BAKIDA CÜMƏ NAMAZINA QADAĞA - 30 Августа 2008 - ....::İslam::....
Cüme axşamı, 08.12.2016, 06:00
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6767
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа
    Главная » 2008 » Avqust » 30 » BAKIDA CÜMƏ NAMAZINA QADAĞA
    19:21
    BAKIDA CÜMƏ NAMAZINA QADAĞA
     
     
     
     
    Dünən Azərbaycanda minlərlə dindar cümə namazını qıla bilməyib. Bakı şəhərində fəaliyyət göstərən bir sıra məscidlərə giriş polis tərəfindən məhdudlaşdırılıb. Bu barədə redaksiyamıza məlumat verən dindarlar “Şəhidlər” cümə məscidinin polis tərəfindən mühasirəyə alındığını və inanclı şəxslərin cümə namazını qılmalarına imkan verilmədiyini bildirdilər. Məlumat redaksiyamıza çatandan dərhal sonra adıçəkilən ünvanda olduq. “Şəhidlər” məscidinin ətrafında 10-dan artıq post-patrul xidmətinə məxsus avtomobillərin durması diqqətimizi çəkdi.
    Əli dəyənəkli polislər dindarları məscidə buraxmırdılar. Onlar Milli Məclisin önündəcə inanc adamlarının qabağını kəsərək onların məscidə getməsini əngəlləyirdilər. Ərazidə olduğumuz müddətdə yalnız müsəlman ölkələrinin səfirlərinin Allah evinə buraxıldığının şahidi olduq.
    Bizimlə söhbət edən polis nəfərləri məscidin içərisinin dolduğunu, onun həyətində isə namaz qılınmasının qadağan edildiyini söylədilər. Bu zaman polislə dindarlar arasında qısa insidentlər də yaşandı. Lakin möminlər qarşıdurmanın təhlükəli həddə çatmasına yol vermədilər. Eyni zamanda namazın qarşısının alınmasının küfr olduğunu söylədilər. Bizimlə söhbət edən inanclı şəxslərdən biri məscidin qapılarının bağlandığını söylədi: “Polis bizə bildirir ki, içəri doludur. Çöldə isə namaz qılınması qadağan olunub. Belə çıxır, Bakıdakı məscidlər balaca olduğu üçün biz növbə ilə ibadət etməliyik? Allah bu haqsızlığı götürməz”.
    Faiq adlı Türkiyə vətəndaşı da namaz qıla bilməməsindən təəssüfləndiyini söylədi: “Namaza icazə vermirlər. Səbəbini də demirlər. Türkiydə belə şeylə rastlaşmadım. Azərbaycanı Türkiyədən ayırmaq istəmirəm. Zatən, bura mənim də vətənimdir. Vətənimdə namaz qılınmasına qadağa qoyulması məni çox üzdü. Azərbaycan müsəlman dövlətidir. Əgər namaza Rusiyada, yaxud Ermənistanda qadağa qoyulsaydı şaşırmazdım”.
    Öyrəndik ki, dünən İçərişəhər “Ləzgi” məscidi də qapadılıb. Dindarların sözlərinə görə, Səbayel Rayon Polis İdarəsinin əməkdaşları vəhhabi təriqətinə məxsus olduğu söylənilən şəxslərin “Ləzgi” məscidində namaz qılmalarına imkan verməmək bəhanəsilə məscidi bağlayıblar. Ərazidə polislə birgə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları da olub. Onlar dindarlara namaz üçün “Göy məscidə”, yaxud “Bibiheybət”ə getmələrini məsləhət görüblər.
    Xatırladaq ki, Əbu-Bəkr məscidində baş verən teror olayından sonra bu məscid qapadılıb. Əbu-Bəkrdə namaz qılan dindarlar isə keçən cümə namazını “Ləzgi” məscidində qılıblar. “Ləzgi” məscidini qapatdıqdan sonra isə onların namaz qılması üçün yer qalmayıb və bu səbəbdən digər məscidlərə axın güclənib. Dünən eyni zamanda Bakı Dövlət Universitetinin İlahiyyət fakultəsinə məxsus məscidə giriş məhdudlaşdırılıb. BDU-nun yataqxanaları ərazisində yerləşən məscidin içərisi dolduqdan sonra dindarlara həyətdə namaz qılınmasına icazə verilməyib.
    Qeyd edək ki, müsəlman dövlətlərində cümə namazlarına gələn dindarların sayının çoxluğunu nəzərə alan hakimiyyət orqanları məscidlərin həyətində namaz qılınması üçün şərait yaradırlar. İranda isə böyük şəhərlərdə namaz meydançaları inşa edilib.
    Bu arada Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təmsilçisi Gündüz İsmayılov APA-ya bildirib ki, dindarların məscidə buraxılmamaları onların vəhhabi təriqətə mənsub olması ilə əlaqədar deyil: “Əbu-Bəkr məscidindəki məlum hadisədən sonra məscidlərdə təhlükəsizlik tədbirləri gücləndirilib. Onların yalnız içərisində namaz qılmağa icazə verilir. Bir neçə gün idi ki, ”Ləzgi" Məscidinin ətrafında və yolda da namaz qılınırdı. Lakin bu, ən azı təhlükəsizlik baxımından düzgün deyil. Paytaxtda digər məscidlər də var və bu insanlar istədikləri məsciddə namaz qıla bilərlər. Biz bu tədbirləri yalnız təhlükəsizlik məqsədi ilə həyata keçiririk". G.İsmayılov polisin əraziyə komitə tərəfindən çağırılmadığını deyib: “Onlar, sadəcə, öz vəzifələrini yerinə yetirib təhlükəsizlik tədbirləri görürlər”.
    Məsələ ilə bağlı Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiəsi Mərkəzinin rəhbəri, “İçərişəhər” Cümə məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğluya müraciət etdik. Hacı İlqar hadisəni xoşagəlməz hal adlandırdı: “Hesab edirəm ki, bu, müqəddəs Ramazan ayı öncəsi müsəlmanlar yaşayan bir ölkə üçün xoşagələn bir hal deyil. Hətta məscidlərə girişin məhdudlaşdırılması hansısa zərurətdən irəli gəlirsə belə, bunu inzibati üsullarla yox, maarifləndirmə yoluyla həyata keçirmək lazımdır. Digər tərəfdən, bu, ümumilikdə böyük bir böhrandır, indinin məsələsi deyil. Məscidlərin sayı baxımından Azərbaycan hətta Avropanın paytaxtlarına belə uduzur. Məsələn, Parisdə məscidlər Bakıdan çoxdur. Bu da öz növbəsində bu və ya digər formada problemə çevriləcək. Düşünürəm ki, uca binalar tikməklə yanaşı, məhəllə məscidlərinin və böyük məscid komplekslərinin də tikilməsinə şərait yaradılmalıdır”.
    Hacı İlqar İbrahimoğlu İslam dininə görə, namaza qadağa qoyulmasının haram olduğunu bildirdi: “Hazırda izah olunur ki, camaatın təhlükəsizliyini küçədə təmin edə bilmədikləri üçün namaza məhdudiyyət qoyulub. Bunun özünü camaata düzgün təqdim etmək lazımdır. Bu hərəkət zor gücünə yox, daha çox marifləndirici və izah olunmaqla həyata keçirilməlidir. Öncədən telekanalar vasitəsi ilə əhaliyə xəbərdarlıq edilməlidir. Hazırkı hərəkətlər isə sayğısızlıq kimi qiymətləndirilməlidir”.
    Ola bilər ki, paytaxtdakı bəzi məscidlərdə namaza məhdudiyyətlərin qoyulması hüquq-mühafizə orqanlarının hansısa kəşfiyyat məlumatına malik olması ilə bağlıdır. Mümkündür ki, hökumət Bakıdakı məscidlərdən birində növbəti teraktın reallaşa biləcəyindən ehtiyatlandığından bu cür tədbirlərə əl atmaq məcburiyyətində qalıb. Əgər doğrudan da belədirsə dövlətin bu əndişəsini başa düşür və buna haqq qazandırırıq. Amma istənilən halda bu cür təhlükəsizlik tədbirləri maarifləndirmə və məlumatlandırma yolu ilə aparılmalıdır. Birincisi, inanclı dindaşlarımız bundan əziyyət çəkməsin, ikincisi isə hakimiyyət öz üzərinə izafi qınaq və tənə götürməsin. Ən nəhayət, bəzi qüvvələr bundan öz çirkin məqsədləri üçün yararlanıb Azərbaycanda dini tolerantlığın pozulduğunu iddia etməsin.

    Yeni Müsavat
    Категория: Dünyada | Просмотров: 722 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər