Bazar, 10.11.2024, 23:20
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6953
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Şie cavabları

    SEHiH BUXARi”

    “Siz nə üçün münafiqlər barəsində iki hissəyə ayrıldınız? Halbuki, Allah onları etdikləri əməllərinə görə əvvəlki hallarına (kafirliyə) qaytarmışdır. Siz Allahın (öz istəyi, öz iradəsi ilə küfr edəcəyini, azğın yola düşəcəyini, haqq yoldan azacağını əzəldən bildiyi üçün) azdırdığı kimsəni doğru yolamı gətirmək istəyirsiniz? Allahın sapdırdığı kimsə üçün heç bir (doğru) yol tapa bilməzsən!” (“Nisa”, 88)

    Biz keçən məqaləmizdə Buxarinin Əhli-beytlə (ə) bağlı fikirlərinə toxunduq. Qeyd etdik ki, Buxari İmam Zeynəl-abidindən (ə) İmam Əsgəriyə (ə) qədər olan məsumlardan heç bir rəvayət nəql etməmişdir. Onun Əli (ə), İmam Həsən və İmam Hüseyndən (ə) neçə rəvayət nəql etdiyini də diqqətinizə çatdırdıq.

    Belə dahilərdən rəvayət nəql etmək əvəzinə adi insanlardan rəvayət etmək, hər bir insaflı və haqqı axtaran insanı bu ravilər haqqında tədqiqat aparmağa vadar edir.

    Bu məqaləni yazmaqda məqsədimiz belə raviləri tanıtdırmaq və Buxarinin Peyğəmbər (s) Əhli-beytinə qarşı biganəliyini və o pak insanların düşmənlərinə bəslədiyi hörməti sübut etməkdir.

    Əbu Hüreyrə

    Buxarinin ravilərindən biri, Əbu Hüreyrə Dusidir. Biz bu ravinin şəxsiyyətinə aydınlıq gətirmək üçün alimlərin onun barəsində dediklərinə toxunmağı zəruri hesab edirik.

    Əbu Hüreyrənin adı nədir?

    Əbu Hüreyrə bu ravinin künyəsidir. Bu şəxsin adı barəsində alimlər arasında böyük bir fikir ayrılığı vardır. Alimlər 18, 20, 30 və 44-ə qədər adı Əbu Hüreyrə və atasına aid etmişlər. Əhli-sünnə alimi Nəvəvi bu barədə yazır: “Əbu Hüreyrə və atasının adı ilə bağlı 30-a qədər nəzəriyyə var".

    Əl-Qütb Hələbi yazır: “Əbu Hüreyrə və atasının adı barəsində 44 nəzəriyyə qeyd edilib" ("əl-İsabə", c. 7, s. 199; "Fəthəl-bari", c. 12, s. 5; "Şeyxül-məzirə", s. 48).

    İbn Qüteybə kitabında yazır: “Əbu Hüreyrə həmişə deyərdi: "Mən balaca pişik ilə oynadığım üçün mənə bu künyəni verdilər" ("əl-Məarif", s. 93; "Buxari" c. 2, s.149; "Əzva əla əl-sünnətil-Muhəmmədiyyə", s. 203).

    Firuzabadi yazır: “Əbdur-Rəhman ibn Səxər deyir: “Peyğəmbər (s) Əbu Hüreyrənin qucağında pişiyi görəndə, onu bu künyə ilə çağırdı, sonra o, bu künyə ilə məşhur oldu ("əl-Qamus əl-Mühit", c. 2, s. 16).

    Əhli-sünnə alimlərinin mötəbər hədis qaynaqlarına əsasən o, “Şeyxül-məzirə”, yəni məzirə şeyxi ləqəbi ilə də tanınırmış.

