SƏLƏFİLƏRİN ƏSL SİMASI - Dini meqaleler - Meqaleler kataloqu - ....::İslam::....
Bazar ertesi, 05.12.2016, 22:40
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6765
    Sayğac

    Onlayn: 6
    Qonaq: 6
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Dini meqaleler

    SƏLƏFİLƏRİN ƏSL SİMASI

    BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM

    SƏLƏFİLƏRİN ƏSL SİMASI

    Vəhhabilər, tarix boyu müxtəlif cinayətlərə mürtəkib olduqları üçün, dünyada "vəhhabi" adına qarşı kəskin bir nifrət hissi oyanmışdır. Bu məsələdən agah olan vəhhabilər, xarici ölkələrə təbliğə getdikdə, orada, ifratçı əqidələrini təbliğ etmək naminə, adlarını dəyişməyə məcbur qaldılar. Elə bu səbəbdən də, özlərini sələfə mənsub etməklə, "sələfilik" adı altında vəhhabilik əqidəsini yaymağa başladılar.

    Hal-hazırda belə bir sualla qarşılaşırıq ki, sələfilər və ondan sonrakı nəsillər, görəsən Məhəmməd Peyğəmbərin (s) bütün sünnələrinə (Peyğəmbərin (s) buyuruqları və rəftarları) itaət edirdilərmi? Yoxsa, Həzrət Əli (ə) və ya şiələrə olan düşmənçilikləri ucbatından (necə ki, özləri də bu məsələyə işarə etmişlər), bəzən də digərlərinə olan ifrat məhəbbətin nəticəsində Quran və sünnə ilə müxalifət etmişlər? Gəlin birlikdə sünni mənbələrinə əsasən gətirdiyimiz şahidləri dinləyək:

    1. Bəzi müstəhəb əməlləri tərk etmək:

    Vəhhabilərin, şəxsiyyətinə kor-koranə pərəstiş etdikləri İbn Teymiyyə adlı şəxs yazır: "Müftilərin bir qismi şiələrin xüsusi diqqət yetirdikləri bəzi müstəhəb əməlləri tərk etməyi lazım bilirlər. Doğrudur, bu tərk, vacib həddində deyil, lakin belə bir müstəhəb əməlləri yerinə yetirmək bir növ özünü şiələrə oxşatmaq deməkdir. Belə etməsələr, sünni şiədən seçilməyəcək. Şiələrdən seçilmək, uzaqlaşmaq və onlardan müxalif olmaq isə bu cür müstəhəb əməlləri yerinə yetirməkdən da-ha məsləhətə uyğundur" (Zərqani, "Şərhul-məvahib", 5/13).

    2. Əmmamə dolamaq:

    İraqi, əmmamə bükməyin forması haqda yazır: "Təbəranidən nəql olmuş zəif bir hədisdən başqa heç bir rəvayətdə görmədim ki, əmmaməni sağ tərəfdən bükmək lazımdır. Hətta bu hədisi səhih hədis kimi belə qəbul etsək, “Peyğəmbər (s) əmmaməni sağ tərəfdən büküb, sonra onu sol tərəfə dolayırdı”-desək də (necə ki, bəzi alimlər belə edirlər), lakin bü cür bükmək şiələrə məxsus olduğu üçün daha yaxşıdır ki, onlara oxşamayaq deyə, belə bükülməsin”.

    3. Qəbrin (sinə daşının) saf (müsəttəh) olması

    Qəzzalinin fiqh kitabı olan "Vəciz" və habelə bu kitabın şərhində ("Fəthul-əziz fil-fiqhil-Şafei”) yazılmışdır: "Qasim İbn Məhəmməd İbn Əbu Bəkr deyir:

    İbn Teymiyyə yazır: "Müftilərin bir qismi şiələrin xüsusi diqqət yetirdikləri bəzi müstəhəb əməlləri tərk etməyi lazım bilirlər. Doğrudur, bu tərk vacib həddində deyil, lakin belə bir müstəhəb əməli yerinə yetirmək bir növ özünü şiələrə oxşatmaq deməkdir”.

    “Peyğəmbərin (s) Əbu Bəkr və Ömərin qəbrinin müsəttəh (Sinə daşının dörd bucaq şəklində düzəlməsi və dörd barmaq qədərində yerdən ucalması və üstünün düz olması) olmasını gözümlə gördüm”.

    İbn Əbi Hüreyrə (Zəhəbi yazır: İbni Əbu Hüreyrə Şafeilərin şeyxi və rəhbəridir) isə deyir: “Daha yaxşıdır ki, sinə daşını müsəttəh yox, yumru edək. Çünki, şiələr qəbirlərinin üstünü müsəttəh edirlər. Və bizim onlarla müxalifət etməyimiz daha məsləhətə uyğundur" ("Nəvəvi əl-Məcmu”, 5/229; "İrşadul-sari", 2/ 468).

    4. Peyğəmbərdən (s) başqasına salavat göndərmək:

    Zəməxşəri (təvəllüdü: 536 h.q.) yazır: "Əgər soruşsanız ki, Peyğəmbərdən (s) başqasına salavat göndərmək haqqında nə deyə bilərsiniz, deyərəm: Allah-taalanın buyurduğuna əsasən, hər bir möminə salavat göndərmək olar. Necə ki, Qurani-kərimdə buyurur: "Allah sizə salavat göndərir" ("Əhzab", 43). Başqa bir ayədə buyurur: "Ey Peyğəmbər (s) günahkarlara salavat göndər, çünki, sənin salavatın onların sakitliyinə səbəb olur" ("Tövbə", 103). Həmçinin, Peyğəmbər (s) buyurur: "İlahi, mənim atamın sülaləsinə həmişə salavat göndər". Lakin alimlərin nəzəri budur ki, salavatı yalnız Peyğəmbərə göndərmək olar. Peyğəmbərin Əhli-beytinə isə, Peyğəmbərin (s) kənarında salavat çəkmək olar: İlahi, salavat göndər Peyğəmbərə və onun ailəsinə.

    "Müstəhəb namaz camaatla qılınmalıdır, yoxsa fərdi? İki cür cavab verilir: 1. Camaatla qılınsa, daha fəzilətlidir. Çünki Ömər camaatı Ubəy İbn Kəbin arxasında müstəhəb namaz qılmaq üçün dəvət etdi. 2. Fərdi qılmaq daha fəzilətlidir. Çünki Peyğəmbər (s) qəməri aylardan birində gecə namazlarını məsciddə qılırdı. Sonra ayın qalanını məscidə getmədi və buyurdu: Öz evinizdə namaz qılın! Müstəhəb namazları evdə qılmaq daha fəzilətlidir...”

    Birinci nəzər düzgündür..."

    Peyğəmbərin ailəsinə (Əhli-beytə) salavat göndərmək isə (məs: Əli əleyhissəlam demək) məkruhdur. Çünki, salavat Peyğəmbərə aid olunur. Bundan əlavə Əhli-beytə salavat göndərən, şiə adı ilə müttəhim olunur ("Təfsirul-kəşşaf", 3/541).

    5. Peyğəmbərlərdən (s) başqasına salam söyləmək:

    "İbn Həcər yazır: "Şəriətə əsasən insanlar diri olduqları halda bir-birlərinə salam söyləyə bilərlər. Bu məsələni bütün alimlər qəbul edirlər. Lakin alimlər Peyğəmbərlərdən (s) başqasına (dünyadan köçdükdən sonra) salam göndərməklə əlaqədar müxtəlif fikirlər söyləmişlər. Bəziləri, hər bir diri, yaxud dünyasını dəyişmiş insana salam (rəhmət) deməyi caiz bilir. Bir sıra alimlər və Peyğəmbərlərin (s) ardınca dünyadan köçənlərə salam söyləməyi caiz bilirlər. Lakin mərhum bir fərdə salam (rəhmət) göndərmək caiz deyil. Çünki, bu işi şiələr görür. Bu məsələni Nəvəvi, Şeyx Əbu Məhəmməd Cuveynidən nəql etmişdir" ("Fəthul-bari", 11/ 142).

