Çerşenbe, 24.04.2024, 22:06
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Bölmələr
    Elmi məqalələr [0]
    Elmi məqalələr
    DİNİ MƏQALƏLƏR [4]
    DİNİ MƏQALƏLƏR
    QONAQ YAZARLAR [2]
    QONAQ YAZARLAR
    ANALİZ [0]
    ANALİZ
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    YAZARLAR

    Главная » 2008 » İyul » 21 » Allahı görmək olarmı?
    19:13
    Allahı görmək olarmı?


    Bismillahir Rəhmanir Rəhim. Həmd olsun Aləmlərin Rəbbinə. Allahın salamı və salavatı olsun Mühəmmədə və onun pak Əhli Beytinə.

    Məqaləni yazmaqda məqsəd

    Məqaləni yazmaqda məqsədim müsəlman qardaş və bacılarımın bu mövzu barədə kifayət qədər elmi olmamasıdır. Hətta xalq arasında cahillikləri üzündən “göydəki kişi”, “Allah baba” (nəuzu billah) və s. kimi ifadələr işlədilir Allah Təalaya qarşı. Əlbəttə bütün bu sözləri işlətmək böyük günahdır. Bu kimi sözlərin işlənməsinin səbəblərindən biri 70 illik Sovet rejiminin qoyduğu təsirlərdir. İnsanların müstəqillik qazandıqdan sonra dinə marağı artmağa başladı, amma bu problemlərin aradan getməsi deyildi. Bəzi batil firqələr öz çirkin əqidəsini onlara yeritməyə başladılar və bu əqidəyə dindən xəbərsiz olan insanlar sahib oldular.

    Məqaləni yazmaqda digər məqsəd isə bəzi mömin bacı və qardaşların bu barədə şəkk içində olması idi. Doğurdanmı Allahı Cənnətdə görəcəyik? Doğurdanmı əli, ayağı, üzü və s. var? Allah hər hansı bir məkandadırmı? Bu suallara cavab verməyə Allahın köməkliyi ilə çalışacam. Bu məqaləni yalnız ağıl sahibləri üçün yazıram ki, düşünsünlər:

    “O kəslər ki, sözü (öyüd-nəsihəti) dinləyib onun ən gözəlinə (düzgününə) uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır!” (əz-Zümər 18)

     

    Allahı görmək barədə ixtilafların səbəbi

    Bu mövzuda ixtilafın səbəbi, əhli-sünnə qardaşlarımızın və sələfilərin (vəhhabilərin) Qurani Kərimdən sonra “Səhih əl-Buxari”, “Səhih Müslim” kitablarını tam səhih kitablar kimi qəbul etmələridir. Onların əqidəsinə görə bu iki kitabda bircə dənə də olsun uydurma hədis yoxdur.

    Daha önəmli səbəbi isə Qurani Kərimdə məcazi mənada işlənmiş sözləri həqiqi mənada qəbul etmələridir.

     

    Allahı görmək barədə ixtilaflar və bu barədə səhv düşüncədə olanlara cavab

    Əhli sünnə və sələfilər bu barədə, əl Qiyamə surəsi 22-23cü ayələri dəlil göstərirlər:

    “O gün neçə-neçə üzlər sevinib güləcək, Öz Rəbbinə baxacaqdır!”

    Hədislərdən isə daha çox dəlil gətirməyə çalışırlar:

    “Sizlər açıq-aşkar Allahınızı görəcəksiniz.” (Səhih əl-Buxari, Kitabut Tevhid, “Vucuhun yevmeizin nazira” bölümü; c. 4, səh 188)

    “Müsəlmanlar heç narahatlıq hiss etmədən Ayı gördükləri kimi qiyamət günü Tanrılarını görəcəklər.” (Səhih əl-Buxari, Kitabut Tevhid, “Vucuhun yevmeizin nazira” babı və s. ; Səhih Müslim Kitabussəlat, "Fazlu Salateyi's-Subhi ve'l-Asr ve'l-Muhafezeti Aleyhima" babı; Sünnəni Tirmizi c.10, səh 18 və 20)

    “Uca Allah o gün qullarına xitab olaraq "Hər kəs dünyada tapındığı şeyin arxasına sıra getsin." buyuracaq. Bir qrup günəşin arxasına, bir qrup ayın arxasına, bir qrup da tağutların arxasına gedəcəklər; sonunda bu ümmət və içlərindən münafiq olanlar qalacaqlar! O sırada uca Allah onların tanımaydıqları bir şəkildə aralarına gələrək, mən sizin Allahınızım, deyəcək. Onlar, səndən Allaha sığınarıq, biz rəbbimiz gələnə qədər buracıqda qalacağıq və o gəlincə biz onu tanıyarıq, deyəcəklər. Bunun üzərinə uca Allah onların tanışı bir şəkildə gələrək gözlərinə görünəcək və mən sizin Allahınızım, deyəcək. İnsanlar da, bəli, sən bizim Allahımızsan, deyəcəklər və onun arxasına gedəcəklər…” (Səhih Müslim, “Kitabul İman”, "Marifetu Tariki'r-Ru'yet" bölümü; Səhih əl Buxari c. 4, səh. 188 və Qaf surəsinin təfsiri)

    Bu cür hədislər “Səhih əl-Buxari”, “Səhih Müslim” və digər sünnü mənbələrində çoxdur. İstəyənlər müraciət edə bilər. Bizsə gəlin bütün bu deyilənlərə cavab verək.

    CAVAB: İlk öncə əl-Qiyamə surəsində olan ayəyə cavab verək. Həmin ayələr bu mənanı verir:

    “O gün üzlər şəndir və Rəbblərinin əmrini gözlərlər”. Bu ayədə keçən “nazira” anlayışı “gözləmə” anlamındadır. Ayədə “əmr” kəlməsi gizlidir. Necə ki, Hz Yaqubun övladlarının atalarına dediyi: “Olduğumuz şəhərdən də, birlikdə gəldiyimiz karvandan da soruş.” (Yusuf 82)  cümləsində “əhl” sözü gizlidir. Yoxsa şəhərin daşı torpağı nəzərdə tutulmamışdır; zatən belə bir şey məqbul da deyil.

    Allahın görülməsinin mümkün olmaması barədə Qurani Kərimdən oxuyuruq:

    "Gözlər Onu (görüb) dərk etməz. O, gözləri dərk edər. O, lətifdir (cismlikdən uzaqdır), (hər şeydən) xəbərdardır!" (Ən'am: 103)

    "...Onların elmi isə Onu (Allahın zatını) əhatə edib qavraya bilməz!". (Taha: 110)

    "...Ona bənzər heç bir şey yoxdur...." (Şura: 11)

    "...Sən Məni əsla görə bilməzsən..." (Əraf Surəsi  143)

    Peyğəmbər əvvəlcədən bilirdi ki, bəzi insanlar onun adından uydurma hədislər nəql edəcək, ona görə buyurmuşdu ki, Məndən gələn hədisləri Quranla yoxlayın, zidd olsa divara çırpın.

    Biz görürük ki, Səhih əl Buxari, Səhih Müslim və digər sünnü mənbələrində bu barədə olan hədislər uydurmadır. Ən azından Qurani Kərimlə zidd olduğuna görə. Amma digər bir qism hədisdə isə görmək dedikdə cism kimi xarici gözlə yox, batini gözlə nəzərdə tutula bilər. İmanın gözü ilə Allahı görmək. Heyif ki bəziləri kor-koranə təqlid edir.

