Cüme axşamı, 21.11.2024, 19:23
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6953
    Sayğac

    Onlayn: 12
    Qonaq: 12
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » 14 Mesum » İmam Ali (a)

    Mövla kelmesinin menası
    Bismillahir rəhmanir rəhim.
    Mövla kəlməsinin bir çox mənası vardır.O cümlədən qul azad edən,azad edilmiş qul,nemət əta edən,dost,şərik,qonşu,əmi oğlu,kürəkən,biri ilə əhd bağlamış kəs,malik,kömək edən və nəhayət " vəli".İndi isə insaf və həqiqət axtarışı niyyəti ilə gəlin görək həzrət Peyğəmbər "Mən kimin mövlasıyamsa Əli də onun mövlasıdır" deməklə "mövla kəlməsinin hansı mənasını qəsd etmişdir.
    Gördüyünüz kimi yuxarıda nəql olunan mənaların heç biri Peyğəmbərin (s) qəsd etdiyi məna ola bilməz.Ona görə ki,o mənaların bəzisi ya yalan ola bilər və ya mütləq olaraq Qədir xumun zaman və məkanı ilə münasib deyil."Mən kimin mövlasıyamsa Əli də onun mövlasıdır" hədisində "mövla" kəlməsinin yerinə yuxarıda qeyd olunan kəlmələri qoysaq görərik ki,hədis öz məfhumunu itirməklə belə bəzən (əuzu billah)gülünc doğurur. Məsələn:"Hər kimin azad edəni (ya azad edilmişi) mənəmsə Əli də onun azad edəni (ya azad edilmişidir)".Bildiyimiz kimi həzrət Peyğəmbər(s) və həzrət Əli(ə)heç biri kiməsə qul olmamışlar.Yenə başqa bir misal:"Hər kimin dostu (şəriki,qonşusu,maliki,əmi oğlusu,kürəkəni,nemət verəni,əhd bağlamışı,kömək edəni) mənəmsə Əli də onun dostudur(şəriki,qonşusu,maliki,əmi oğlusu,kürəkəni,nemət verəni,əhd bağlamışı,kömək edənidir).
    Gördüyünüz kimi bu mənalar da Qədir xum hadisəsinin zaman və məkan şəraiti ilə münasib deyil.Necə ki,Peyğəmbər(s) bu məşhur hədisi buyurmazdan qabaq çox mühüm müqəddimələrə əl ataraq müxtəlif yerlərdən gələn müsəlmanlara isti bir düzənlikdə durmağı əmr edərək,gedənlərin qayıtmasını,arxada qalanların gəlməsini gözləyir.Başqa bir tərəfdən Həzrət Peyğəmbər bu cümləsini buyurmazdan qabaq o cür bir yerdə xütbə edərək özünün müsəlmanlara "mövla"olmasını onların dilindən üç dəfə təhvil alaraq buyurur:"Həqiqətən Allah mənim mövlamdır və mən möminlərin mövlasıyam".
    Bəli bu tarixi hadisənin gerçəkliyinin məlum olmasına baxmayaraq Qədir xumun müsəlmanlara olan mesajını və onun mühümlüyünü nəzərə almamaq ən azından tarixə olan zülm və dar düşüncəlikdir.
    Əziz müsəlman bacı və qardaşlarımı "Bu gün dininizi sizin üçün kamil etdim..." ayəsinin nazil olduğu və İmam Əlinin(ə) vilayətinin elan olunduğu bir gün münasibəti ilə təbrik edir,bütün müsəlmanlar üçün dünya və axirətdə Quran və Əhli-beytdən ayri düşməməyi Allahdan diləyirəm.
    Əssəlamu aleykum və rəhmətullahi və bərakatuh.
    Məşhədi Sadiq


    Источник: http://islam-azeri.az
    Категория: İmam Ali (a) | Добавил: al-shia (28.01.2008) | Автор: Meşedi Sadiq W
    Просмотров: 3464 | Рейтинг: 2.0/1
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər