5 İLLİK POSTUNDA 2 İL YARIM QALA BİLMƏDİ - 22 Сентября 2008 - ....::İslam::....
Şenbe, 10.12.2016, 06:55
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6769
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа
    Главная » 2008 » Sentyabr » 22 » 5 İLLİK POSTUNDA 2 İL YARIM QALA BİLMƏDİ
    23:16
    5 İLLİK POSTUNDA 2 İL YARIM QALA BİLMƏDİ
     
     
     
     
     
     
     
    5 İLLİK POSTUNDA 2 İL YARIM QALA BİLMƏDİ
    Sionist rejimin baş naziri Ehud Olmert istefa verib


    İlk dəfə iyul ayında istefa edəcəyini açıqlayan, adı rüşvətalma qalmaqalına qarışan İsrailin Baş naziri Ehud Olmert «Kadima» partiyasında lider dəyişikliyinin baş verməsindən sonra rəsmi istefa ərizəsini ölkə başçısı Şimon Peresə təqdim edib.

    İsrailə 990 gün müddətinə baş nazirlik etmiş Ehud Olmertin istefa ərizəsini prezidentə təqdim etdiyi barədə ilk məlumatları yerli mətbuat verib. Ölkə başçısı Şimon Peres isə istefa ərizəsini qəbul etdikdən sonra Ehud Olmertin öz vəzifəsini təhvil vermə tərzini təqdirəlayiq bir hal kimi qiymətləndirdiyini və baş nazirlik döründə gördüyü işlərə görə ona təşəkkür etdiyini qeyd edib.

    Xatıraladaq ki, hələ prezidentə istefa barədə məktubu təqdim etməmişdən əvvəl Ehud Olmert Nazirlər Şurasındakı iclasında da istefa edəcəyini təsdiqləmişdi. Bununla belə o, hökumət başçısı kimi vəzifələrini yeni hökumət qurulana qədər davam etdirəcək.

    Ölkə başçısı Şimon Peres yeni höküməti qurmaq vəzifəsini partiya liderinə tapşırmamışdan əvvəl 120 üzvlü parlamentdə 12 partiyanın nümayəndələri ilə məsləhətləşmələr aparacağını qeyd edib. Bununla belə artıq yeni hökumətin hazırkı xarici işlər naziri və Baş nazirin müavini Çipi Livninin quracağı heç kimdə şübhə doğurmur. Livninin yeni koalisiya hökumətini formalaşdırmaq üçün 42 gün vaxtı olacaq.



    www.birlik.az

    Категория: Dünyada | Просмотров: 660 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər