Təqlid (Ayətullah Fazil Lənkərani) - Ayətullah Şeyx Fazil Lənkərani - Şəriət - Meqaleler kataloqu - ....::İslam::....
Çerşenbe axşamı, 06.12.2016, 19:56
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6767
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Şəriət » Ayətullah Şeyx Fazil Lənkərani

    Təqlid (Ayətullah Fazil Lənkərani)
    TƏQLİD MƏSƏLƏLƏRİ

    Məsələ: 1. Üsuli-dində təqlid etmək caiz deyildir. Müsəlman bir şəxs üsuli dində yəqinə çatmalıdır. Dinin qeyri-zəruri hökmlərində isə ya müctehid olub öz ictihadına uyğun əməl etməli, ya müctehidə təqlid etməlidir (yə”ni onun göstərişlərinə müvafiq olaraq əməl etməlidir), ya da ehtiyatın keyfiyyətinə agah olduğu halda ehtiyata əməl etməlidir ki, öz şər”i vəzifəsini yerinə yetirdiyinə yəqin etsin. Məsələn, əgər müctehidlərdən bə”ziləri müəyyən bir əməlin haram olduğunu, bə”ziləri isə haram olmadığını deyirlərsə o əməli yerinə yetirməsin. Habelə, əgər müəyyən bir əməli bə”ziləri vacib, bə”ziləri isə müstəhəb hesab edirlərsə, o əməli yerinə yetirsin. Həmçinin ehtiyatın keyfiyyətində də ehtiyata əməl etmək vacibdir, yə”ni əgər bir neçə yolla ehtiyat etmək mümkün olarsa, ehtiyata müvafiq olan yolu seçsin.

    Məsələ: 2. Vəzifəsi təqlid etmək olan şəxs–mükəlləf təqlid etməkdən boyun qaçırsa əməlləri batildir. Amma əgər onun əməli həqiqətlə, yaxud təqlid etməli olduğu müctehidin fətvalarına müvafiq olarsa batil olmaz.

    Məsələ: 3. Hökmlərdə təqlid–müctehidin göstərişinə əməl etməkdir. Elə müctehidə təqlid etmək lazımdır ki: kişi, həddi-büluğa çatmış, aqil, on iki İmam şiəsi, halalzadə, diri və adil olsun. Ədalətdən məqsəd odur ki, vacibatı yerinə yetirmək və kəbirə günahları tərk etməkdə nəfsani qüdrətə (səciyyəyə) malik olsun. Bunlardan əlavə, mürüvvət də şərtdir. Bu da zahiri əlamətlərin gözəlliyi ilə tanınır. Həmçinin, ehtiyat-vacibə görə mərcəyi-təqlid dünya malına həris olmasın, başqa müctehidlərdən ə”ləm (elmli) olsun. Yə”ni Allah hökmünü dərk etməkdə öz əsrinin bütün müctehidlərindən daha bilikli olsun.

    Məsələ: 4. Əgər iki müctehid elm cəhətindən bərabər olsalar, ehtiyat-lazıma görə onlardan daha təqvalı və vərə”si çox olana təqlid olunmalıdır.

    Məsələ: 5. Ə”ləm müctehidi üç yolla tanımaq olar:
    1-İnsanın özü (bir kəsin ə”ləm olmasına) yəqin və ya xatircəmlik tapsın. Məsələn, özü bu sahədə mütəxəssis olub ə”ləm müctehidi tanıya bilsin.
    2-Ə”ləm müctehidi başqalarından seçə bilən iki adil və alim şəxs hər hansı bir müctehidin ə”ləm olmasını təsdiq etsinlər; bu şərtlə ki, başqa iki alim və adil şəxs onların dedikləri ilə müxalifət etməsin.
    3-Bir müctehidin ə”ləm olması camaat arasında o qədər məşhur olsun ki, insan üçün yəqinlik, yaxud xatircəmlik hasil olsun.

    Məsələ: 6. Əgər ə”ləm müctehidi tanımaq müşkül olsa gərək ə”ləm olmasına güman etdiyi şəxsə təqlid etsin. Hətta əgər bir kəsin ə”ləm olmasına zəif ehtimal da versə və başqasının ə”ləm olmasına ehtimal verməsə, həmin müctehidə təqlid etməlidir. Həmçinin əgər iki nəfər müctehid elmdə bərabər, yaxud onlardan biri müəyyən şəkildə, ehtimalən ə”ləm olmasını yəqin etsə, ondan başqasının isə ə”ləm olmasına ehtimal verməsə, həmin müəyyən şəxsə təqlid etməlidir. Əgər bir neçə nəfər onun nəzərində başqa müctehidlərdən ə”ləm, öz aralarında isə bərabər olsalar, onlardan birinə təqlid etməlidir.

