«AZAD DÜNYA» - 23 Сентября 2008 - ....::İslam::....
Bazar ertesi, 05.12.2016, 22:42
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6765
    Sayğac

    Onlayn: 4
    Qonaq: 4
    İsifadeçi: 0
    Форма входа
    Главная » 2008 » Sentyabr » 23 » «AZAD DÜNYA»
    12:52
    «AZAD DÜNYA»
     
     
     
     
     
     
     
     
     
    Dilşünaslıq üzrə suallar: «Azad dünya» nə deməkdir? Bu ifadəni yenidən həyata qaytaran nə olmuşdur?
    Cavab veririk: Rusiyanın da sevdiyi əzələ nümayişi.

    Uilyam Sefayr (William Safire), «The New York Times» qəzeti (ABŞ)

        Prezident Corc Buş dövlət katibi Kondoliza Raysı (Condoleezza Rice) «azad Gürcüstanın müdafiəsi üçün azad dünyanı birləşdirmək» üçün Tbilisiyə göndərdi. ABŞ prezidentliyinə respublikaçı namizəd Con Makkeyn (John McCain) də veteranlar qarşısında çıxış edərkən elə bu ifadədən istifadə etdi. O dedi: «hücuma məruz qalmış gənc demokratiyalar azad dünyanın dəstəyinə və həmrəyliyinə ümid etmək imkanına malik olmalıdırlar». (Bu ifadə, Moskvanın hegemonluğuna qarşı çıxış edən Polşa həmkarlar ittifaqlarının şüarı ilə də bir assosiasiya yaradır. O zaman baş vermiş hadisələr SSRİ-nin dağılmasından xəbər verən olaylardan idi).

        İngilis dilinin Oksford lüğətində «bu gün əsasən köhnəlmiş» kimi xarakterizə edilmiş «azad dünya» ifadəsi birdən-birə cari siyasətin leksikonuna qayıtdı. Amma axı hələ bir il əvvəl «Atlanta Journal-Constitution» nəşrinin səhifələrində çıxış edən professor Uolter Mino (Walter Minot) özünün ««Azad dünya»nı ömrünü başa vurmuş sözlər dənizinə tullayaq» («Dump 'Free World' in Sea of Dated Words») adlı məqaləsində: ««Soyuq müharibə» 15 ildən də çox əvvəl qurtarmışdır. Və indi jurnalistlər üçün köhnəlmiş, qeyri-dəqiq, mənasız və siyasi planda dezorientasiyaya gətirib çıxaran bu ifadədən imtina etmək zamanı gəlib çatmamışdırmı?», - deyə təəccüblənirdi.

        Lakin, budur, bu söz yenə də bir qəzəbli «Mobi Dik» kimi dalğalar üzərində şütüyür. Və bu söz yenə də etimoloqları özlərinə – Yuxudan bu cür səs-küylə oyanan bu ifadənin kökü nədir? – kimi suallar verməyə məcbur edir.

        Özümün siyasi izahlı lügətimin son nəşri üçün material topladığım zaman mən Ruzvelt administrasiyası dönəmində Kənd Təsərrüfatı Nazirliyində işləyən az tanınmış bir iqtisadi məsləhətçinin familiyasına rast gəldim. Bu şəxsin adı Mordexay C.B. Yezekil (Mordecai J. B. Ezekiel) idi. 1941-ci ilin oktyabr ayında, yaponların ABŞ-ın Pörl Xarbor hərbi-dəniz bazasına hücumundan 2 ay əvvəl, bu anlayışın güman edilən müəllifi Azad Dünya Uğrunda Assosiasiyanın (Free World Association) çap orqanı qismində «Azad dünya» adlı bir jurnal buraxmağa başladı. Assosiasiya – Nyu-York şəhəri, 42-ci Qərb küçəsi, 55 – ünvanında yerləşirdi. Beləliklə, çap olunan bu anti-faşist nəşrində izolyasionizmə qarşı çıxış edən Robert Neytan (Robert Nathan), sabiq vitse-prezident Henri Uolles (Henry Wallace), jurnalist xanım Doroti Tompson (Dorothy Thompson) və mənə belə gəlir ki, hətta «Nation» jurnalının redaktoru Fred Kirxvey (Freda Kirchwey) kimi liberal publisistlərin məqalələri işıq üzü görürdü. Jurnalın şüarı isə - «Qələbə və ümumdünya təşkilatı uğrunda!» - idi. 1942-ci ildə «Azad dünya» başqa bir dövri mətbuat orqanı ilə – «Birləşmiş Millətlər Təşkilatı» («United Nations World») adlı nəşrlə qovuşdu.

    Partnyorlar

        O zamanlar «azad dünyanın» tərkibinə «müttəfiqlər» - ABŞ, Böyük Britaniya və nasist zülmünə qarşı olan və o cümlədən, sürgündə olan hökumətlər də içində olmaqla, hər hansı dövlət daxil idi. Bunların içində həmçinin Sovet İttifaqı da var idi. Lakin, İkinci Dünya Müharibəsinin bitməsindən beş il keçəndən sonra Stalinin ekspansionist Rusiyası artıq bu klubun sıralarında sayılmırdı. Siyasətşünaslıq Akademiyasının Bülleteninin 1951-ci il yanvar ayı buraxılışı «Azad dünyanın müdafiəsi» (aydındır ki, sovet təcavüzündən) başlığı altında çıxmışdı və orada Qledvin Cebbin və Reymond Dennetin (Raymond Dennett) məqalələri çap olunmuşdu. Prezident Duayt Eyzenhauer də «azad dünya» ifadəsini işlətməyi çox sevirdi. Sovet lideri Nikita Xruşov isə əksinə, 1959-cu ildə - «Azad dünya adlandırılan bir şey əslində dolların hökmranlığından başqa bir şey deyildir», - deyərək, bu ifadəni məsxərəyə qoymuşdu.

        Sonra isə beynəlxalq siyasət məkanı Sezarın təsvirindəki Qalliya kimi, üç hissəyə: azad dünya, kommunizm dünyası və heç kimə birlşməmiş «üçüncü dünyaya» (fransız sözü olan «tiers monde» kəlməsindən) bölündü. Bu təsnifləşdirmə bir o qədər də dəqiq olmasa da qəşəng alındı. Məsələn, «azad dünya» sırasında mütləq monarxiya rejimi hökm sürən Səudiyyə Ərəbistanı da yer aldı. Hər hansı bir halda bu cür bipolyar «nişanlama» «soyuq müharibə» zamanı dünyanın təqribi ritorik bölünməsini əks etdirirdi. Və çox güman ki, tezliklə həmin o zamanı «birinci soyuq müharibə» adlandırmağa başlayacaqlar. Bu yerdə xatırlamaq olar ki, 1918-ci ilin 11 noyabrında piyada əsgəri təsvir edən komik Sid Sezar (Sid Caesar) fərəhlə, və sonradan bəlli olduğu kimi çox uzaqgörənliklə, səhvən dedi: «Birinci Dünya Müharibəsi sona çatdı!».

        1991-ci ildə SSRİ-nin dağılması və demokratiyanın yayılması ilə bir neçə on illər ərzində mövcud olmuş «azad-üçüncü-kommunizm dünyası» quruluşu da dağıldı. Yeni «azad dünya» ölkələrini isə nəinki yalnız Qərb demokratiyaları, həm də azad seçkilər keçirilən və «ziyanlı jurnalistlərə» dözümlü münasibət bəsləyən planetin hər hansı bir ölkəsi təşkil etdi. İndi isə bu sıraya İraq və Rusiyanın ən yaxın qonşuları da daxil olmuşlar. Bu birlik «üçüncü dünyanın» da böyük bir hissəsini «udmuşdur». «Kommunizm dünyası» isə Çinə, Şimali Koreyaya və Kubaya qədər «sıxıldı». İran, Zimbabve, Suriya və Myanma (əvvəlki Birma) kimi ölkələrə münasibətdə isə «avtoritar ölkələr» evfemizmi (evfemizm – qaba və ya namünasib söz və ya ifadə yerinə işlədilən daha yumşaq söz və ya ifadə – Dəyərlər) tətbiq edilməyə başladı. Və adama elə gəlirdi ki, «Şərq-Qərb» bölücü xətti çoxqütblülük dalğası ilə silinmişdir.

        Bəs onda «azad dünya» söz birləşməsini həyata nə qaytardı? Cavab veririk: «Neft və qazı hesabına varlanmış Rusiyanın sevdiyi «əzələ nümayişi». Şərqi Avropada itirilmiş hegemoniyasından narazı qalan, dissidentləri və azad mətbuatı təqib edən və «ömürlük güclü lider» Vladimir Putin tərəfindən rəhbərlik edilən həmin o Rusiya. Bu Rusiyanın Gürcüstan üzərinə hücumu, planetimizdə olan bir çoxlarına imperiya siyasətinin heç də yaddan çıxmadığını xatırlatdı». İndi isə, artıq biz yenə də «azad dünyavi» dildə danışmağa başladığımız üçün, bu dildə mövcud olan bəzi «…izm»ləri xatırlatmaq istərdik.

