Cüme, 26.04.2024, 04:34
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Fevral » 14 » Danimarka qezetleri Mehemmed peyğemberin (e.s.) karikuturalarını yeniden derc edib
    15:56
    Danimarka qezetleri Mehemmed peyğemberin (e.s.) karikuturalarını yeniden derc edib

    Danimarka qəzetləri Məhəmməd peyğəmbərin (ə.s.) karikuturalarını yenidən dərc edib
    Danimarkalı jurnalistlər bununla söz azadlığının mövcudluğuna inandıqlarını demək istədiklərini bildiriblər
    null

    Danimarka qəzetləri 2 il əvvəl qanlı qarşıdurmalara səbəb olan Məhəmməd peyğəmbərin (ə.s.) karikuturalarını yenidən dərc edib. ANS PRESS-in Qərb mətbuatına istinadən verdiyi məlumata görə, danimarkalı jurnalistlər bununla söz azadlığının mövcudluğuna inandıqlarını demək istədiklərini bildiriblər. İspaniya, Niderland və İsveç qəzetlərinin bəziləri də, sözügedən təhqiramiz karikaturaları yayımlamaq qərarına gəlib. Onlar bu qərarlarını 2 Tunis, və 1 Mərakeş əsilli Danimarka vətəndaşının karikaturaların müəllifinə qarşı sui-qəsd törətməyə cəhd göstərməsini əsas gətiriblər. Təqsirli bilinən 3 nəfər isə ötən gün həbs olunub. Həbs olunan müsəlmanların ölkədən ekstradisiya olunması da istisna olunmur.

    Danimarka müsəlman liderləri karukatura müəllifini qətlə yetirmək cəhdini qınasalar da, onların yenidən çap olunmasına da haqq qazandırmayıblar. İslam cəmiyyyəti isə, parlament binası qarşısında aksiya həyata keçirib.
    Xatırladaq ki, bu hadisə İran, Suriya və Livanda Danimarka səfirliklərinin hücuma məruz qalmasına səbəb olmuşdu. Bir neçə müsəlman ölkəsi isə, Danimarka məhsullarından imtina etmişdi.

    Qeyd edək ki, İslam qanunlarına əsasən, peyğəmbərlərin şəkillərinin çəkilməsi qadağandır./ANS PRESS/


    Категория: Dünyada | Просмотров: 1448 | Добавил: al-shia | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Təqvim
    «  Fevral 2008  »
    B.eÇ.aÇC.aCŞB
        123
    45678910
    11121314151617
    18192021222324
    2526272829
    Linklər