    O ki, qaldı həmin hədislərə, hədisləri əsasən Əbu Hüreyra nəql edib. Onun  barədə danışmaq başqa bir mövzudur. Sadəcə Hz Əlidən (ə.s) bir sözü qeyd edim:

    “Bilin ki, Allahın peyğəmbəri adından ən çox yalan danışan şəxs Əbu Hüreyra Dusidir”

    Hətta biz həmin hədislərə baxsaq görərik ki, necə də zəlalət fikrindədirlər.  Hədisdə deyilir ki, Allah onların tanımadıqları şəkildə gələcək yanlarına. Yəni bir sözlə desək (əstəğfurullah) Allah dondan dona keçəcək. Daha sonra isə tanış bir şəkildə gələcək onların yanına, sonra deyəcəklər Sən bizim Rəbbimizsən. Bəs görəsən Onu haradan tanıdılar? Bunu araşdıranda əhli sünnə mənbəsindən maraqlı hədis çıxdı ortaya:

    Əbu Hüreyradan nəql edilir: “Biz Allahı budundan tanıyarıq” (Buxari c.8 səh 182; Səhih Müslim c.1 səh. 115)

    Bu hədisə məncə heç bir şərh vermək lazım deyil, artıq bu necə zəlil fikridə olduqlarını göstərirlər-bu hədisi səhih qəbul etməklə. Məqalənin gələn bölümlərində Allah barədə əl, ayaq, göz, bud və s. nisbət verilməsi barədə danışacağıq, ona görə bunu bir kənara qoyaq. Bəs (nəuzu billa) “Allahı budundan tanıyarıq” deyirsiz, bəs budunu harada görmüsüz tanıyasız?

    Daha sonra bu barədə bəziləri Hz Əli (əs)dan “Mən görmədiyim Tanrıya ibadət etmərəm” hədisini göstərib iddia edirlər ki, şiələr də bu fikirdədirlər. Əslində əvvəl qeyd etdiyim kimi bu kimi hədislərdə məna bəsirət gözü ilə görməkdən gedir-imanın gözü ilə görməkdən.

    Allahın nə bu dünyada, nə də ki Cənnətdə görünməyəcəyinə dair ayələr yazdım. İndi bu barədə hədisdən də istifadə edirəm:

    <<Saduk öz sənədiylə Safvan ibn Yəhyadan nəql edir ki: "Bir mühəddis olan Əbu Kurrə məndən özünü İmam Rizanın hüzuruna çıxarmamı istədi. Mən də İmamdan icazə aldım İmamın hüzuruna  gəldi. Halal, haram və ehkam mövzularıyla əlaqədar bir çox sual soruşduqdan sonra tövhid mövzusuna gəldi. Əbu Kurre belə dedi: Bizə rəvayət edilmişdir ki: Allah Təala kəlam və rüyəti iki adam arasında bölünmə etmişdir. Kəlamı Hz. Musaya vermiş və rüyeti də Hz. Məhəmmədə.

    (Bunun cavabında) İmam Riza belə dedi: Görəsən cinlərə və insanlara "Gözlər onu görə bilməz." "Onların məlumatı Onu əhatə edə bilməz." "Onun bənzəri heç bir şey yoxdur..." ayələrini çatdıran kimdir? Hz. Məhəmməd deyilmi?! Necə bir kimsə Allah tərəfindən gəldiyini və Allahın əmriylə (xalqı) Ona doğru çağırmaqla vəzifəli olduğunu bildirərək bütün məxluqata gəlir və "Gözlər onu görə bilməz." "Onların məlumatı ONU əhatə edə bilməz." "Onun bənzəri heç bir şey yoxdur..." deyər, sonra da mən öz gözümlə onu gördüm və onu bir bəşər şəklində olduğu halda məlumat ilə ONU əhatə etdim deyə bilər?

    Heç utanmırsınızmı? Hətta zındıklar Peyğəmbərə belə bir şeyi isnad etmədilər; ki Peyğəmbər bir tərəfdən Allahdan bir şey gətirdiyini bildirsin və sonra başqa bir istiqamətdən onun əleyhinə bir şey gətirsin....">> (Baxın ət-tövhid: Bab Ma Cae firrüyə)

    Mən də Allaha bu cür sifətlər verənlərə imam Rizanın (əs) dediyi sözü deyirəm: “Heç utanmırsınızmı? Hətta zındıklar Peyğəmbərə belə bir şeyi isnad etmədilər!”

