Çerşenbe, 04.12.2024, 12:18
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6953
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Fevral » 24 » SEYYİD NESRULLAH: EY ŞEHİD MUĞNİYYE AND OLSUN ALLAHA QANIN YERDE QALMAYACAQ
    12:40
    SEYYİD NESRULLAH: EY ŞEHİD MUĞNİYYE AND OLSUN ALLAHA QANIN YERDE QALMAYACAQ
      Hizbullah rəhbəri Seyyid Həsən Nəsrullah, İmad Muğniyənin terrorist bir hücum nəticəsində həyatını itirməsinin yeddinci günü münasibətilə Beyrutdakı Seyyiduş- Şuhəda Hüseyniyyəsində çıxış edib.
    İslam-Azeri-nin YDH-ə istinadlı xəbərinə görə Hizbullah rəhbəri Seyyid Həsən Nəsrullah, İmad Muğniyənin terrorist bir hücum nəticəsində həyatını itirməsinin yeddinci günü münasibətilə Beyrutdakı Seyyiduş- Şuhəda Hüseyniyyəsində çıxış edib.Çıxışın tərcüməsini sizə olduğu kimi təqdim edirik:
    Bismilləhir-rahmənir-rahim
    Əvvəlcə Şəhid İmad Muğniyənin ailəsi, Hizbullah liderliyi, Hizbullah üzvü bütün qardaşlar və İslami Müqavimət mücahidləri adına başsağlığı diləyib bizim dərdlərimizi paylaşanlara təşəkkür edirəm. Livandakı, İslam və Ərəb dünyasındakı böyük mərceilərə, Müsəlman və Xristian dini liderlərinə, respublika başçılarına, nazirlərə, sabiq və yeni millət vəkillərinə, siyasi partiya liderlərinə, hərbi şəxsiyyətlərə, media və cəmiyyət nümayəndələrinə təşəkkür edirəm. Livanda və dünyanın digər bölgələrində başsağlığı mərasimləri təşkil edən hər kəsə təşəkkür edirəm.
    Böyük Ayətullah Xameneiyə atalığından və göstərdiyi xüsusi diqqətə görə təşəkkür edirəm. Özləri mesaj göndərdilər, danışma etdilər və başsağlığı mərasimi təşkil etdilər.
    Cənazə mərasimində bizə yoldaşlıq etmək üzrə bir heyət göndərən İran prezidenti Hörmətli Doktor Əhmədinejada təşəkkür edirəm.
    Heç də uyğun olmayan hava şərtlərində cənazə mərasimində iştirak edən on minlərlə adama təşəkkür edirəm və bu an edilən mərasimdə iştirak edən siz qardaşlarıma (və bacılarıma) təşəkkür edirəm.
    Bu gün sizin bu mərasimdə iştirak etməniz, bizim üçün böyük bir dəyər daşıyır. Böyük insanlar bizim və vətənimizin qüruru üçün qanlarını tökürlər.
    Biz bu gün böyük şəhidlərimizin məclisində yığışmışıq. Bu şəhidlərdən hər biri cihadlarından, fədakarlıqlarından və şəhidliklərindən ötəri müəyyən bir mərhələ üçün simvol oldular. Bizim uca şəhidlərimizin bir çox ortaq nöqtəsi var. Uca insani həssaslıqlar, eşq, cihad, sədaqət, xalq sevgisi və stabillik bu ortaq nöqtələrdən bəziləridir. Bu şəhidlərdən hər biri xəttimiz və fədakarlığımız üçün bir simvoldur; lakin konkret mərhələlər üçün bir simvoldur.
    İsrailin daimi təcavüzkarlığı, Fələstinin 1948də düşməsiylə birlikdə başladı, İsrailin Livana xüsusilə də cənuba istiqamətli hücumlarıyla bitmiş olmadı. Əslində bu günki şərtlərdə bir çox Livanlı o mərhələyə tanış deyil və ya bundan qafildir. Təəssüf ki, özlərini ölkənin siyasi liderlərindən sayan bəzi kəslər də bunlara düzgün qiymət verə bilmirlər.
    Xatırlayıram bir gün Millət Məclisində milli müdafiə etmə strategiyasını görüşür və İsrailin 1948dən 1970-ci illərin başından etibarən reallaşdırdığı hücumları qiymətləndirirdik. Orada olan bəziləri, "İsrail o dövrdə bir şey etmədi, İsrailin Livan problemi Fələstinlilərin Livana gəlişiylə başladı" deyə etiraz etdilər.
    Bu, böyük bir cəhalət və qəflətdir. Bu iclasda bəzi millət vəkilləri, İsrailin 1948 ci ildən bəri Livanda işlətdiyi cinayətlərin siyahısını ortaya qoydu və dəlilləriylə birlikdə bu hücumlarda 180 Livanlının öldürüldüyünü, bəzi təhlükəsizlik səlahiyyətlilərinin qaçırıldığını, daha sonra sərbəst buraxıldığını, İsrailin Livana istiqamətli hücumlarının o gündən bu günə qədər dayanmadığını sənədləşdirdi.
    Mən, Abbas Musəvi, Ragıb Hərb və İmad Muğniyə mərhələlərini qiymətləndirməyə keçmədən əvvəl bu mərhələdən başlamaq istəyirəm. Döyüş və sülh qərarından bəhs edən o yazıqlara deyirik ki bu qərar sizin təşəbbüsünüzdə deyil, İsrailin təşəbbüsündədir. Biz yalnız dünyanın və dövlətin məsuliyyəti çiyinindən atdığı bir dövrdə xalqımızı və vətənimizi müdafiə etmək şəklindəki təbii, şəri, İslami və insani haqqımızı istifadə edirik. Siz əgər döyüş və barış qərarı almaq təşəbbüsünə sahib olmaq istəyirsinizsə, bunu Olmertdən və onun Amerikadakı ağalarından alacaq qədər cəsur olmanız lazımdır.
    Bu gün "açıq və əhatəli döyüş" adlı yeni bir anlayışla qarşı-qarşıyayıq. Əslində açıq və əhatəli döyüş, heç birimizin dünyaya gəlmədiyi dövrlərdə qüvvədə idi. Onlar Livana və Fələstinə istiqamətli olaraq bu döyüşü illər əvvəl başlatmışdı. Siz Livanı tərəfsiz etmək istəyirsiniz; amma İsrail, buna qarşı çıxır.
    İmam Şərafəddin, illər əvvəl Livan hökumətindən addımlar atmasını istəmişdi, İmam Musa Sədr, Ərəb ölkələrini Livan sərhədlərinin qorunması üçün əsgər göndərməyə çağırmışdı. Lakin o dövrdə ordu, milli bir ordu deyildi, cənubun xalqının mənfəətlərini deyil ailəvi mənfəətlərini qorumaq üçün fəaliyyət göstərirdi. Ən sonunda iş elə bir nöqtəyə çatdı ki, cənubi Livandakı bütün kəndlərin İsrail hücumlarına qarşı qoya bilmək üçün silahlanmasını və gənclərinə hərbi təhsil verməsini istədi.
    Bu gün komik olduğu qədər insanı ağladacaq bir vəziyyət də budur ki, bəzi hökumətə yaxın siyasi liderlər, (mən Şəhid Rəfiq Haririyə hörmətdən ötəri bu qrupu artıq 14 Mart qrupu deyə adlandırmıram. Çünki onlar Rəfiq Haririnin qanını öz mənfəətləri üçün istifadə etmək istəyirlər) bizə etiraz edir və İmam Musa Sədrdan nümunə göstərirlər. Biz bu etirazları qəbul edirik və onlara deyirik ki gəlin aramızda hökm verəcək bir hakimə müraciət edək. Əgər siz Musa Sədrın İran və Vilayəti Fəqih düşüncəsinə deyil, Livan düşüncəsinə sahib olduğuna inanırsınızsa, gəlin müqavimət, Ərəb İsrail qarşıdurması və Livanda daxili qarşıdurmaları Musa Sədrın dünyagörüşü ilə ələ alaq.
    Mən Hizbullah və Əməl hərəkətindən hər fərd adına İmam Musa Sədrin hər mövzuda söylədiyi hər sözü qəbul etdiyimizi söyləyirəm. Siz əgər bu bəhs üzərində müzakirə etmək istəyirsinizsə, biz tanınmış mərcei təqlid müctehidlərin bu bəhsi ələ almağı qəbul edirik.
    Hər vəziyyətdə İsrail hücumları sürdü və bunun ən böyüyü və ən təhlükəlisi də 1982də reallaşdı. İsraillilər, Livanın şəxsiyyətini, mövqeyini və regional tarazlıqları, beynəlxalq dəstək, Ərəb səssizliyi və içəridəki əməkdaşlıq ilə dəyişdirməyə qəsd etdi.
    Ümidsizlik, zəiflik və qorxu havası hakim oldu. Hətta "biz artıq İsrailli olma mərhələsinə girdik və bundan qurtuluş yox" deyilməyə başladı. O dövrə Şeyx Ragıb Hərb, şəhadətilə və təmiz qanıyla girdi. 1982-dən 1985-ə qədər olan dövrdə xalqın oyanışı, qorxunun məğlub olması, özünə inam qazanılması və zəfər duyğusu meydana gəldi. Silahlı müqavimətin yanında xalq hərəkati başladı. Şəhid Ragıb Hərb bu mərhələnin simvolu idi və düşmənlə əl sıxışmağı və düşmənə gülümsəməyi rədd etdi. Uzun sürən zindan əzabına dözmüş və daha böyük bir əzm və iradə ilə çölə çıxmışdı. O, kənd bə kənd, məscid bə məscid gəzmiş, xalqı oyandırmış və xalqdakı Allaha iman, güvən və şücaət duyğusunu gücləndirmişdi. Silahlı mübarizə güclü, xalq hərəkəti oyanmışdı və o Sionistlərə məğlubiyyəti daddırmağı bacardı.
    Onun şəhadəti, 1985-ci ildəki zəfəri sürətləndirdi. Sionistlər, Cəbəldən, Beyrutdan, Sayda, Sur və Bitkisiyənin məntəqələrindən qaçdılar, dağların arxasına, işğal olmuş yerlərdə gizləndilər. Şeyx Ragıb Hərbin şəhidliyi, bu mərhələnin və zəfərin başlanğıcı oldu.
    1985dən sonra yeni bir mərhələ başladı. Müqavimət, hərbi mərhələyə, nizamlı ordu mərhələsinə girdi və sərhəd bölgələrində də xalq hərəkəti başladı. Bu mərhələdə liderimiz Hizbullah Lideri Seyyid Abbas Musəvi idi. Hələ baş katibimiz olmadığı vaxt o cənuba gedərək Hizbullahın cənubdakı məsuliyyətini öz üzərinə götürmək istəyirdi. Seyyid Abbas illərcə cənubda Müqavimətlə maraqlandı, əməliyyat otaqlarında oldu, döyüşləri idarə etdi, mücahidləri yola saldı, geri dönənləri qarşıladı. O, kənd bə kənd gəzir, şəhidlərin qanını, mücahidlərin zəhmətini xalqa çatdırırdı . Seyyid Abbas Musəvi, ömürünün son illərini avtomobildə keçirmişdi. Biz o illərdə ona "sənin evin avtomobilindir" deyə zarafat edərdik.
    Yaxşılığıyla, sevinciylə, kədəriylə… O Müqavimətdə idi. O bizə nizamlı silahlı mübarizənin yollarını öyrətdi. Hizbullah mədəniyyətini və proqramını meydana gətirdi. Hizbullahın baş katibliyini qəbul etdikdən sonra da şəhid oldu.

    Onun şəhadəti, müqavimətdə kor-koranə intiqam alma deyil, böyüyüb inkişaf edən müqavimət mərhələsini başlatdı. Müqavimətdəki bu mərhələ, 16 Fevral 1992 dən, 25 May 2000-ə qədər sürdü. Nəhayət zəfəri qazandıq və Seyyid Abbas Musəvinin şəhadəti, zəfərin qazanılmasını təmin etdi.
    İndi böyük bir qürurla deyirik ki üçüncü mərhələnin simvolu İmad Muğniyə oldu. Onunla əlaqədar olaraq insafa riayət edilməlidir.
    Yeni mərhələ, Müqavimətin informasiya, imkanlarının çoxaldılması, əməliyyatların artırılması, partizan döyüşü strategiyasının dəyişdirilməsi və hərb akademiyasına söykəndirilməsi sahələrində irəliləyiş mərhələsidir. Müqavimət, gündəlik proqramlarında və strateji xəttində dayanma olmayan və tək bir adama söykənməyən bir təşkilata çevrildi.
    Bu mərhələ,zəhmətlər, zəfərlər və tarazlıqlar meydana gətirən və düşməni qorxudan mərhələdir. İmad Muğniyə, digər mücahid dostlarıyla birlikdə bu mərhələnin ən əhəmiyyətli liderlərindən biri idi.
    Dünya və Hacı İmadın dəyərini az görən kəslər bilməlidir ki, o, 200 ilindəki qurtuluş əməliyyatlarının müharibə komandiri idi. Lakin heç bir şey söyləmədi, heç bir mətbuat konfransı təşkil edib "zəfəri qazanan komandir mənəm" demədi. Çünki o, Allah üçün mübarizə edən və kimsədən mükafat gözləməyən bir məktəbin övladı idi.
    Hacı İmad, cənubi Livanın xilad edilməsindən sonra təşkil edilən ilk əsir götürmə əməliyyatının və bir çox Livanlı və Ərəb əsirin azad edilməsilə nəticələnən kompleks "Tenenbaum" əməliyyatın komandiri idi. İmad, 2000-ci ildən bəri düşmən hücumlarına qarşı edilən hər müdafiə əməliyyatının planlayıcısı idi.
    2000-ci ildəki zəfərdən sonra xalq, normal həyatına başladı. Lakin İmad Muğniyə gecə gündüz çalışır və bir gün üçün hazırlanırdı; çünki o İsrailin Livana hücum edəcəyini bilirdi, çünki o tamahkarların sərhəd və ölçü tanımadığını və 2000-ci ilin intiqamını almaq istəyəcəklərini bilirdi.
    İyul döyüşü oldu və döyüşdən sonra zəfər qazanıldı. Hacı İmad, döyüşün əvvəlinin də sonrasının da böyük komandiri idi. Bu döyüşdə zəfər qazandıqsa bu proqramlara, böyük şəxsiyyətlərə və komandirlərə sahib olduğumuz üçün qazandıq. Bunlardan biri də İmad Muğniyə idi.
    Onu ifratdan və təfrittən uzaq bir şəkildə təsvir etmək istəsək bu haqqı əda etməli və deməliyik ki, şəhidlərin qanının varisi olan Hizbullahda o iki qəti zəfərin komandiri idi. 2000-ci ildəki qalibiyyətin və 2006 dakı İyul döyüşü zəfərinin…
    İyul Döyüşündən sonra da o, gecə gündüz çalışdı; çünki biz düşmənin bizimlə yeni bir döyüşə hazırlandığından əmindik. Necə ki son döyüşün nəticələri diqqətlə araşdırılsa bu İsrailin son olaraq yox oluşuna səbəb olacaq.
    Düşmən işini bitirmədən əvvəl biz, özümüzün güclü yönlərimizi, düşmənin güclü yönlərini; özümüzün zəif yönlərimizi, düşmənin zəif yönlərini araşdırdıq; zəif yönlərimizi ortadan qaldırmaq, güclü yönlərimizi də daha da gücləndirmək üçün addımlar atdıq.
    İmad şəhid oldu və vəzifəsini tamamladı. Onun tamamlamadığı heç bir şey qalmadı. O, özünə xas şəxsiyyəti və dahiliyi ilə vəzifəsini tamamladı və getdi və bu böyük əmanəti bizə buraxdı. O Müqavimətin sərhədsiz bir güc halına gəlməsini ifadə edən bir mərhələyə yaxınlaşmanın simvolu oldu.
    Silahlanmış bir orduya qarşı döyüşən bir Müqavimətlə, hücumlara qarşı dayanan, Livanın işğal edilməsinə icazə verməyən və sonra da düşməni məğlub edən bir Müqavimətin çox fərqi vardır. Düşməni yurdundan söküb atan bir müqavimət mərhələsindən daşındırıcı və məğlub edici bir xalq müqavimətinə keçiş mərhələsinin dünyada və tarixdə bənzəri yoxdur. Müqavimətlər ümumiyyətlə öz yurdunu müdafiə edər; amma işğalı dayandırmaq hələ görülməmişdir.
    Şəhidi xatırladığımız bu gündə onun şəhadətilə bağlı bəzi nöqtələrə də toxunmaq istəyirəm:
    1-Muğniyə terroru, ABŞ və İsrail kəşfiyyatının onu qaçırmaq və ya öldürmək üçün etdiyi 25 illik əməkdaşlığın və işin nəticəsində reallaşdı. Bununla birlikdə Hacı İmadla onun kimi izlənilən digər kəslər arasındakı fərq nədir? Onlar, onu əsla ələ keçirə bilmədilər; onlar ona terrorçu bir hücum tənzimləməsini müvəffəqiyyət olaraq görürlər. Biz isə İmadın müvəffəqiyyətini onlarla 25 il mağaralarda gizlənmədən 25 il onlarla mübarizə etməsində görürük. Ayrıca o, son on il boyunca fəaliyyətlərini açıqca davam etdirirdi və hər yerə gedirdi. Cəphədə ən ön səfflərdə idi. Düşmən vəəsgərləri, 2000-ci ildəki zəfərdən əvvəl və sonra təpələrdə toplanan və planlar tökən gənclərin arasında Hacı İmadın olduğunu sanmırdı. O, 25 il sağ qalması ilə onlarla qalibiyyətli döyüşə imza atdı; bu Hizbullah məktəbi üçün böyük bir müvəffəqiyyətdir.

    2-İmadın terroruyla əlaqədar Şamdakı araşdırmalar sürür. Əlbəttə bu Suriyanın məsuliyyətidir; çünki terror Şamda reallaşmışdır. Medianın bu mövzuyla əlaqədar olaraq İran və Suriya arasında bir komitə qurulduğuna bağlı xəbərləri yalandır. Biz təbii olaraq Suriyadakı araşdırmalara köməkçi oluruq. Lakin araşdırma məsuliyyəti onların öhdəsindədir. Mən aktual təqiblərim istiqamətində onların bu mövzuda (istintaqda) son dərəcə ciddi davrandığını və əhəmiyyətli müvəffəqiyyətlər əldə edildiyini söyləyirəm. Mediada çıxan və istintaqı doğru xəttindən sapdırmağı məqsəd qoyan şayələri arxa tərəfə buraxaraq deyirəm ki bu ana qədər əldə edilən məlumatlar bu terrordakı İsrail müdaxiləsinə olan inancımızı daha da gücləndirdi.
    3-İsraili bir düşmən olaraq bu terrordan məsul görürük. Biz bu mövzuda son dərəcə açıq və dəqiq danışdıq. Bəziləri, məsuliyyətin seyrini dəyişdirməyə çalışdılar ki biz buna qarşı çıxdıq. Saydadakı və Trablusdakı bəzi Qərbli mədəniyyət mərkəzlərinin bağlanılmasına narahat olmaq təbii haqqımız. Bəzi Qərblilərin və Ərəblərin Livana səyahət mövzusunda xəbərdarlıqlarda olmasına təbii olaraq narahatıq.
    Əgər bundan məqsəd bizə qarşı ehtiyat göstərməksə, bizim hədəfimiz İsrail və İsraildən intiqam almaqdır. Əgər bundan məqsəd şübhəli bir cərəyanın girişindən duyulan qorxu isə bunu açıqca söyləyib gizləməsələr daha yaxşı olar. Biz, hər kəsi Livanda gərginliklərdən faydalanacaq kəslərin bura girişi mövzusunda xəbərdar etməliyik. Bu mövzuda şərh etmək onların məsuliyyətindədir. Biz bu ölkələrdən əgər başqa bir ehtimal söz mövzusu deyilsə məsul və təbii davranmalarını istəyirik. Daha çox gərginlik çıxarmaq, Ərəb Birliyi cəhdini təsirsiz etmək, Livan problemini beynəlxalq ölçülərə daşımağa çalışmaq, Livanın uçurumun kənarına gəldiyindən döyüşdən və çöküşdən bəhs edərək Təhlükəsizlik Şurasına getməkdən danışmaq üçün bu hadisədən istifadə etmək doğru deyil. Ümid edirəm bu şəkildə olmaz.
    4-Livanda Müqavimətin keçmişdən bu günə strategiyası, torpaqların işğaldan qurtarılması, əsirlərin geri alınması, Livanın düşmən hücumlarına qarşı müdafiə olunmasıdır və bu, bu gün də davam etməkdədir. Biz, İmad Muğniyənin şəhadətinə görə duyduğumuz dərin ağrıya baxmayaraq, hökumətin və bütün xalqın ölkəni müdafiə etməsində məsuliyyət daşımasına uyğun bir milli müdafiə etmə strategiyası təyin olunması üçün görüşmələr edilməsini dəstəkləyirik.
    İsrailin xəritədən silinməsi məsələsinə gəlincə… Ey İsrailin düşmənləri və dostları, baxın sizə nə söyləyirəm: İsrailin çöküşü və yıxılması bir tarixin qanunudur, qaçınılması mümkün olmayan ilahi bir qanundur. Bu, qəti bir şeydir, biz bölgə üçün tarixi bir xəttdən və aqibətdən danışırıq. Mən bu tarixi seyrin bir neçə ilə kimi qısa bir zamanda nəticəyə çatacağına inanıram. Bu qətidir, şəxsi və dəlilləri vardır.
    a)İsrail, bölgədə davam etməsi mümkün olmayan xarici bir varlıqdır.
    b)İsrail, öz şəxsi gücüylə var deyil. Varlığı beynəlxalq qərarlara söykənəndir və bu qərarlar bir neçə ilə kimi qısa bir zamanda dəyişəcək.
    c)Buna səbəb qırğına, aclığa v s. dözən Fələstin xalqının 60 illik müqaviməti, təslim olmaması və Qüdsü təslim etməməsi, Fələstini yurd olaraq seçib başqa heç bir yerdə yaşamağı qəbul etməməsidir… Bu sadə bir şey deyil. Bir millət 60 il boyunca bütün bu çətin şərtlərə qarşı müqavimət göstərirsə İsrail, çökəcək.
    D)İsrailin coğrafi həqiqəti: İsraillilər, burada olmaqdan qorxurlar. Fələstinlilər, müqavimət strategiyasına sahib olmasa, yalnız evlilik və uşaq sahibi olma strategiyasına sahib olsa belə…
    e)Ərəblərin maneə törətməsi: Bəzi Ərəb ölkələri, bunların başında da Suriya və geniş diametrli xalq müqaviməti mövcuddur. Sionistlər, bəzi dövlət adamlarının özlərilə birlikdə olduğunu görsə də; muxlis, vəfalı, mömin və sadiq xalqların Fələstini və Qüdsü işğal edənlərə əl uzatmayacağını çox yaxşı bilir.
    Bəzi siyasətçilər, öz mövqelərini qorumaq üçün bunu etsə də millətlər, deir-Yasin və Qana canılarıyla barış etməyəcək. Onlar, İsraili qəribə şəkildə muhasirə edəcək.
    F)İsraildə tarixi liderlərin olmaması: Şaron gəldiyi zaman mən öz səlahiyyətlilərimizə Şaron İsrailin son tarixi kralıdır demişdim. Ondan sonra gələnlər kiçikliklərdən başqa bir şey deyil. Vinograd hesabatının nümayiş olunmasından sonra bu hesabatın Olmerti təşviq etmək və onu müvəffəqiyyətli etmək üçün olduğunu söylədilər. Biz isə tərsinə çox məmnunuq. Əgər onlar axmaq və axmaq bir baş nazir yerinə ağıllı başlı bir liderə sahib olsaydılar bizim başımıza nələr gələrdi?! Mən, Hörmətli Vinogradı Olmerti incitməməsindən ötəri təbrik edirəm!
    Siyasi və hərbi liderlərin olmaması (İsrailin çöküşü mövzusunda) böyük bir səbəbdir. Şəxsən Netanyahunun özü bir dəfə İsraildə Yəhudilik mədəniyyətinin yox olduğunu söylədi. Onların cəmiyyəti çöküş içində. Gənclər orduya qatılmır, ordudakı əsgərlər döyüşmür.
    g)Ordusunun güc heybətinin yıxılması və zabitlərin əsgərlərin, ordunun və xalqın bir-birinə güvəninin qalmaması… Mən söyləmirəm, baxın onların özləri nələr söyləyirlər.
    Bu, 2000-ci ildəki zəfərin, Fələstində müqavimətin artmasının, Sionistlərin müqavimətlə bacara bilməməsinin və son İyul döyüşünün nəticələridir. Mən buna görə Men Gurionun sözünü nümunə olaraq göstərirəm. O, "İsrail, itirdiyi ilk döyüşdən sonra çökəcək" demişdi.
    İsraillilər arasında "görəsən biz 1948 də məğlub olduqmu məğlub olmadıqmı?" deyə bir müzakirə vardı. Lakin bu gün artıq bu müzakirə yox.
    Livanda bəzi şəxslər, Livan zəfər qazandı deməkdən utanır, bunu söyləyərkən narahat olurlar; lakin İsraildə onların bir neçə min şəxsiyyətə sahib Hizbullah əsgəri qarşısında məğlub olduğu mövzusunda görüş birliyi mövcuddur.
    Başqa sözlə, Men Gurionun dediyi kimi, İsrailin çöküşü yaxındır.
    Son edilən döyüşə və onun əvvəlinə baxdığımızda, İmad Muğniyənin varlığını görməməzlikdən gələ bilmərik. Bundan ötəri də deyirəm ki İmad Muğniyənin qanı, İsrailin yox olmasına səbəb olacaq.
    5-İsraillilər bu gün döyüş hədələri edirdilər. Onlar İmad Muğniyə terrorundan əvvəl də sonra da döyüş hədələri edirdilər. Biz bu terror hücumunu Livana və Müqavimətə istiqamətli döyüşün müqəddiməsi olaraq qiymətləndiririk. Bu, özlərinə istiqamətli hədə olaraq gördükləri bir adamın ortadan qaldırılması deyil. Bu, onların gələcəkdəki planları üçün bir əməliyyat müqəddiməsi idi. Onlar bu gün açıqca Müqavimət içində ortadan qaldırılması lazım olan bir neçə adamın olduğunu söyləyirlər. Bunu, İyul Döyüşündən çıxardıqları nəticədən hərəkətlə söyləyirlər. Onlar, başda İmad Muğniyə olmaq üzrə bəzi komandirləri, Hizbullahın zəfərinə səbəb olduğu nəticəsini çıxarırlar. İndi onları ortadan qaldıraraq Hizbullahın zəfərə aparan gücünü yox edəcəklərini düşünürlər.
    Əziz qardaşlarım, Hacı İmad, açıq və önləyici döyüş çərçivəsində terrorist bir hücuma hədəf oldu. İsrail bu çərçivədə yeni bir döyüşə hazırlanır. Mən kimsəni qorxutmaq istəmirəm. Döyüş və ya barış qərarı almaq onların təşəbbüsündədir. Təəssüf ki, iqtidardakı bəzi partiyalar, yeni döyüşlə Müqavimətin və onun liderlərinin yox ediləcəyini söyləyirlər. Onların Amerikalı ağaları Ərəb Birliyi cəhdinə qarşı çıxır və onlara bir şey söyləmir. Satterfieldin söylədikləri, onlara (Menuçehr) Muttəkinin və ya (Velid) Müəllimin söylədiklərindən daha qiymətli görünür.
    Amerikalılar, bu mövzuda utanmırlar son dərəcə açıq və dəqiqdirlər. 14 Fevral mərasimlərindən sonra iqtidar qrupları, 14 Fevraldan əvvəli ilə sonrası fərqli olacaq dedi. Problem nədir?
    Yağışın altında bir yarım milyon adam Şuhəda Meydanınamı toplandı? Onlar bunun bir referendum olduğunu sanırlar. Onlar özlərini əksəriyyət sanırlar. Əgər ölçü budursa sizə iki təklifim var:
    Onlar bir həftədir "biz gerçək xalq əksəriyyətinə sahibik" deyirlər. Hər birimiz bir həftə və ya on gün möhlət alaq, siz də nümayiş tələb edin biz də edək. Rəfiq Haririnin öldürülməsi və s. kimi bəhanələrə sığınmadan… Sizin tərəfdarlarınız da toplansın bizim tərəfdarlarımız da, baxaq hansı daha çox… Əgər ölçü budursa biz buna hazırıq.
    Əgər qorxursunuzsa, mən sizə söyləyim. Siz bir ay boyunca təbliğat etdiniz və milyonlarla dollar xərcləyərək insanları Şuhəda Meydanına gətirdiniz. Qəbul edirik.
    Biz Əməl hərəkətiylə aşura günü nümayiş etdik. Müstəqil qrupları gətirin tək tək saysınlar, müqayisə edin. Əgər siz Şuhəda Meydanında bizim aşura meydanında olduğumuzdan çoxsa mən sizin tərəfdarlarınızın çox olduğunuzu etiraf edəcəyəm.
    Əgər 14 Fevral mərasimlərini bütün müzakirələri və dialoqu kəsmək üçün bəhanə olaraq ortaya qoyub biz öz yolumuzu seçdik,bu yoldan çəkinirsizsə boyun əyin. Razılaşma mövzusunda razılaşmış olduqdan sonra bu ya da bu xarici ölkələrə getməyə ehtiyac yoxdur. Həll məclisdə, Ərəb Birliyinin baş katibi Əmr Musa ilə birlikdə təmin edilər.
    Onlar adamlarını yığmış, eynilə ABŞ kimi "bir neçə ay daha səbr edək hər şey dəyişəcək" deyirlər. Çünki döyüş çıxacaq, Hizbullah və Müqavimət ortadan qalxacaq və Livan bizim olacaq-(kimi arzular)
    Mən onlara deyirəm ki bu yalnız hazırlanmaq üçün edilir.
    Ey Livan xalqı və ey bütün dünyada bizi sevən kəslər, sizə soruşuram: Məğlub olduqları İyul Döyüşündə bizi məğlub edib Livanın və bölgənin xəritəsini dəyişdirməkdən başqa bir səymi vardı? O döyüşdə uduzmanın nəticəsi olaraq orduda dağılmağın meydana gəldiyi və geniş diametrli quru harekatının müvəffəqiyyətsiz olduğu yönündə İsraillilər arasında görüş birliyi var. Yeni döyüşdə hava qüvvələrinin heç bir faydasının olmadığını onlar da çox yaxşı bilir. Onlar hər cür səyi göstərdilər və məğlub oldular. Buna görə də onlar cənub Livanı sürətlə işğal etməyə çalışacaqlar.
    Buna qarşılıq biz bütün qürurumuzla və inancımızla deyirik ki bəli biz yeni bir müdafiə və zəfər üçün hazırıq inşaalah. Nə onlar, nə Sionistlər, nə də onların xidmətçiləri İsrailin içini bizim uzun mənzilli mərmilərimizdən qoruya bilər. Quru hücumu mövzusunda da bütün məsuliyyətimlə və təcrübəmlə deyirəm ki əzmləri və iradələri güclənmiş Hacı İmad Muğniyənin qardaşları və şagirdləri, girə biləcəklərini sandıqları cənub Livanın hər küçəsində və hər yolunda onlarla döyüşəcək.
    And içirəm ki tanklarınızı və əsgərlərinizi kürəyinizə götürüb Şəhid İmad Muğniyənin ayaqlarının ucunda ölüb gedəcəksiniz.
    Ey Sionist kəslər, and içirəm sizinlə quru döyüşündə tarixinizdə xatırlamadığınız şəkildə döyüşəcəyik. Ordunuz, tanklarınız, cənub Livanda sizin tabutunuz olacaq. İsrail ordusuz qalacaq və ordusuz qaldıqdan sonra da artıq var ola bilməyəcək. Buna görə İmad Muğniyənin qanı İsrailin yox olmasına səbəb olacaq deyirəm.
    6-Müqavimət və Livanın müdafiə etmə strategiyasından danışıram, lakin bir başqa məsələ daha var ki o da qanuni haqqımız və müdafiə etmə haqqımızdır. Xüsusilə yurd xaricində öldürüldüyümüz zaman buna qarşı səssiz qala bilmərik və düşmənə zəfəri və azadlığı qazanan liderlərimizi terrorla yox etməsinə icazə vərəmərik. Bu kəslərin adları ancaq şəhid olduqdan sonra işıqlanar.
    Bizə, beynəlxalq bir məhkəmə qurulmasını tələb edin deyirlər. Hansı beynəlxalq məhkəmə? Buşun və Sarkozyun sözünə əməl edən məhkəməmi?!
    Bu məhkəmədən ədalətmi çıxar?
    Biz, kimə sığınacağıq? Müqavimətin liderini görməməzlikdən gələn Livan hökumətinəmi? Onlar bu gün İmad Muğniyənin çörəyinin qırıntıları sayəsində yaşayırlar.
    Beynəlxalq cəmiyyətəmi sığınaq? Əsir dəyişməsini olsun deyə iki əsir alındığı üçün Livanın yox edilməsini İsrailin haqqı olaraq görənlərəmi? Özümüzü müdafiə etdiyimiz zaman terrorizmlə günahlandırılırıq.
    Biz əsla onlara sığınmayacağıq. Onların yanına gedib onlara sığınmamızı, ölkəmizin gələcəyini onların əlinə verməmizi siz qəbul edərsinizmi?
    Biz əvvəldən beləydik və bundan sonra da belə qalacağıq. Bizim beynəlxalq cəmiyyətlə və Təhlükəsizlik Şurasıyla işimiz yox.
    Əvvəl gündən bu günə qədər və sonuna qədər bizim Allahımız var və o bizə yetər. Ona inandıq və bütün Müqavimət və döyüş illərində onun dərgahında sınandıq.
    Allahdan sonra mücahidlərimizin və qəhrəmanlarımızın biləklərinə sahibik. Bütün Livanda bizi sevənlərə tərəfdarlara sahibik. Hər gün təhlükələrə dözən, ən şərəfli, ən təmiz və ən uca kəslərdən ibarət olan öz ailələrimizin sevgisinə sahibik.
    Buna görə də Allah bizimlədir və biz ona inanırıq. On minlərlə İmad Muğniyəmiz var o dərəcədə şərəfli və sədaqətli ailələrimiz var. Təslim olmayacaq, baş əyməyəcəyik.
    Biz "Zillət bizdən uzaqdır" məktəbindənik.
    Buna görə biz öz üsulumuzu müdafiə edirik. Zamanını və məkanını biz seçəcəyik. Milli qərarlarımızı, milli iradəmizi öz qanımızla müdafiə edəcəyik.
    Şəhadətinin 7-si Günündə Ey İmad Muğniyə, sənə yalnız bir cümlə söyləyəcəyəm:
    Ey Hacı İmad, Allaha and içirəm ki qanın yerdə qalmayacaq!
    Təcümə: İslam-Azeri.az
     
    Категория: Dünyada | Просмотров: 1960 | Добавил: media-islam | Рейтинг: 5.0/1
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Təqvim
    «  Fevral 2008  »
    B.eÇ.aÇC.aCŞB
        123
    45678910
    11121314151617
    18192021222324
    2526272829
    Linklər