    6. Əmmamə bükməyin forması:

    “Əmmaməni gərək Peyğəmbərin (s) bükdüyü kimi başımıza dolayaq. Və bu əsl sünnəyə əməl etməkdir. Amma bu gün Peyğəmbər (s) kimi əmmamə dolamaq şiənin böyük alimlərinə aid olduğu üçün onlara oxşamamaq naminə, biz bu işi görməməliyik" ("Şərhul-Məvahibul-lənunniyyə").

    7. Səhabənin sözünün Peyğəmbər sünnəsinə üstünlüyü:

    Bəqəvi yazır: "Müstəhəb namaz camaatla qılınmalıdır, yoxsa fərdi? İki cür cavab verilir. 1. Camaatla qılınsa daha fəzilətlidir. Çünki Ömər camaatı Ubəy İbn Kəbin arxasında müstəhəb namaz qılmaq üçün dəvət etdi. 2. Fərdi qılmaq daha fəzilətlidir. Çünki Peyğəmbər (s) qəməri aylardan birində gecə namazlarını məsciddə qılırdı. Sonra ayın qalanını məscidə getmədi və buyurdu: Öz evinizdə namaz qılın! Müstəhəb namazları evdə qılmaq daha fəzilətlidir...

    Birinci nəzər düzgündür..." ("əl-Təhzib fi fiqhil-Şafei", 3. 232).

    (Yəni, Səhabənin sözü Peyğəmbərin (s) sünnəsindən qabağa keçir!!!)

    8. Peyğəmbərin (s) sünnəsi qarşısında Müaviyənin mövqeyi:

    Sol ələ üzük taxmaq;

    "İlk dəfə Peyğəmbərin (s) sünnəsinin əksinə olaraq sol ələ üzük taxmaq, Müaviyə tərəfindən baş verdi" ("Rəbiul-əbrar", 4/24).

    “Təlbiyə”ni (“ləbbeyk” demək) tərk etmək;

    Səid İbn Cubeyr nəql edir: "İbn Abbasın kənarında həcc əməlini yerinə yetirirdik. O məndən soruşdu: Ey Səid, təlbiyə səsi eşitmirəm. Dedim: Camaat Müaviyədən qorxur. Bu zaman o, öz çadırındın çıxıb təlbiyə deməyə başladı: “Ləbbeyk, Allahummə, ləkə ləbbeyk. Hətta Müaviyə istəməsə də, ləbbeyk, İlahi, Əliyə (ə) olan kinləri ucbatından Peyğəmbərin (s) sünnəsini tərk edən şəxslərə lənət et!”

    Sindi yazır: “Əli (ə) həmişə Peyğəmbərin (s) bütün sünnəsinə əməl etdiyi üçün Müaviyə kimilər ona olan kin-küdurət üzündən Peyğəmbərin (s) sünnəsini tərk edirdilər" ("Sünənun-Nəsayi", 5/253; "Sünənul-Kubra", 7/244).

    Peyğəmbər (s) hədislərinə etinasız yanaşmaq;

    İbn Əsakir, Rəca İbn Heyvətdən nəql edir: "Müaviyənin həmişə hədis deməkdən acığı gəlir və bizə tapşırırdı ki, Peyğəmbərdən (s) hədis deməyin. Mən təkcə bir dəfə eşitdim ki, Müaviyə Peyğəmbərdən hədis desin" ("Tarixi Mədinəti Dəməşq", 59/167, İbni İdris deyir: "Eşitdiyinə görə Müaviyə Peyğəmbərdən (s) çox az hədis nəql etmişdir").

    Peyğəmbərin (s) hökmü və Müaviyənin hökmü;

    İbn Əbdurrəbih deyir: "Əbdur-Rəhman İbn Xalid İbn Vəlid və Nəsr İbn Həccac ilə Müaviyənin hüzurunda Xalid İbn Vəlidin nökəri Abdullah İbn Həccacın kimliyi barəsində mübahisə edirdilər. Mübahisə uzun çəkdiyindən Müaviyə öz katibinə göstəriş verdi ki, bu iki şəxsin işinin həlli üçün başqa bir vaxtda məhkəmə iclası təşkil etsin.

    “Səhih Müslim”də yazılmışdır: "Hüzeyfədən nəql olunur ki, Peyğəmbər (s) buyurdu: "Mənim səhabələrimin arasında on iki nəfər münafiq var ki, onlardan səkkiz nəfəri dəvə iynənin deşiyindən keçməyənədək behiştə daxil olmayacaqlar" ("Səhuhi-Müslim", 8/122).

    Məhkəmə başlandı. Müaviyə hakim xələtini əyninə geyinib öz kürsüsündə əyləşdi. Və bu iki şəxsə izin verdi.

    Nəsr İbn Həccac dedi: (Abdullah) Mənim qardaşım və atamın oğludur... Atam mənə onun öz oğlu olduğunu bildirmişdir.

    Əbdürrəhman dedi: (Abdullah) Mənim nökərim, atamın nökərinin və qulluqcusunun oğludur. O zinadan əmələ gəlmişdir.

    Müaviyə dedi: Ey Məmur, al bu daşı Nəsr İbn Həccaca ver. Nəsr, bu hökm Peyğəmbərin (s) hökmüdür: "Zinadan olmuş övladı kişiyə verin. Zinakar qadına isə daş verin.

    Nəsr dedi: "Ey Əmirəlmöminin, axı sən özün bu hökmü Ziyadın haqqında icra etmədin?"

    Müaviyə dedi: "O, Müaviyənin hökmü idi, bu isə, Peyğəmbərin hökmü" ("əl-Əqdul-fərid", 6/133).

    (Yəni, o zaman şəxsi mənafeyim tələb edirdi ki, Peyğəmbərin (s) hökmünün əksinə olaraq öz hökmümü icra edim. Lakin bu məsələdə heç bir mənfəət olmadığı üçün Peyğəmbərin (s) hökmünü icra etdim.-Müt.)

    Şərab içmək;

    Əhməd İbn Hənbəl yazır: "...Abdullah İbn Bureydə nəql edir: Mən və atam Müaviyənin yanına gedib xalçasının üstündə əyləşdik. Bizim üçün yemək gətirdilər və biz o yeməyi yedik. Sonra süfrəyə şərab gəldi. Müaviyə şərabdan içdi. Ondan sonra atam şərab içərək dedi: Peyğəmbər (s) şərabı haram etdiyi gündən bəri şərab içməmişdim... ("Müsnədu Əh-məd", 5/347).

    9. Peyğəmbərdən (s) hədis nəql etməmək;

    Şəbi deyir: "Düz bir il İbn Ömərlə oturub-durdum. Amma bir dəfə də olsun Peyğəmbərdən hədis nəql etdiyini eşitmədim" ("əl-Mühəddisul-Fazil", 551).

    Deməliyik ki, sələf və səhabənin bəzisinin Peyğəmbərin (s) hədislərinə etinasız yanaşaraq onları camaata nəql etməməkdən, şərabın haram olduğunu bilərək onu içməkdən, Məhəmməd Peyğəmbərin (s) sünnəsinin qarşısında yeni hökm və sünnə gətirərək durmaqdan məqsədləri, yalnız şiələrin və ya Həzrət Əlinin (ə) o məsələlərə artıq əhəmiyyət verməsinə xatir olmuşdur. Necə ki, "təlbiyə" məsələsində oxudunuz. İndi özünüz deyin, bunlar (səhabələrin hamısı) Peyğəmbərin (s) sünnəsinə əməl edənlərdilərmi? Və bizə vacibdirmi ki, səhabələrə iqtida edək?