     

    Allahı görmək mümkün olmamasına dair digər dəlillər

    Mərhum Əllamə Hilli  Kəşful-Murat adlı kitabında belə deyir:

    "Allahın varlığının vacibliyi (vacubil'vücut olması) Onu görülə bilməsini rədd edər. Bil ki, alimlərin (filosofların) çoxu Onun görülməsinin mümkün olmadığına inanarkən Mücessime Allahın cisim olduğuna inandıqları üçün görülə biləcəyini irəli sürmüşlər. Aşrilə də bu mövzuda bütün həkimlərlə müxalif çıxaraq bir tərəfdən Allahın mücərrəd olduğuna inanarkən digər tərəfdən Onun görülə biləcəyini müdafiə etmişlər.

    Allahın görülə bilməməsinin dəlili budur: Allahın vacubul-vücut olması Onun mücərrəd (qeyri maddi) olmasını və istiqamət və məkandan münəzzəh olmasını tələb edir. Buna görə onun görülməsi əsla mümkün olmaz. Çünki görülən hər şey mütləq burdadır və ya oradadır deyilərək işarə edilən bir istiqamətdə olması lazımdır. Və yenə müqabil də və ya müqabilin hökmündə olması lazımdır. Bu mənalar Allah haqqında etibarlı olmadığından görülməsi də qeyri-mümkündür." (baxın Kəşful-Murat, s. 296-297)

    Digər tərəfdən Allahı görmək mümkündürsə, O tərkib tapmışdır. Tərkib tapmışsa həmin tərkibə ehtiyacı var. Lakin “AllahusSəməd”- “Allah ehtiyacsızdır”. Ona görə bu fikir rədd edilməlidir.

    Qısacası, Əhl-i beyt məktəbində Allahın gözlə görülməsi etiqadı qətiliklə rədd edilməkdədir. Və bunun Uca Allaha bir nöqsanlıq gətirdiyi üçün həm dünyada həm axirətdə mümkün olmadığına inanılmaqdadır. Bu barədə səhih hədislər də şiə mənbələrindən vardır. Ən əsası isə bunu (Allahın gözlə görünməsini) Quran ayələri rədd edir.

    Bu məqaləni yazmaqda məqsədim əvvəl dediyim kimi təəssübdən uzaq olan və haqqı qəbul edən kəslərə və indiyə qədər bu mövzu barədə elmi olmayanlara haqqı göstərməkdir. Səhv fikirdə olan isnanlar İnşallah nəsslər qarşısında haqqa boyun əyərlər. Qəbul etməyənlərə görə isə təəssüflənirəm. Allah hidayətə layiq olanı hidayət edər!

    Doğru yol özlərinə bəlli olduqdan sonra (dindən) dönənlərə Şeytan (bu dönüklüyü) xoş göstərdi və onları tovlayıb yoldan azdırdı (və ya: bu dönüklüyün müqabilində Allah onları zəlalətə saldı). (Mühəmməd 25)

    De: “Hamı  gözləməkdədir, siz də gözləyin. Doğru yol sahiblərinin kimlər olduğunu və kimin haqq yolu tapdığını biləcəksiniz!” (Taha 135)

    Ancaq qəlbin gözüylə Allahı görmək olar. Allah inşallah bunu bizlərə həmişə nəsib etsin! AMİN!

    Media-islam.Com”un yazarı  Hüseynli (al-shia)

    21 iyul 2008 Miladi

    18 Rəcəb 1429 Hicri

    Просмотров: 1928 | Добавил: al-shia | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Təqvim
    «  İyul 2008  »
    B.eÇ.aÇC.aCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031
    Linklər