«Türkiyə universitetlərdə hicab geyinməyə qadağanı götürmək üçün konstitusiyaya əlavələrə səsvermə keçirərkən bəzi «dünyəvilik» təəsübkeşləri yaman təlaşa düşdülər.
Türkiyə Böyük Millət Məclisinin inanclı xanımlara qarşı diskriminasiya hallarının arada qaldırılması məsələsində taleyüklü addım atmışdır. Doqmosekulyaristlər – faktiki olaraq sekulyarizmi özləri üçün din olaraq seçənlər bu təşəbbüslərə müqavimət göstərməyə çalışsalar da, mütərəqqi dünya ictimaiyyətinin və müxtəlif qeyri-dini ölkələrdə bu mövzuya münasibətdə insan haqları prizmasından, hicablı xanımların hüquqlarının tanınması mövqeyindən çıxış etməsi proseslərə güclü təsir edən amillərdəndir. Bu baxımdan ABŞ təhlilçilərindən olan Cavid Axterin müqayisəvi təhlili maraqlı məqamlarla zəngindir.
«Türkiyə universitetlərdə hicab geyinməyə qadağanı götürmək üçün konstitusiyaya əlavələrə səsvermə keçirərkən bəzi «dünyəvilik» təəsübkeşləri yaman təlaşa düşdülər və Türkiyə millət vəkillərindən bəziləri də bu təlaşı çox müsbət qarşıladılar. Qanunvericilərdən biri hətta "Dünyəvi ölkənin ölümü gəldi" dedi, digəri isə "Millətin parçalanması anıdır" deyə qışqırdı.
Bəs ABŞ-dakılardan bəzilərinin Türkiyədə keçirilən bu müzakirələrə maraq göstərməsi nədəndir? Və bu özü bir araşdırmadır ki, ABŞ və Türkiyə dini plüralizmlə necə məşğul olurlar.
Hicab geyinən Amerika müsəlman xanımları həyatın istənilən sahəsində aktiv fəaliyyət göstərirlər və dünyəvi ABŞ cəmiyyətində yaşayan insanlar Türkiyədə «dünyəviliyə təhlükədən» əmələ gəlmiş bu «təşvişi» dərk etməkdə çətinlik çəkirlər. Amerika müsəlman xanımları təəccüb edirlər ki, kimin nə işinə qalıb biz hansı geyimi seçirik?
Türkiyədəki hicab qanunu ilə ABŞ-ın çox maraqlı əlaqəsi var. Maraqlı faktdır ki, Türkiyənin hazırki baş naziri Ərdoğanın iki qızı İndiana Universitetində təhsil almışlar. Onlar burada elmi dərəcə alıblar və onların hicablı olması heç kəsi narahat etməmiş və heç kəsin ağlına gəlməmişdir ki, onların bu azadlığını məhdudlaşdırsın. Mən əminəm ki, bu universitetdə həm tələbələr, həm də müəllim heyəti arasında hicab geyən və ya öz seçimlərinə əsasən başqa dini atributları nümayiş etdirən - məsələn irili-xırdalı xaç gəzdirən, yəhudi ortodoks baş örtüyü və ya Hindu sariləri geyən xanımlar var. Mənim həmçinin yəqinliyim var ki, orada eyni zamanda son moda saç düzümü göstərmək maraqlarında olan xanımlar da var. Burada Ərdoğanın qızları özlərini doğma evlərində olduğundan daha rahat hiss edirdilər. Halbuki, onlara nisbətdə "doğma evində" ibarəsini işlətmək bir az çətin olar. Zira, vətənləri Türkiyədə onlara universitetin binasına belə daxil olmağa icazə verməzdilər.
Baxmayaraq ki, bəzən KİV-lərdə hicab geyən xanımlara nisbətdə iş yerlərində, yaxud hava limanlarında diskriminasiya hallarına rast gəlindiyi barədə ara-sıra məlumatlar gedir, ümumilikdə ictimai yerlərdə – istər təhsil ocaqlarında, istər tibb müəssisələrində, dövlət təşkilatlarında, iş yerlərində və ya şəxsi biznes fəaliyyətləri yerlərində hicab azaddır və məqbuldur.
Bununla belə, hicab geyinməyi seçən amerikalı müsəlman xanımlar sanki «hicab İslamın qadınları sıxışdırılma simvoludur» kimi cəfəng təfəkkürlə bir mübarizəyə qoşulublar. Həqiqət isə burada birmənalıdır. Bir çox müsəlman xanımları üçün bu bir dərin mənəvi əməldir, dini təlimatların yerinə yetirilməsidir, təvazökarlığın təzahürüdür və baxış obyektinə çevrilmək əleyhinə bir immunitetin yaradılmasıdır.
Hazırda vəziyyətin tam əksi olaraq yaranmış müzakirələrdə Türkiyədəki «dünyəviçilər» faktiki olaraq fundamentalist rolunu oynayır. ABŞ anlamındakı dini plüralizmin fəlsəfəsi bu qəbildən olan insanların «dünyəvilik» görüşünə daban-dabana ziddir.
Onların ilham mənbəyi – «Türkiyənin inkişafı qərbləşməkdədir» - ideyasının apologetləridir. «Qərbləşməni» özünəməxsus mənada başa düşənlər, türk geyim tərzini, dilini, adət və ənənələrini bir kənara ataraq, Qərbin geyim tərzi, yazısı və adətləri ilə əvəzləməyə çalışmışlar. Bu hərəkətin təbiətininin qeyri-adiliyini anlamaq üçün bircə anlığına təsəvvür edin ki, Amerika öz gələcəyin uğurlu yolunu Yaponiya yolu olduğunu düşünür və tam qətiyyətlə yeridilir ki, bütün amerikalılar yalnız yapon yazı üslubundan istifadə etməlidir, bütün qadınlar kimono geyinməlidir və bütün əhali «suşi» adlanan yapon milli mətbəxinə xas xörək yeməlidir. İllah ki, amerikalılar artıq suşi yeyir və yapon maşınları sürürlər!
Hal-hazırda Türkiyədə "islamçı" adlanandırılanlar özlərini proqressiv və mütərərqqi fikirli olduqlarını artıq isbat etmişlər. Onların məqsədi – effektiv və rüşvətdən azad bir administrasiya ideyasınının həyata keçirilməsini dəstəkləməkdir. Onlar açıq bazar iqtisadiyyatı sistemini tətbiq etdilər və bunun nəticəsində iqtisadiyyat sağlam tərzdə inkişaf etdi və artdı. Onlar Avropa İttifaqına qoşulmağı öz iqtidarlarının əsas məqsədi kimi təsbit edirlər. Onlar seçki prosesisinin demokratikləşməsi sahəsində və dini etiqad azadlıqları qorunan muasir motədil müsəlman ölkəsinin yaranmasında bir çox mühüm addımlar atdılar.
Beynəlxalq mətbuatda dərc olunan məlumatlardan belə bir qənaətə gəlmək olar ki, dünya müsəlmanlarının geniş kütləsi burada məcburi «dünyəviçilik» ilə dini etiqad azadlığı arasında gedən mübarizəyə böyük maraq göstərirlər. Lakin dini etiqad azadlığına hörmət mədəniyyətinin əslində həmrəylik hissinin əmələ gətirməsini anlamaq üçün dahi olmaq lazım deyil. Türk qanunvericiləri arasında hicabın universitetlərdə geyilməsinə icazə verilməsinin guya millətin parçalanmasına gətirib çıxarması bardə paranoidal təşvişlər zatən əsassızdır. Həqiqətdə, millətin zəiflənməsinin resepti bunu tam əksidir - dini etiqad azadlığının sıxışdırılmasıdır. Türkiyə bu baxımdan ABŞ modelinin öyrənməsindən də bəhrələnə bilər». (Cavid Axter, TAM – The Amerisan Muslim)
TAM – «The American Muslim»: Cavid Axter həkimdir və eyni zamanda Beynəlxalq Strategiya və Siyasət İnstitutunun (Çikaqoda yerləşən amerikalı müsəlmanların elmi mərkəzi) təsisçilərindən biridir. O, azad bir yazardır və "Muhəmməd Peyğəmbərin (s) Yedii Dövrü" kitabının müəllifidir.
Səməd Rəşid, BİAP «Dəyərlər»
|