    Məsələ: 7. Müctehidin fətvasını üç yol ilə əldə etmək olar:
    1-Müctehidin özündən eşitməklə;
    2-Müctehidin fətvasını nəql edən iki nəfər adil şəxsdən eşitməklə; bir nəfər adil şəxsin xəbər verməsi yalnız onun sözündən xatircəmlik hasil olduğu halda kifayət edər.
    3-Fətvanı müctehidin risaləsində görməklə; bu şərtlə ki, insan o risalənin düzlüyünə xatircəm olsun, yə”ni risalənin hamısını müctehidin özü, yaxud onun e”tibarlı saydığı şəxslər mülahizə etmiş olsun.

    Məsələ: 8. Təqlid yalnız vacibat və haramlarda vacibdir, amma müstəhəb əməllərdə isə (vacib olması ehtimalı verilən müstəhəblər istisna olmaqla) vacib deyil.

    Məsələ: 9. Bir kəs müctehidin fətvasının dəyişdiyinə yəqin etməyincə, risalədə yazılanlara əməl edə bilər. Fətvanın dəyişilməsinə ehtimal verərsə, təhqiqat aparması vacib deyil.

    Məsələ: 10. Vəfat edən müctehid elmdə diri müctehid ilə bərabər olsa, meyyidə təqlid etməkdə qalmaq caizdir. Amma əgər o ikisindən (vəfat edən və diri müctehid) biri ə”ləm olsa ə”ləmə təqlid etmək lazımdır. Ölmüş müctehidin təqlidində qalmaqda, əməl etdiyi və etmədiyi əməllər arasında heç bir fərq yoxdur.
    Məsələ: 11. Diri bir müctehidin təqlidindən başqa diri bir müctehidin təqlidinə keçmək caizdir. Əgər başqası ə”ləm olsa onun təqlidinə keçmək vacibdir.

    Məsələ: 12. Müctehidin rə”yi dəyişdikdə onun əvvəlki fətvasında qalmaq caiz deyildir. Amma əgər əvvəlki fətvası ehtiyata müvafiq olsa, onda birinci fətvada qalmaq təqlid ünvanı ilə deyil, ehtiyat ünvanı ilə caizdir.

    Məsələ: 13. Əgər mükəlləf şəxs müəyyən bir müddətdə öz ibadətlərini təqlidsiz yerinə yetirsə və onların qədərini bilməsə, bu halda: əgər ibadətlərini təqlid etməli olduğu müctehidin fətvaları ilə müvafiq olaraq yerinə yetirmiş olarsa səhihdir; yox əgər müvafiq olmasa, gərək vəzifəsinin boynundan götürüləcəyinə yəqin etdiyi qədər ibadətlərinin qəzasını etsin. Əlbəttə, bu şərtlə ki, həmin müctehid onların qəzasını vacib bilsin.

    Məsələ: 14. Mükəlləfə vacibdir ki, “ə”ləmə təqlidin” vacib olub-olmaması məsələsində ə”ləm bir müctehidə təqlid etsin.

    Məsələ: 15. Əgər bir müctehid ibadət hökmlərində, başqası isə müamilə (al-ver, ticarət) hökmlərində ə”ləm olsa, ehtiyata görə mükəlləf şəxs təqlidi iki yerə bölməlidir: yə”ni ibadət hökmlərində birinciyə, müamilə hökmlərində isə ikinciyə təqlid etməlidir.

    Məsələ: 16. Mükəlləf şəxsin ə”ləm müctehid barəsində təhqiqat apardığı zaman ehtiyata əməl etməsi vacibdir.

    Məsələ: 17. Əgər ə”ləm müctehid müəyyən bir məsələdə fətva versə, onun müqəllidi həmin məsələdə başqa müctehidin fətvasına əməl edə bilməz. Amma əgər fətva verməsə və “ehtiyat-vacibdir”-deyə buyursa, müqəllid ya bu ehtiyata əməl edə bilər, yaxud elmi təqlid etdiyi müctehiddən az olan başqa bir müctehidə müraciət edə bilər.

    Категория: Ayətullah Şeyx Fazil Lənkərani | Добавил: al-shia (22.07.2008)
    Просмотров: 1240 | Комментарии: 1 | Рейтинг: 3.3/3
    Всего комментариев: 1
    30.07.2008 Спам
    1. ilkin (media-islam)
    ardi olacaq

    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Qadın və ailə
    Axtar
    Linklər