        - Revanşizm. – 1926-cı ildə Almaniyaya münasibətdə yaranmış termindir. O, fransız sözü olan «revanche» («qisas») sözündən götürülmüş və «əvəzə və yaxud da qisasa can atmaq» anlamı verir. Ruslar tərəfindən NATO-nun genişləndirilməsi ilə bağlı geniş istifadə olunmuşdur. Son zamanlar isə Makkeynin «barışıq istəyənlərə qarşı üsyanı» gedişində Kremlin özünə münasibətdə tətbiq edilməyə başlamışdır.

        - İrredentizm. – İtalyanların «irredenta» («azad edilməmiş») sözündən götürülmüşdür. Bu termin 1914-cü ildə populyarlaşmışdır. O, «etnik və ya tarixi planda bir ölkəyə mənsub olan, lakin hal-hazırda digər bir dövlətin tərkibində olan və yaxud onun tərəfindən işğal edilmiş bölgəyə qayıtmağa can atma» mənasını verir.

        - Triumfalizm. – Bu termin 1964-cü ildə yaranmışdır. Əvvəllər bu termin bu və ya digər konfessiyaya mənsubluğu ilə həddən ziyadə lovğalanan adamlara münasibətdə tətbiq edilirdi. Daha sonralar Amerika siyasi rəhbərliyinin düşüncə tərzini mənfi şəkildə xarakterizə etmişdir. Tezliklə isə Kremlin yekəxanalığını göstərəcəkdir.

        - Putinizm. – Bu termin 2000-ci ilin yanvar ayında «Toronto Star» qəzetinin səhifələrində Riçard Qvin (Richard Gwyn) tərəfindən dövriyyəyə daxil edilmişdir. Putinizm sözü «güclü və eyni zamanda bir qədər az və ya çox dərəcədə demokratik dövlət» anlamında istifadə edilmişdi. Lakin, elə həmin aydaca «New York Times» qəzetinin sağ təmayüllü icmalçısı tərəfindən «Putinizm gələcək» («'Putinism Looms») sərlövhəli məqalədə «rəqabətə davamlı olmayan, iqtisadi cəhətcə zəifləmiş Rusiyada «qaykaların bərkidilməsi» ilə staqnasiyanın uzlaşması» kimi artıq alçaldıcı mənada işlədilmişdir.

        Bundan da başqa, bizim dövrdə – «soyuq müharibənin» sona çatdığı dövrdən sonra – nyüanslaşdırılmış maarifçiliyə (və yaxud ehmalca «beyinlərin yuyulmasına») hazırlaşmaq lazımdır. Bu isə «neoavantürizm», «neoçarlıq» kimi sözlərə və «neoizolyasionizm» və «neoimperializm» kimi ayrılmaz antonimlər cütlüyünə bənzər «neo» önşəkilçisi ilə başlayan sözlərdən istifadə etməklə əldə edilir.

        «Azad dünya» anlayışından adətən böyük həvəs və ciddi-cəhdlə əlləri çatdıqları yerlərə demokratiyanı yayan «qırğı-internasionalistlər» istifadə etməyə üstünlük verirlər. 2007-ci il aprel ayının 23-də Beynəlxalq Məsələlər üzrə Çikaqo Şurasında (Chicago Council on Global Affairs) senator Barak Obama (Barack Obama) da bu sözdən istifadə etdi. O, bu sözün köməyi ilə nəinki ABŞ prezidenti kürsüsünə iddialı olduğunu bildirdi. Obama həm də, bununla bu vəzifəyə bir əlavə kimi verilən daha prestijli «vəzifəyə»: «son altı ildə azad dünyanın lideri yeri boş qalmışdı və artıq onu yenidən tutmağın vaxtı çatmışdır», - iddiasında olduğunu bildirmişdir.

    Qledvin Cebb (Gladwyn Jebb)

    1950-1954-cü illərdə Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəsi

    SƏMƏD RƏŞİD




    “Deyerler” AİN (www.deyerler.org)

    Категория: Dünyada | Просмотров: 728 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 1
    23.09.2008 Спам
    1. ZehrayiNur (ZehrayiNur)
    DUNYA CAHILLER UCUN AZADDIR.MOMUNLER UCUN ZINDAN

    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər