmri ilə insanları “Ğədir Xum” adlı bir yerdə yığaraq onlara xütbə oxuyub, sonradan isə insanlar arasında Əli(ələyhissalam)-ın əlindən tutub qaldıraraq, möhkəm səs ilə O Həzrətdən sonra Əli(ələyhissalam)-ın onun canişini və Allahın yer üzündə Xəlifəsi olacağını qeyd etmişdir. Peyğəmbərin bu xütbəsindən sonra idiki bu ayə nazil oldu.
    Böyük Sünni alimi Hafiz Həskani, özünün “Şəvahidut-tənzil” kitabında, “ğədir” rivayətindən (bu rivayət “hədisi ğədir” adı ilə məşhurdur) bəhs edərkən, Əbu-Səid Xudridən belə bir rivayət nəql edir ki: Eləki bu ayə Peyğəmbərə nazil oldu Allahın Rəsulu belə buyurdu:
    “Əllahu əkbəru, əla ikmalid-dini və itmamin-niməti və rizər-rəbbi bi risaləti və vilayəti Əli ibni Əbitalibi min bədi” Yəni: Əllahu əkbər ( burada “Allahu əkbər” sözü, bu məqamda deyilişlə “Allaha şükür olsun” kinayi-mənasını özündə ehtiva edir) dinin kamil olub, nemətin tamamlandığına və Allahın mənim risalətimdən və məndən sonra Əli ibn Əbitalibin(ələyhissalam) vilayət və imamətindən razı qaldığına görə”.
    Bu fəziləti Əhli-sünnət mənbələrində təsdiq edən sənədlər:
    1- Hafiz, Həskani, “Şəvahidut-tənzil” cild 1, səh: 157, 211-ci hədis.
    2- Həməvini, Fəraidus-simtəyn” kitabı, cild 1, səh: 74, 12-ci bab.
    3- İbn Kəsir, “Təfsiru ibn Kəsir” cild 2, səh: 491, qeyd olunan ayənin təfsiri.
    4- Gənci Şafii, “ Kifayətut-talib” kitabı, səh: 60-62, 62-ci bab.
    5- İbn Məğazili, “ Mənaqibu Əmiril-muminin”, səh: 19, 24-cü hədis.
    6- Suləyman Qunduzi, “ Yənabiul-məvəddə” kitabı, səh: 135, 38-ci bab.
    7- Siyuti, “Təfsiru durrul-mənsur” cild 2, səh: 284, qeyd olunan ayənin təfsiri.
    8- Hafiz, Əbu-nəim İsbəhani, “Ma nuzilə fi Əliyyin” kitabı, qeyd olunan ayənin izahinda.
    9- Xarəzmi, “Mənaqibu Əmiril-muminin” kitabı, səh: 80, 14-cü fəsl.
    Beşinci ayə-) “İnnəma əntə munzirun və li kulli qəumin hadin” ( Rəd surəsi, ayə 7). Yəni: “Ey Allahın Rəsulu, sənin vəzifən yalnız, insanları (Allaha qarşı itaətsizlikdən və sonrakı etdikləri əmələ görə cəzadan) qorxudub, çəkindirməkdir, hər bir qövmün hadi və hidayətçisi vardır”.
    Ayənin izahı: Bu ayənin nazil olma səbəbi haqda olan rivayətləri qeyd etmədən öncə, əvvəlcə istərdik ayədə vurğulanan “munzir” (qorxudan) və “hadi” (hidayətçi) kəlmələrinin mənasına diqqət çəkək.
    Təfsirçi alimlər bu haqda belə deyirlər: “munzir” o kəsdir ki, yollarını azmış insanları, əqli dəlillərlə birgə, gördükləri azğın işlərin müqabilində gələcək cəza ilədə qorxudub, çəkindirsin və onları sirati müstəqimə(ilahi olan düz yola) dəvət etsin. Bu Peyğəmbərlərin əsas vəzifə və məsuliyyətlərindəndir.
    “Hadi” isə o kəsə deyilir ki, insanlar düz yolu tapdıqdan sonra onları bu yolla məqsədə çatmaqda onlara yardım etsin və onları hər hansı sonrakı azğınlığa gətirib çıxara biləcək fikri və ruhi azğınlıqdan qorusun. Bu İmamların və onlardan sonra, İlahi övliyaların əsas vəzifələrindən biri hesab olunur. Başqa sözlə desək, Peyğəmbər, Allahın əmri ilə şəriətin təsisçisi, İmam isə şəriəti qoruyub saxlayan və hidayət öhdəçiliyini üzərinə götürmüş bir şəxs kimi bu vəzifələri öz öhdəliklərinə götürmüşlər.
    İndi isə diqqətinizi bu ayə haqda olan rivayətlərə cəlb edirik:
    Birinci hədis: Böyük əhli-sünnət alimlərindən olan Təbəri, özünün təfsir kitabında bu ayə haqda bəhs edərkən, İbn Abbasdan belə bir rivayət nəql edir ki, belə dedi: “Ləmma nuzilət,-innəma əntə munzir və li kulli qəumin hadin-, vəzəə Rəsulullah(səlləllahu ələyhi və alihi və səlləm) əla sədrihi, fə qalə: Ənəl-munziru və li kulli qəumin hadin, və əuməə bi yədihi ila mənkəbi Əli, fə qalə: Əntəl hadi ya Əli, bikə yəhtədul-muhtədunə bədi”. Yəni: “İnnəma əntə munzir və li kulli qəumin hadin- ayəsi nazil olduqdan sonra Allahın Rəsulu öz mübarək əlini öz sinəsinə qoyaraq belə buyurdu: Munzir, mənəm, hər bir qövmün isə hidayətcisi vardır, bu halda əlini Əli(ələyhissalam)-ın çiyninə qoyaraq ona işarə etdi. Sonra isə buyurdu: Hadi və hidayətçi sənsən ey Əli! Məndən sonra hidayət olanlar sənin əlinlə hidayətlənəcəklər”.
    İkinci hədis: Hafiz, Əbu Nəim İsbəhani və digərləri aşağıdakı rivayəti bu haqda nazil etmişlər: “Ən İbni Əbbas(rəziəllahu ənhu) fi qəuvlihi təala:-İnnəma əntə munzir və li kulli qəumin hadin-, qalə: Qalə Rəsulullahu(səlləllahu ələyhi və alihi və səlləm): Ənəl munziru və Əliyyun əlhadi. Ya Əli bikə yəhtədil-muhtədun”. Yəni: “İbn Abbas, Allahın nazil etdiyi:-İnnəma əntə munzirun və li kulli qəumin hadin- ayəsi haqda rivayət edir ki, Allahın Rəsulu belə buyurdu: Munzir mənəm, Əli isə hadi və hidayətçidir. Ey Əli! Hidayət olanlar sənin vasitənlə hidayətlənəcəklər”.
    Digər Sünni alimi olan Həməvini özünün “Fəraidus-simtəyn” kitabında, bu haqda Əbu Hureyrədən belə nəql edir: “İnnəl muradə bil-hadi, Əliyyun ələyhissəlam”. Yəni: “Bu ayədəki “hadi”-dən məqsəd Əli ələyhissəlamdır”.
    Bu fəziləti Əhli-sünnət mənbələrindən təsdiq edən sənədlər:
    1- Təbəri, “Təfsiru Təbəri”, cild 13, səh: 108, qeyd olunan ayənin təfsiri.
    2- Hafiz, Əbu Nəim İsbəhani, “Ma nuzilə fi Əliyyin ələyhissəlam”, qeyd olunan ayənin haqda danışan yer.
    3-Fəxri Razi, “Təfsiru kəbir” kitabı, cild 19, səh: 14, qeyd olunan ayənin təfsiri.
    4- Siyuti, “Təfsiru durrul-mənsur”, cild 4, səh: 52, qeyd olunan ayənin təfsiri.
    5- Hafiz, Həskani, “Şəvahidut-tənzil” kitabı, cild 1, səh: 293, 398-cü hədis.
    6- Hakim Nişaburi, “ Mustədrəkus-səhihəyn” kitabı, cild 3, səh: 129-130.
    7- Əbdullah ibn Əhməd ibn Hənbəl, “Musnədu Əli ələyhissəlam” kitabı, 1041-nömrəli hədis.
    8- Gənci Şafii, “ Kifayətut-talib” kitabı, səh: 233, 62-ci bab.
    9- Xətib Bəğdadi, “Tarixu Bəğdad” kitabı, cild 12, səh: 372, Fəzl ibni Harun, Sahib əbi səuvrulfəqih-in şərhihalından bəhs edən bölüm.
    10- İbn Kəsir, “Təfsiru İbni Kəsir” cild 4, səh: 499. Bu ayənin təfsiri.
    11- Suləyman Qunduzi, “Yənabiul-məvəddə” kitabı, səh: 282, 50-ci hədis.
    12- Təbərani, “ Mucəmul-kəbir” kitabı, “Fa” hərfi babı, cild 1, səh: 162.
    Altıncı ayə-) “Əfəmən kanə muminən, kəmən kanə fasiqən?! La yəstəvun”(Səcdə surəsi, ayə 18) Yəni: “İmanlı kəslə, fasiq və günahkar insan birdirmi?! Yox, onlar bərabər deyillər.”
    Ayənin izahı: Bu ayədə, digər ayələr kimi Həzrət Əli(əlyhissalam)-ın məqamının Allah yanında necə uca olduğuna bir işarədir.
    Şiə və Sünni alim və təfsirçilərinin bir çoxu bu ayənin nazil olma səbəbi haqda belə yazırlar: Bir gün Vəlid ibn Uqbə, təkəbbürcəsinə Əli(ələyhissalam)-a xitabən belə dedi: “Ənə vəllahi əbsətu minkə lisanən və əuvhədə minkə sinanən” Yəni: “And olsun Allaha ki, mənim dilim səndən daha açıq(daha bəlağətli) nizəm isə səninkindən daha kəsiçidir”. Bu zaman O Həzrət O munafiqin cavabında belə buyurdu: “Uskut innəma əntə fasiqun”. Yəni: “Sakit olki, sən həqiqətən fasiq bir insansan!”. Elə bu zaman idiki, O Həzrətin məqamına dəlalət edən bu ayə Peyğəmbərə nazil oldu. Vəlidin isə fasiqliyinə daha bir sübut oldu.
    Əhli-sünnət mənbələrindən bu fəziləti təsdiq edən sənədlər:
    1- Hafiz, Həskani, “Şəvahidut-tənzil” kitabı, cild 1, səh: 448, qeyd olunan ayənin təfsiri.
    2- Xətib Bəğdadi, “Tarixu Bəğdadi” kitabı, Nuh ibn Xələf Əl-bəclinin şərhi halı bölümü, cild 13, səh: 321, 7291-ci hədis.
    3- Bilazəri, “Ənsabul-əşraf” kitabı, Əli(ələyhissalamın) tərcümeyi halı bölümü, cild 2, səh: 148, 150-ci hədis.
    4- İbni Məğazili, “ Mənaqibu Əmiril-muminin ələyhissəlam) kitabı, səh: 324, 370-ci hədis.
    5- İbn Kəsir, “Təfsiru İbn Kəsir”, cild 3, səh: 462, qeyd olunan ayənin təfsiri.
    6- Zəməxşəri, “Təsiru Kəşşaf”, cild 3, səh: 514, qeyd olunan ayənin təfsiri.
    7- Siyuti, “Təfsiru durrul-mənsur”, cild 5, səh: 193, qeyd olunan ayənin təfsiri.
    8- Suləyman Qunduzi, “Yənabiul-məvəddə” kitabı, səh: 250, “Fi zikri ma nuzilə fi Əliyyin(ələyhissalam) minəl-ayat”.
    9- Təbəri, “Təfsiru Təbəri”, cild 21, səh: 61, qeyd olunan ayənin təfsiri.
    10- Hafiz, Əl-Məzi, “ Təhzibul-kəmal” kitabı, “tərcumətu Vəlid ibni Uqbə ibni Əbi-Muit” bölümü, cild 8, səh: 1475.
    11- Əbul-Həsən Əl-Vahidi, “Əsbabun-nuzul” kitabı, səh: 263.
    Yeddinci ayə-) “Əs-sabiqunəs-sabiqunə, Ulaikəl muqərrəbun” (Vaqiə surəsi, ayə 10). Yəni: “Hamıdan öncə iman gətirib Allaha üz tutanlar, həqiqətəndə Allaha ən yaxın insanlardır”
    Ayənin izahı: Yenə, bir çox Şiə və Sünni alimləri və təfsirçiləri, bu ayənində məs Əli(ələyhissalam) və onun ilk öncə və həqiqətən iman gətirməsi haqda nazil olması qənaətindədirlər. Biz burada yalnız bu haqda Əhli-sünnətin gətirdikləri rivayətlərin bir qismini sizin diqqətinizə çatdıracağıq:
    Birinci hədis: Ən İbni Əbbas(rəziəllahu ənhu) fi qəuvlihi Təala: -Əssabiqunəs-sabiqunə-. Qalə: “Sabiqu hazihil-umməti Əliyyibni Əbitalib əlyhissəlam”.
    Yəni: İbni Abbasdan, bu ayənin nazil olma səbəbi haqda belə rivayət nəql olunub ki, O dedi: “Bu ümmətin ilki(ilk iman gətirəni) Əli(ələyhissalam)-dir.
    İkinci hədis: İbni Abbasdan nəql olunan digər rivayətdə belə deyilir: “Əvvəlu mən səlla məə Rəsulillahi səlləllahu ələyhi və alihi və səlləm, Əliyyun, və fihi nuzilət hazihil-ayə”
    Yəni: “Peyğəmbərlə birgə ilk namaz qılan kəs məs Əli(ələyhissalam) olmuşdur, və bu ayə :-Əssəabiqunəs-sabiqun- Onun haqda nazil olubdur.
    Üçüncü hədis: İbn Abbasdan bu haqda gələn digər bir rivayətdə isə belə deyilir: “ Səbəqə Yuşə ibni Nun, ila Musa (ələyhissəlam), və səbəqə Yasin, ila İsa (ələyhissəlam), və səbəqə Əliyyun(əlyhissəlam) ila Muhəmmədin səllahu ələyhi və alihi və səlləm.
    Yəni: “Yuşə ibn Nun, Musaya (əlyhissalam), Yasin, İsaya (ələyhissalam) Əli (ələyhissalam) isə Muhəmmədə (səlləllahu ələyhi və alihi və səlləm) ilk iman gətirən şəxslər olmuşlar”.
    Bu fəziləti Əhli-sünnət mənbələrində tasdiq edən sənədlər:
    1- İbn Məğazili, “Mənaqibu Əmiril-muminin” kitabı, səh: 320, 365-ci hədis.
    2- Hafiz, Həskani, “Şəvahidut-tənzil” kitabı, cild 2, səh: 216, 928-ci hədis.
    3- İbn Həcər Hisəmi, “Məcməuz-zəvaid” kitabı, cild 9, səh: 102.
    4- Siyuti, “ Təfsiru durrul-mənsur”, cild 6, səh: 171, qeyd oluna ayənin təfsiri.
    5- Gənci Şafii, “Kifayətut-talib” kitabı, səh: 377, 100-cü bab.
    6- Zəhəbi, “Mizanul-etidal” kitabı, cild 1, səh: 536, 2003-cü hədis.
    7- İbn Ömər Yusif ibn Abdullah, “İstiab” kitabı, cild 3, səh: 1090, 1855-ci hədis.
    8- Sibt ibn Cəuvzi, “Təzkirətul-xəvass” kitabının, 2-ci babının əvvəlləri, səh: 21.
    9- Hafiz, İbn Əsakir, “ Tarixu Dəməşq” kitabı, Əli(ələyhissalam)-ın şərhihali bölümü, cild 1, səh: 41 və 117, 59 və 141-ci hədis.
    10- Xarəzmi, “Mənaqibu Əli ələyhissalam” kitabı, səh: 19, 4-cü fəsldən 7-ci hədis.
    11- Suləyman Qunduzi, “Yənabiul-məvəddə” kitabı, səh: 135, 38-ci bab.
    İslam-Azeri yazarı
    Seyyid Huseyn
    Просмотров: 1710 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Təqvim
    «  May 2008  »
    B.eÇ.aÇC.aCŞB
       1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031
    Linklər