    10. Peyğəmbəri (s) öldürmək üçün plan cızanlar;

    “Sihah” və “Sünən”də yazılmış rəvayətlərə əsasən səhabələrdən bir qrupu Məhəmməd peyğəmbəri (s) öldürmək üçün plan cızdılar. Bu hadisə Təbuk döyüşündən qayıtdıqdan sonra baş verdi. Peyğəmbər (s) uca bir təpənin başına çıxdığı vaxt üzlərinə niqab bağlamış xam səhabələrdən bir neçəsi Peyğəmbərin (s) miniyini sürən Əmmarın üstünə hücum etdilər. Onlar bu işləri ilə istəyirdilər ki, Peyğəmbərin (s) miniyini hürküdərək onu təpənin başından uçuruma yıxsınlar. Sözsüz ki, yalnız Allah öz məqsədinə yetişir. İndi isə, bəzi rəvayətləri nəzərinizə çatdırırıq:

    1. Əhməd “Müsnəd”ində yazır: "Mənə Abdullah rəvayət etdi ki, bu rəvayəti ona atası Yeziddən nəql etmiş, Yezid, Vəlid İbn Abdullah İbn Cumeydən və o da, Əbu Tufeyldən nəql edib:

    “Peyğəmbər (s) Təbuk döyüşündən qayıtdıqdan sonra carçıya əmr etdi ki, elan etsin: Peyğəmbər (s) təpənin başına çıxır, heç kim ona tərəf yaxınlaşmasın!

    Əmmar Peyğəmbərin miniyini sürür, Hüzeyfə isə onlara yol göstərirdi. Bu zaman üzlərinə niqab bağlamış bir qrup öz miniklərini Əmmarın üstünə sürdülər. Əmmar onların miniyinin üzünə vurmağa başladı. Peyğəmbər (s) Hüzeyfəyə buyurdu: "Yolu göstərməyə davam et". Sonra Peyğəmbər (s) aşağı gəldi və Əmmara yaxınlaşıb buyurdu: Ey Əmmar, onları tanıdın?

    –Miniklərin kimlərə məxsus olduğunu bilirəm. Lakin miniyin üzərində olanlar üzlərinə niqab bağlamışdılar.

    –Peyğəmbər (s) buyurdu: Heç bilirsən onlar bu işlə nəyə nail olmaq istəyirdilər?

    –Allah və Onun Rəsulu (s) daha yaxşı bilər.

    Peyğəmbər (s) buyurdu:

    –Onlar istəyirdilər ki, sənin miniyini hürküdərək Allahın Rəsulunu (s) təpədən yerə yıxsınlar.

    Bu zaman Əmmar Peyğəmbərin səhabələrindən olan bir kişi ilə höcətləşməyə başladı və ona dedi: Səni Allaha and verirəm, de görüm, təpənin başına səhabələrdən neçə nəfər hücum etdi?

    –On dörd nəfər.

    –Əmmar dedi: Əgər səni də onlardan hesablasaq, on beş nəfər olurlar.

    Peyğəmbər (s) on beş nəfərdən üç nəfərini günahsız saydı. Həmin üç səhabə deyirdilər: Allaha and olsun, biz nə Peyğəmbərin carçısının səsini eşitdik, nə də o biri səhabələrin məqsədini bilirdik.

    Əmmar dedi: Mən şəhadət verirəm ki, qalan on iki səhabə Allah və onun Rəsulunun (s) dünyada və qiyamətdə düşmənləridir ("Müsnədu-Əhməd", 5/453).

    2. Süyuti yazır: "Urvədən nəql olunmuş rəvayətdə deyilir ki, Peyğəmbər (s) Təbuk döyüşündən Mədinəyə qayıdarkən yolunu başqa bir səmtə saldı. Orada öz səhabələrindən bir neçəsi kələk işlədib Peyğəmbəri (s) yolun başında olan təpədən aşağı salmaq istədilər.

    Peyğəmbər (s) Hüzeyfəyə buyurdu: "Ey Hüzeyfə, o qrupdan bir nəfəri də olsa, tanıdınmı?"

    –Filan şəxsin və Filan şəxsin miniklərini tanıdım.

    Peyğəmbər (s) buyurdu: “Gecənin yarısı, üzləri bağlı hücum etdilər. Heç bilirsənmi onlar kim idi və məqsədləri nə idi?"

    –Yox, Allaha and olsun bilmirəm, ey Peyğəmbər!

    –Onlar istəyirdilər ki, məni təpədən atsınlar.

    Bu zaman Peyğəmbərin yaxınlığında olan səhabələr dedilər: Ya Rəsuləllah, niyə əmr etmirsən ki, onların boynunu vuraq?

    Peyğəmbər (s) buyurdu: "İstəmirəm camaat desin ki, Məhəmməd (s) öz səhabələrini öldürdü".

    Sonra Peyğəmbər (s) onların adlarını Əmmar və Hüzeyfəyə söylədi və onlara tapşırdı ki, söylədiklərimi sirr saxlayın" ("əl-Dürrül –Mənsur", 3/259).

    3. İbn Kəsir yazır: "Əmmar və Hüzeyfə soruşdular: Ya Rəsuləllah, niyə əmr etmirsən ki, onları öldürək?

    Peyğəmbər (s) buyurdu: “İstəmirəm camaat desin ki, Məhəmməd (s) öz səhabələrini öldürür" ("Təfsiru- İbni Kəsir", 2/322).

    Əgər söylədiklərimizə diqqət etsəniz, görərsiniz ki, Peyğəmbəri (s) öldürmək istəyən və belə bir böyük günaha cəhd edən canilər, elə Peyğəmbəri-Əzəmin öz səhabləri olmuşdur. Hətta Peyğəmbərin (s) özü də onları səhabələri kimi tanıtdırmışdır. Həmçinin, İbn Kəsirdən nəql olunmuş rəvayətdə gəlmişdir: "İstəmirəm camaat desin ki, Məhəmməd (s) öz səhabələrini öldürür".

    Müslim öz "Səhih"-ində Hüzeyfənin rəvayətinə işarə edir ki, Peyğəmbərin (s) səhabələrinin arasında münafiqlər var idi. Sonra o, həmin hadisəni xatırladır.

    4. “Səhih Müslim”də yazılmışdır: "Hüzeyfədən nəql olunur ki, Peyğəmbər (s) buyurdu: "Mənim səhabələrimin arasında on iki nəfər münafiq var ki, onlardan səkkiz nəfəri dəvə iynənin deşiyindən keçməyənədək behiştə daxil olmayacaqlar" ("Səhuhi-Müslim", 8/122).

    Ümumiyyətlə, bir çox müəlliflər öz kitablarında səhabələrin Peyğəmbəri (s) öldürməyə cəhd etdikləri kimi bir-birlərini öldürmək məqsədilə plan cızmaqlarını qeyd etmişlər. Baxmayaraq ki, bəzən çəkdikləri planı həyata keçirməmişlər. Necə ki, Həzrət Əlini (ə) öldürmək üçün çəkilmiş plana Səmani belə işarə edir: "...Şərif Ömər İbni İbrahim Heseynidən Kufə şəhərində soruşdum ki, Əbu Bəkrin "Xalid mə`mur olduğu işi yerinə yetirmədi" cümləsindən məqsədi nədir? O, belə cavab verdi: “Əbu Bəkr, Xalid İbni Vəlidi Məmur etdi ki, Əlini (ə) öldürsün. Sonra isə peşiman olub öz əmrini geri götürdü ("əl-Ənsab", 3. 95).

    Sələfilər doğrudanmı sələfə iqtida etmişlər?

    Sələfləriniz doğrudanmı Peyğəmbər (s) sünnəsini əsas alaraq yaşamışlar...?

    "Sələf və Sələfilər"
    Nəcmüddin Təbəsi
    Tərcümə etdi: Tofiq ƏSƏDOV

    Категория: Dini meqaleler | Добавил: media-islam (20.08.2008)
    Просмотров: 1655 | Рейтинг: 3.0/2
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər