Islam aləminin cəsur siması - İslam alimleri - Meqaleler kataloqu - ....::İslam::....
Çerşenbe axşamı, 06.12.2016, 18:07
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6767
    Sayğac

    Onlayn: 2
    Qonaq: 2
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » İslam alimleri

    Islam aləminin cəsur siması
    Ayətullahul-üzma Seyyid Əli Sistani
     

    Mərhum Seyyid Xoinin minbəri özünün yarım əsr ərzində Islamın hər bir elmi sahəsində çox dəyərli, məşhur və fəzilətli bəhrəsini vermişdir. Belə ki, onun köməyi ilə Islam, elm və bəşər üçün fədakarlıqla xidmət edən yüzlərcə fəqih, müctəhid və dəyərli alimlər yetişmişdir. Bu gün onlardan bir çoxu elmi mərkəzlərdə, xüsusilə də Nəcəfül-Əşrəf və Müqəddəs Qum şəhərində ustad kimi fəaliyyət-lərini davam etdirməkdədirlər. O şəxsiyyətlərin bəziləri isə günü-müzün elmi və sosial problemlərin zirvəsində olaraq, tərbiyəvi xidmətlər, mərcəiyyət və ümmətin liderliyi məsuliyyətlərini icra etməkdədirlər. Bu şəxsiyyətlərin içərisində öndə duranlardan biri də Ayətullahul-üzma Seyyid Əli Hüseyni Sistanidir. O, mərhum Seyyid Xoinin (quddisə sirruh) ən tanınmış elm, fəzilət, əhliyyət və dahilikdə seçilmiş tələbələrin-dəndir.

     

    Həyatı

     O, 1349 (h.q)-cu ilin Rəbiül-əvvəl ayında Imam-Rzanın (ə) şərəfləndirdiyi mübarək Məşhəd şəhəri yaxınlığında dindar bir ailədə, elm, təqva, kəramət və seyyidlər ocağında dünyaya göz açmış və bu müqəddəs məkanda fəzilətlər içində yetişib boya-başa çatmışdır. Ibtidai və orta təhsilini (ərəb ədəbiyyatı, Bəlağət, əqli və dini elmləri) dəyərli ustadlardan almışdır. Yüksək dərəcədə Üsul, Fiqh, əqli və ilahi elmlərini o müqəddəs şəhərdə mühəqqiq Mirzə Mehdi Isfahani (r.ə) kimi ustadların hüzurunda tamamlayaraq təhsilini daha da təkmilləşdirmək məqsədilə 1368 (h.q)-ci ildə müqəddəs Qum şəhərinə, elm mərkəzinə hicrət etmişdir. O günlərdə bu müqəddəs elm mərkəzi təhsilini, Ayətullahul-üzma Seyyid Hüseyn Burucerdinin əməyi və mərcəiyyətinin kölgəsi altında davam etdirirdi. Ayətullah Seyyid Burucerdinin Üsul və Fiqh dərsləri xüsusi bir metodla, təhqiq və tətbiq üzrə bütün fiqhi hədisləri və Islami fikirləri əhatəedici və olduqca ciddi idi. Seyyid Əli Hüseyni Sistani bu şəxsiyyətdən Hədis və Rical elmlərini tam şəkildə öyrənmiş, Ayətullah Hüccət kimi fəzilətli və məşhur ustadlardan da yetərli şəkildə bəhrələnmişdir. Seyyid Əli Hüseyni Sistani 1371 (h.q)-ci ildə Nəcəfül-əşrəf şəhərinin məşhur ustadlarından da bəhrələnmək, Ilahi və Peyğəmbər (s) elminin pak qapısı Həzrəti Əmirəl-Möminin Əli (ə.s)-ın yaxınlığında ola bilmək üçün Qum şəhərindən ayrılaraq Iraqa getmişdir. Onun Nəcəfə gəldiyi günlərdə orada yerləşən elm mərkəzlərinin dərsləri çox yüksək səviyyədə keçirilirdi. Seyyid bütün gücünü elmi əsaslara və fəqihliyə vermiş və o diyarın böyük, məşhur, təcrübəli ustadlarından çox dəyərli elmi məlumatlar əldə etmişdir. Bu dəyərli şəxsiyyət on ildən artıq müddətdə fəqih və müctəhidlərin ustadı Ayətullahul-üzma Seyyid Xoinin (quddisə sirruh) dərslərində iştirak etmiş və o günlərdə Nəcəf elm mərkəzinin müdrik ustadı və məsulu Həzrət Ayətullahul-üzma Seyyid Həkim-dən də böyük elmi istifadələr etmişdir. Seyyid, ən çox tələbkarlığı, dərin fikirlərə sahib olmasıyla məşhur olan Ayətullahul-üzma Şeyx Hüseyn Hillinin hüzurunda bütün Üsul dərslərini bir dövrə oxumuşdur. O, Məşhəd, Qum və Nəcəf kimi müqəddəs elm mərkəzlərində illər boyunca elm öyrənərək Üsul və Fiqhdə, maarif və təhsil işlərində məşğul olmuş, həmçinin bir çox elmi ixtisaslarda dəyərli təcrübə kəsb etmiş və dərin elm sahibi olmuşdur.

    1381-ci (h.q) ildə Şeyx Ənsarinin (r.ə) "Məkasib"indən ictihad dərslərinə başlamışdır. Belə ki, bu əsasla illərlə ictihad dərsləri verdi. Daha sonra ictihad dərslərini "Şərh" ünvanı ilə Seyyid Muhəmməd Kazım Təbatəbai Yəzdinin (r.ə) "Urvətul-Vusqa"-sıyla davam etdirmişdir. Bununla yanaşı təharət, xums və namazla bağlı bir çox məsələlərdə geniş məzmunda dərslər vermişdir. Bu dəyərli şəxsiyyət, 1384 (h.q)-cü ilin Şəban ayında yüksək ictihad dərəcəsində üsul dərsləri verməyə başladı. Bu dərslərin üçüncü dövrəsini 1411-ci ilin Şəban ayında tamamladı. Onun əldə etdiyi və bir çox alim ustadlarından qazan-dığı Üsul və Fiqh dərslərindəki dəyərli məlumatları, dərsləri tədris etməyə başlamışdır.

     

    Nailiyyətləri

     

    Həzrət Ayətullahul-üzma Sey-yid Əli Hüseyni Sistani (damə zilluh), ustadların yetişdiyi elmi mərkəzlərdəki dərslərdə sür-ətlə parladı. Dərs yoldaşları və ustadları arasında araşdırma, təhqiq, rəy vermə mövzularının hakim olması, elmi iradəsi, bir çox elmi mövzularda xüsusən də fiqh, üsul və rical elmindəki bilikliyi və müvəffəqiyyətinə görə tanınmış və seçilmişdir. O dəyərli şəxsiyyətin üstünlüyü hər kəs tərəfindən açıq-aşkar şəkildə bilinməkdə idi. O, gənc yaşlarında ikən Ayətullahul-uzma Seyyid Xoi (quddisə sirruh) tərəfindən yazılı olaraq ictihad izni alan şəxsiyyətlərdəndir. Digər bir ustadı olan Həzrət Ayətullah Şeyx Hüseyn Hilli də ictihad şəhadətnaməsini 1380-cı (h.q) ildə yazılı olaraq Seyyid Sistaniyə vermiş və onun fəzilətləri, elmi dərinliyi və üstünlüyü ilə fəxr etmişdir. Yenə də həmin ildə fəqih, mühəddis, rical elmi sahəsində ustad, böyük tədqiqatçı əllamə Hacı Ağa Bozorg Tehrani yazılı olaraq verdiyi şəhadətində onun rical və hədis elmindəki elmi şəhadətini xüsusilə qeyd edərək onun yüksək elmi məqamını mədh etmişdir. Belə ki, bu dəyərli şəxsiyyətin məqamının göstəricisi olan izn və şəhadətnamələrin olması və bu mədhlərlə şəxsiyyətinin tanınması məhz onun otuz bir yaşı tamam olmadığı illər təsadüf etdiyini qeyd etməliyik.

     

    Düşüncə və əsərləri

     

    Ayətullahul-üzma Seyyid Əli Hüseyni Sistani (damə zilluh) otuz dörd yaşında yüksək səviyyədə fiqh, üsul və rical təhsilini verərək çox böyük xidmətlər göstərmişdir. Onun fiqhi ictihadı və elmi tədqiqatlarının bəhrəsi olduqca çoxdur. Bunlardan bəzilərinə işarə edəcəyik. Əvvəldə qeyd etdiyimiz kimi, Seyyid Şeyx ənsari (r.ə)-nin "Məkasib" kitabını yüksək səviyyədə tədris etmiş və bu təhsili sona yetirdikdən sonra təharət, qəza, xums, fiqhin bəzi qayda və bəhslərindən (faiz, təqiyyə, ilzam qaydası və s.) dərs vermişdir. Bu dərslərinin bir qismi cəm edilərək kitab kimi nəşr olunmuşdur. Seyyid üç dövrə kamil şəkildə üsul dərsi vermiş və dərslərindəki bəzi bəhslər toplanıb kitab şəklində çap olunmuşdur.

     

    Bu dəyərli ustad bir çox qiymətli əsərlər yazmışdır. Onlardan bir qismini burada qısaca olaraq sadalayırıq:

      

    1- Şərhi - urvətul - vusqa

     

    2- Əl - buhusul - usuliyyə

     

    3- Kitabul - qəza

     

    4- Kitabul - bəyi vəl - xiyarat

     

    5- Fil - libasil - məşkuki - fih

     

    6- Fi qaidətil - yəd

     

    7- Fi səlatil - musafir

     

    8-Fi qaidətit-təcavuz vəl - furaq

     

    9- Əl - qiblə

     

    10- Ət - təqiyyə

     

    11- Qaidətul - ilzam

     

    12- Əl - ictihad vət - təqlid

     

    13- Fəvaidul - qərəviyyə

     

    14- Ər - riba

     

    15- Hucciyyətu Mərasili ibn əbi - Umeyr

     

    16- Nəqdi risalətu Təshihu - Əsanidil - Ərdəbili

     

    17- Şərhi məşiətut - təhzibeyn.

     

    18- Qaidətul - Qurə.

     

    19- Tarixi tədvinil - hədis fil - Islam

     

    20- Əl- Fəvaidul - fiqhiyyə.

     

    21- Risalətun fi hukmi ma iza ixtələfəl - muctəhidan əl-mutə-saviyan fil - fətva.

     

    Seyyidin şəri hökmlərdən ibarət "Tovzihul-məsail" kitabı isə Azərbaycan dilinə və bir çox dillərə tərcümə olunub yayılmışdır.

     

    Mərcəyi təqlid olmağı

     

    Nəcəfi-əşrəfin bəzi ustadlarının nəql etdiyinə görə, Ayətullah Seyyid Nəsrullah Mustənbitin vəfatından sonra bəzi fəzilət sahibləri Seyyid Xoi (r.ə)-nin mərcəliyində toplanmış və elmi mərkəzlərdəki fəaliyyətləri konstruktiv bir şəkildə idarə etmək üçün bir platforma axtarmışlar. Seyyid Xoi (r.ə) də elmi fəzilətləri səbəbilə Seyyid Sistanini seçdi. Seyyid Sistani, imam Xoinin (r.ə) mehrabında namaz qılmağa, onun mədrəsəsində dərs verməyə və onun kitablarına haşiyə yazmağa başladı.

     

    Seyyid Xoinin (r.ə) vəfatından sonra onun cənazəsini torpağa tapşıran altı şəxsdən biri olub, onun pak cənazəsinə namaz qılmışdır. Daha sonra mərcəyi-təqlid vəzifəsini və elmi mərkəzlərin liderliyini öhdəsinə götürərək icazələr verməyə, hüquq paylamağa və "Xəzra" məscidində imam Xoinin (r.ə) minbərində dərs verməyə başlamışdır. Onun mərcəliyi Iraq, Iran, Hindistan və digər Afrika, Avropa, Asiya ölkələrində sürətlə yayılmağa başlamışdır. Belə ki, Seyyid bir neçə ələm fəqihdən birisidir. Buna həm Nəcəfi-əşrəf, həm də müqəddəs Qum şəhərinin bir çox elmi mərkəzlərindəki müəllim və ustadlar şahiddir.

     

    Dəftərxanaların fəaliyyətinə qısa bir baxış

     

    Tarix boyu şiə məzhəbinin elmi-hövzələrə verdiyi əhəmiyyət hər kəsə məlumdur. Çünki əsrlər boyu dini və ilahi əqidəni dünya miqyasında qoruyub saxlayan hövzələr olmuşdur. Bundan əlavə məsum Əhli-Beytə (ə.s) qarşı çirkin iftira atanların iftiralarını ifşa edən məhz hövzələrdir. Ona görə də bütün fəqihlər, xümsün mali-imam hissəsini bu hövzələri inkişaf etdirmək üçün xərclənməsini zəruri bilmişlər. O cümlədən, Seyyid Sistani də bu malların hövzələr üçün xərclənməsini əmr etmişdir. Belə ki, O, Iran Islam Respublikasının Qum, Məşhəd, Isfahan və digər şəhərlərində və həmçinin Iraq Respublikasının Nəcəfül-əşrəf, Kərbəla, Kazimeyn, Samirra və s. şəhərlərində, Suriya dövlətinin Zeynəbiyyə şəhərində, eləcə də Britaniya, Livan, Pakistan, Hindistan, Azərbaycan və s. ölkələrdə yerləşən elmi hövzələr və dini mərkəzlərə bu vəsaitlərin paylanmasını əmr etmişdir.

     

    Seyyidin dəftərxanası müxtəlif sahələrdə fəaliyyətlər göstərməklə, dini liderin Islam ümmətinə nə kimi əlaqəsi olduğunu göstərir. Dəftərxananın gördüyü mühüm işlərdən bəzilərini sizin nəzərinizə çatdırmağı məsləhət görürük: Mübarək və matəm aylarında ABŞ, Afrika, Ərəb, Avropa, Avstraliya, Qafqaz, Mərkəzi Asiya və s. dövlətlərə təbliğatçılar göndə-rilir. Həmçinin həmin dövlətlərdə yerləşən hövzələr və dini mərkəzlərə maddi yardımlar göstərilir. Bununla yanaşı həmin dövlətlərdə yerləşən hövzələr və dini mərkəzlərə maddi yardımlar göstərilir.

     

    Istiftaat işlərini idarə edən heyət təşkil olunmuşdur. Belə ki, xarici dövlətlərin sakinləri yeni problemlərin həlli üçün Seyyidin rəyini bu heyətin vasitəsilə öyrənirlər. Həmçinin bu yeni məsələlər "Rafed" və "Alul-Beyt" ünvanı ilə beynəlxalq internet şəbəkəsi vasitəsilə də yayımlanır. Xalqın ümumi ehtiyaclarını həll etmək üçün digər heyət də təşkil olunmuşdur. Müxtəlif xarici dövlətlərə müəyyən jurnallar və kitablar göndərilir.

    Категория: İslam alimleri | Добавил: media-islam (20.09.2008)
    Просмотров: 3130 | Рейтинг: 3.9/8
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Qadın və ailə
    Axtar
    Linklər