    Bu barədə Zəhəbi və İbn Kəsir yazırlar: “Ömər Əbu Hüreyrəyə deyirdi: Peyğəmbərdən (s) rəvayət etməyi tərk etməlisən, yoxsa səni Dus vilayətinə qaytararam. (Dus Əbu Hüreyrənin ana vətənidir) "Əlamun-nubəla", c.2 s. 433; "Əl bidayə vən-nihayə", c. 8 s. 1, 8; "Şeyxul-məzirə", s.114)

    Alimlərin yazdığına görə, “məzirə” Müaviyəyə məxsus rəngarəng yeməklərdən birinin adı olmuşdur ("Şeyxül-məzirə", s. 60).

    Xatırlatmaq lazımdır ki, Əbu Hüreyrə İslamı qəbul edəndə, maddi vəziyyəti çox ağır idi. Ona görə də Peyğəmbər (s) ona imkansızların məskunlaşdığı “süffə”də yer verdi. Dediyinə görə, hər gün səhabələrin birinin evində yemək yeyərmiş ("Fəthəl-bari", c.11, s. 236; "Şeyxül-məzirə", s. 56).

    Əbu Hüreyrə deyir: “Bir gün Əbu Bəkri gördüm və ondan yemək istədim. O, mənim səsimi eşitdi və evə daxil oldu. Güman etdim ki, mənə yemək verəcək, lakin daha çölə çıxmadı”.

    Belə bir hadisəni o, Ömər haqqında da deyir ("Fəthəl-bari", c. 9, s. 428, c. 13, s. 259; "Buxari", c. 7, s. 179).

    Əbu Hüreyrə Peyğəmbərə xidmətinin səbəbini, öz qarnını doyurmaq olduğunu yazır. Onun öz tələbəsi Ələrəc deyir: “Əbu Hüreyrə belə deyirdi: “Siz güman edirsiniz ki, mən Peyğəmbərdən (s) çox hədis nəql edirəm. Mən imkansız bir şəxs idim. Peyğəmbərə (s) öz qarnımı doyurmaq üçün xidmət edirdim" ("Səhih-Müslim", c. 8, s. 114-116; "Fəthəl-bari", c. 1, s. 173, c. 7, s. 61, c. 13, s. 271; "Şeyxul-məzirə", s. 53; "əl-Əzva", s. 204).

    Əbu Hüreyrə maddi vəziyyətinin ağır olmasına baxmayaraq, “məzirə” yeməyinə çox həvəs göstərirdi. Elə buna görə də o, bu ləqəblə məşhur olmuşdur.

    Cənab Buxari İmam Zeynəl-abidindən (ə) İmam Əskəriyə qədər (ə) olan imamlardan, hətta bir hədis də nəql etməmişdir. O, öz kitabında Əbdül-Vəhhab, Xatəm ibn İsmayıl, Malik ibn Ənəs və s. kimi ravilərdən hədis nəql etmişdir. Amma bu sadaladığım şəxslərin İmam Sadiqdən (ə) nəql etdikləri rəvayətləri öz kitabında gətirməmişdir.

    Həmçinin Buxari Əmr ibn As, Əbu Musa Əşəri, Müaviyə, İmran ibn Həttan kimi Əhli-beyt (ə) düşmənlərindən rəvayət nəql etmişdir.

    Mötəbər qaynaqların yazdığına əsasən, Əbu Hüreyrə Müaviyənin süfrəsində “məzirə” yeməyi yedikdən sonra gəlib Əlinin (ə) arxasında namaz qılardı. Əhli-sünnə alimi Sələbi bu barədə yazır: "Əbu Hüreyrə “məzirə” yeməyini çox istəyərdi. O həmişə Müaviyənin yanında o yeməkdən yeyər və namaz vaxtı Əlinin (ə) arxasında namaz qılardı. Bir gün ondan bunun səbəbini soruşanda belə dedi: "Müaviyənin məzirəsi daha yağlı, Əlinin (ə) arxasında qılınan namaz isə daha fəzilətlidir". Məhz buna görə ona “məzirə şeyxi” deyərdilər ("Simarul əl-qulub, s. 86; "Şeyxül-məzirə", s. 60, "Sizuratuz-zəhəb", c. 1, s. 64; "Siratəl-hələbiyyə";, c. 3, s. 397).

    Bütün alimlər Əbu Hüreyrənin qarınqululuğunu təfərrüatı ilə qeyd etmişlər. Biz bu barədə söhbətimizi onun duası ilə sona çatdırırıq. O, belə dua edirmiş:

    “Pərvərdigara, mənə üyüdən iti diş, yaxşı həzm edən mədə və onu xaric etmək üçün yaxşı arxa ver" ("Rəbiəl-əbrar", c. 8, s.113; "Şeyxül-məzirə", s.64).

    Əbu Hüreyrənin künyə və ləqəbi barəsində bura qədər yazılanlarla kifayətlənir, adı məlum olmadığı üçün isə, o haqda söhbət etməyi lazım bilmirik.

    Əbu Hüreyrə haqqında deyilən mənfi fikirlər bununla bitmir. Əhli-sünnə alimlərinin mötəbər kitablarında, Səhih-Buxari, Səhih-Müslim və bu kimi hədis qaynaqlarında bu şəxsin səhabələr tərəfindən Peyğəmbərə (s) yalan hədis aid etməkdə ittiham edilməsini müşahidə edirik. Məsələyə daha geniş aydınlıq gətirmək məqsədi ilə bəzi faktları nəzərinizə çatdırırıq.

    Əhli-sünnə alimi Əbu Reyyə Əbu Hüreyrənin bu tayfaya köləliyi barəsində yazır: “Əbu Hüreyrə Müaviyə üçün mal və qılıncı ilə cihad etmirdi. Onun Müaviyəyə cihadı yalnız Əli (ə) tərəfdarları haqqında saxta hədislər nəşr etmək, tə`nə öz sözlərini Peyğəmbərə aid edib xar etmək, Müaviyə və onun hakimiyyətinin fəziləti barəsində yalançı hədislər nəql etmək idi”.

    Əbu Hüreyrə səhabələrin nəzərində

    Alimlərin yazdığına əsasən, Peyğəmbərdən (s) ən çox hədis rəvayət edən Əbu Hüreyrə olmuşdur. İlk günlərdən müharıbə və səfərlərdə Peyğəmbərlə birgə olan digər səhabələr, Əbu Hüreyrənin rəvayət etdiyi hədislərin, hətta az bir hissəsini belə rəvayət etməmiş, bir çox rəvayətləri isə eşitmədiklərini söyləmişlər. Ona görə də Əhli-sünnə alimləri həzrət Əlinin (ə) onu yalançı adlandırdığını və Ömərin şallaqla vurduğunu yazıblar. Biz bu barədə Əhli-sünnə kitablarında və sair qaynaqlarda yazılan həqiqətləri sizin nəzərinizə çatdırırıq.

    Misir alimi Əbu Reyyə öz kitabında yazır: “Əli (ə) həmişə buyururdu: "Əbu Hüreyrə camaatın ən yalançısıdır".

    Başqa bir sözündə buyurub: "Dirilər içində Peyğəmbərə yalan hədis qoşan ən yalançı şəxs Əbu Hüreyrədir" ("Şeyxul-məzirə" s. 47; "Əzva", s. 212).

    Zəhəbi və İbn Kəsir bu barədə yazırlar: “Ömər Əbu Hüreyrəyə deyirdi: "Peyğəmbərdən (s) rəvayət etməyi tərk etməlisən, yoxsa səni Dus vilayətinə qaytararam" (Dus Əbu Hüreyrənin ana vətənidir). ("Əlamun-nübəla", c. 2 s. 433; "əl- Bidayə vən-nəhayə" c. 8 s. 1, 8; "Şeyxul-məzirə" s.114)

    Zəhəbi başqa kitabında yazır: "Ümmü-Sələmə deyir: "Əbu Hüreyrədən soruşdum ki, Ömərin dövründə də Peyğəmbərdən (s) rəvayət nəql edirdin? Əbu Hüreyrə cavabında dedi:

    “Əgər Ömərin dövründə hədis rəvayət etsəydim, şübhəsiz ki, Ömər məni şallağı ilə vurardı" ("Təzkirətul-huffaz", c. 1, s.7).

    Əhli-sünnə alimi Rəşid Rza bu barədə deyir: “Əgər Ömərin ömrü Əbu Hüreyrədən çox olsaydı, bu qədər hədis bizim əlimizə çatmazdı" ("Əlamun-nübala" c. 2, "əl-Bidayə vən-nihayə", c. 8; "Şeyxul-məzirə", s.114)

    Əziz oxucular, Əbu Hüreyrə haqqında bu cür sözlər çoxdur, biz ixtisara görə bu miqdarla kifayətlənir və söhbətimizi onun bu işlərinin səbəbləri istiqamətində davam etdiririk.

    Bu qədər hədis hardan?

    Əbu Hüreyrənin Peyğəmbərdən (s) çoxlu sayda hədis rəvayət etməsi hər bir ağıllı insanı düşündürür. Bu məsələyə aydınlıq gətirmək məqsədi ilə onun həqiqi səbəblərini nəzərinizə çatdırırıq.

    1. Əbu Hüreyrə və Kəbül-Əhbar

    Alimlərin yazdığına əsasən Əbu-Hüreyrə, yəhudi alim olan Kəbül-Əhbardan hədis dərsi almışdır. Peyğəmbərin (s) dövründə ona iman gətirməyən bu yəhudi, tarixçilərin yazdığına əsasən, guya Ömərin dövründə İslamı qəbul etmişdir. Bu şəxs, yəhudilər tərəfindən təhrif olunan dini təlimləri çox az müddətdə Əbu Hüreyrə kimilərə öyrətmişdir. Bu barədə Əhli-sünnə alimi Əbu Reyyə yazır:

    “Hədis alimləri Əbu Hüreyrə və qeyrilərinin Kəbül-Əhbardan hədis almağını sübut ediblər". ("Şeyxul-məzirə", s. 99)

    Zəhəbi yazır: "Kəbül-əhbar deyir: “Tövrat oxuyanlar arasında Əbu Hüreyrədən daha məlumatlısını görmədim ("Əlamun-nubala", c. 2, s. 432; "Təzkirətul-huffaz", c.1, s.34; "Əl-isabə", c.5, s. 2, 5; "Şeyxul-məzirə", s.100)

    Əbu Reyyə bu sözün təhlilində yazır: “Bu kahinin Əbu Hüreyrəyə olan hiylə və məkrinin dərəcəsinə bax, Əbu Hüreyrə ibrani dilini bilmirdi, necə ola bilər ki, Tövratdan məlumatı olsun? O, hətta ərəb dilində yazmağı və oxumağı belə bacarmırdı və müsəlmanlar arasında da yəhudi alimlərindən başqa Tövratdan məlumatı olan yox idi" ("Şeyxul-məzirə", s. 100).

    Beləcə aydın olur ki, Əbu Hüreyrə öz hədis-lərinin müəyyən bir qismini yəhudi alimi olan Kəbül-Əhbardan öyrənmişdir.

     

    2. Əbu Hüreyrə və Əməvi tayfası

    Əbu Hüreyrənin Peyğəmbərdən çox hədis rəvayət etməsinin səbəblərindən biri də, onun Əməvi tayfasına bağlılığı olmuşdur. Tarixçilərin yazdığına əsasən, əməvilər müəyyən məsə-lələrdə, xüsusən də hakimiyyətlərini möhkəmlətmək üçün lazımlı məqamlarda Əbu Hü-reyrənin saxta hədislərinə ehtiyaclı olmuşlar.

    İbn Kəsir Əbu Hüreyrədən bu barədə belə nəql edir: “Peyğəmbərdən eşitdim: "Allah vəhydə üç nəfərə, Mən, Cəbrayıl və Müaviyəyə etibar etmişdir".

    O, həmçinin belə yazır: “Peyğəmbər (s) buyurub: “Allahın əmanətdarları mən, Cəbrayıl və Müaviyədir" ("əl-bidayə vən-nihayə", c.8, s. 120)

    Əhli-sünnə alimi Əbu Reyyə Əbu Hüreyrənin bu tayfaya xidmətləri barəsində yazır: “Əbu Hüreyrə Müaviyə üçün mal və qılıncı ilə cihad etmirdi. Onun Müaviyəyə cihadı yalnız Əli (ə) tərəfdarları haqqında saxta hədislər yaymaq, öz sözlərini Peyğəmbərə aid edib onu xar etmək, Müaviyə və onun hakimiyyətinin fəziləti barəsində yalançı hədislər nəql etmək idi" ("Əzva", s. 223.).

    3. Əbu Hüreyrə paylayır.

    Əbu Hüreyrənin çox hədis rəvayət etməsi səbəblərindən biri də onun özünəməxsus hədis "kisə"sinin olmasıdır. Əhli-sünnə alimlərinin bəzilərinin yazdığına əsasən, o, bir çox yerlərdə hədisin Peyğəmbərdən yox, özündən olmasını etiraf etmişdir. Bu barədə Buxari öz ”Səhih” kitabında yazır:

    “Əbu Saleh deyir: "Əbu Hüreyrə Pey-ğəmbərdən (s) sədəqə və qadın barəsində mənə hədis rəvayət edirdi. Ondan soruşdular ki, bunu Peyğəmbərdən (s) eşitmisən, yoxsa özündən deyirsən?

    Cavabında dedi:

    "Mən bunu Peyğəmbərdən (s) yox, öz hədis kisəmdən söyləyirəm".

    Əhli-sünnə alimi İbn Həcər Əsqəlani Buxarinin ”Səhih”inə yazdığı şərh kitabında bu hədisi təhlil edərək yazır:

    “Əbu Hüreyrənin “öz kisəm" sözündən məqsədi, hədisdən dərk etdiyi mənadır" ("Fəthul-bari", c. 9, s. 414). Lakin qeyd etmək lazımdır ki, birincisi Əbu Hüreyrə Əbu Salehə hədis başa salmırdı, o, söylədiyini Peyğəmbərə (s) aid edirdi. Buxarinin yazdığına əsasən, o, belə deyirdi:

    “Peyğəmbər (s) buyurdu” (Qalə ən nəbi) Bu, isə sözü Peyğmbərə (s) aid etmək deməkdir.

    İkincisi, Əbu Hüreyrənin, öz fikirlərini, hətta hədisin şərhində belə Peyğəmbərə (s) nisbət verməyə haqqı yoxdur. Bu barədə Peyğəmbərin çoxlu hədisləri var. Heç kim o həzrətin bu məşhur: “hər kəs mənə bilə-bilə yalan söz aid etsə, yeri cəhənnəmdir" - hədisini inkar edə bilməz (əl-Müstədrək-əs Səhiheyin, c.3, s.263).

    Belə təhlillərlə haqqın üstünü örtüb insanları azdırmaq, şübhəsiz, insanı Allahın qəzəbinə düçar edər.

    (Ardı gələn sayımızda)

    Zülfüqar MİKAYILOV
    “İmam Xomeyni” adına İslam Universitetinin
    Quran və hədisşünaslıq fakültəsinin məzunu, magistr




    Əssalamu ələykə ya Sahibəzzaman!

    Категория: Şie cavabları | Добавил: media-islam (10.06.2008) | Автор: ilkin E W
    Просмотров: 23113 | Рейтинг: 3.9/57
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Qadın və ailə
    Axtar
    Linklər