AZƏRBAYCAN XALÇALIQ SƏNƏTİ CİDDİ TƏNƏZZÜLƏ UĞRAYA BİLƏR - 11 Сентября 2008 - ....::İslam::....
Şenbe, 03.12.2016, 13:34
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6763
    Sayğac

    Onlayn: 5
    Qonaq: 5
    İsifadeçi: 0
    Форма входа
    Главная » 2008 » Sentyabr » 11 » AZƏRBAYCAN XALÇALIQ SƏNƏTİ CİDDİ TƏNƏZZÜLƏ UĞRAYA BİLƏR
    13:33
    AZƏRBAYCAN XALÇALIQ SƏNƏTİ CİDDİ TƏNƏZZÜLƏ UĞRAYA BİLƏR
     
     
     
     
     
    Xalçaçılıq sənətinin boya qıtlığı ilə üzləşmək təhlükəsi var
    Yaxın illərdə Azərbaycan xalçaçılıq sənəti boya qıtlığı ilə üzləşə bilər. Belə ki, ayrı-ayrı vaxtlarda əkin sahələrinin yandırılması bu maddənin əldə edildiyi bitkinin kökünün kəsilməsinə yol açıb. İş adamları vəziyyətdən çıxış yolunu boyaq plantasiyalarının salınmasında görür. Əks halda xalçaçılıq sənəti ciddi tənəzzülə uğraya bilər.
    Azərbaycanda xalçaçılıqda istifadə edilən boyaq bitkiləri tükənmək üzrədir. Qubalı xalça ustası Fatimə Ağamirzəyevanın sözlərinə görə, xalçaçılıqla bağlı iştirak etdiyi bütün tədbirlərdə bu problemi ürək ağrısı ilə qaldırır. Onun sözlərinə görə, ölkədə boyaq bitkilərinin kökünün kəsilməsi son 10-15 ildə müşahidə olunur. F.Ağamirzəyeva bunu müxtəlif vaxtlarda əkin sahələrinin yandırılması ilə izah edir: «Ekoloji tarazlıq pozulub. 10-15 ildir müşahidə edilən sahələr kütləvi surətdə məhv edilib. Boyaq bitkilərinin kökü kəsilir».

    Fatimə Ağamirzəyeva hesab edir ki, Azərbaycan florası boyaq bitkilərilə çox zəngindir. Onun fikrincə, əslində hər addımda rast gəlinən bitkilərdən təbii boyaq almaq mümkündür. Boyaq bitkilərinin tətbiqi və öyrənilməsi ilə ciddi maraqlanan xalça ustası deyir ki, məsələn, bölgədəki murdarça otundan boyaq alınması prosesi onun ideyası ilə reallaşıb. O, bu bitkidən alınan boyağı hazırda Avropa miqyasında tanıdıb. Təkliflə çıxış edən xalçaçı deyir ki, konkret olaraq Quba rayonunda ona lazımi şərait yaradılsa, xalçaçılığın inkişafı üçün boyaq istehsalının artımına nail olar: «Alimlərlə birgə boyaq fabriki aça bilərik».

    Təklifinin reallaşması üçün İqtisadi İnkişaf Nazirliyi və Quba rayonu İcra Hakimiyyətinə müraciət etməyi planlaşdıran xalçaçının sözlərinə görə, əks təqdirdə bu sahədə ciddi tənəzzül gözlənilir.
    /ANS TV/




    Категория: ÖLKƏMİZDƏ | Просмотров: 976 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər