Cüme axşamı, 21.11.2024, 13:47
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6953
    Sayğac

    Onlayn: 7
    Qonaq: 7
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Mart » 19 » AKP-nin BAĞLANMASI İDDİASI ÜZRƏ PROSES BAŞLADI
    11:08
    AKP-nin BAĞLANMASI İDDİASI ÜZRƏ PROSES BAŞLADI
    Dünən Türkiyədə Konstitusiya Məhkəməsi hakim Ədalət və İnkişaf Partiyasının bağlanmasına dair Cümhuriyyət baş prokurorunun qaldırdığı iddia üzrə prosesə başlayıb. Məhkəmədən verilən açıqlamaya görə, iddia çoxaldılaraq hakimlərə paylanıb, yaxın bir neçə gün ərzində iddiaya ilkin baxış olacaq və onun qəbul edilib-edilməyəcəyinə dair qərar veriləcək.

    Əgər iddia baxılmaq üçün qəbul edilsə, sonrakı mərhələdə iş üzrə hesabat hazırlamaq üçün hakim ayrılacaq, daha sonra AKP-yə özünü müdafiə etmək üçün müddət veriləcək.
    AKP rəhbərliyi də dünən təcili toplaşaraq iddia ilə bağlı strategiyanı müəyyənləşdirməyə başlayıb. Partiya iddiaya baxılması prosesində müdafiəni siyasi, yoxsa hüququ dəlillər üzərində qurmaq haqda müzakirələr aparır. Paralel olaraq AKP qısa müddət ərzində Konstitusiyada düzəlişlər etməyi və siyasi partiyaların bağlanması haqda iddia qaldırmaq səlahiyyətini baş prokurordan almağı da planlaşdırır. Həmçinin AKP-nin həyata keçirməyi planlaşdırdığı digər düzəlişlər Konstitusiya Məhkəməsinin siyasi partiyaların bağlanması ilə bağlı səlahiyyətlərini məhdudlaşdırmağa xidmət edəcək. Mətbuatın yazdığına görə, AKP bu düzəlişləri qısa müddət ərzində həyata keçirmək üçün MHP ilə anlaşma əldə etməyə çalışacaq.
    Lakin partiya rəhbərliyi AKP-nin bağlanması ssenarisi üzrə də hazırlıqlar planlaşdırır. Bu planlara görə, siyasi fəaliyyətinə qadağa qoyulacaq şəxslərin əvəzinə alternativ şəxslər gətiriləcək. Hətta AKP-nin əsasında yeni yaradılacaq partiyaya keçmiş dövlət naziri, son vaxtlar partiya rəhbərliyinə qarşı tənqidi mövqedə dayanan Abdüllətif Şənərin başçılıq edəcəyi haqda iddialar var. Ölkə qanunlarına edilmiş dəyişikliklərdən  sonra Konstitusiya Məhkəməsinin AKP-nin bağlanması haqda iddianı qismən təmin edib partiyanı dövlət yardımından məhrum etmək səlahiyyəti də var. Partiya bu variant üzrə də müəyyən planlar hazırlayır.
    Xəbər verildiyi kimi, baş nazir Rəcəb Tayyib Ərdoğan ötən həftəsonu etdiyi çıxışlarda baş prokurorun iddiasına sərt münasibət bildirib. Hökumətə yaxın KİV-lərdə iddianı və şəxsən baş prokuror Əbdürrəhman Yalçınqayanı sərt ifadələrlə tənqid edir. Bu tənqidlər qarşısında dünən baş prokuroruq açıqlama yayaraq qarşı tərəfi tənqidlərin sərhədini gözləməyə və təhqirlərə yol verməməyə çağırıb. Mətbuat isə araşdırıb ki, AKP-ni siyasi islamçılıqda və dünyəvi dövlət dəyərlərinə zidd fəaliyyətlərdə ittiham edən Yalçınqayanın ailəsində dinçilər az deyil. Məsələn, onun babalarından biri “Nəqşibəndilər” təriqətinin tanınmış şeyxlərindən olub. Lakin prokurorun özü qatı Atatürkçü və cümhuriyyət tərəfdarı kimi tanınır. Hökumətdə isə belə hesab edirlər ki, baş prokurorun AKP-nin bağlanması haqda iddiası Türkiyədə son vaxtlar “dərtin dövlət”ə qarşı aparılan “Ergenekon” əməliyyatlarına cavab ola bilər.
    Bu mülahizə ilə mədəniyyət naziri  Ərtoğrul Yalçınqaya NTV-yə müsahibəsində deyib. “Mənim qənaətimə görə, bu iddia “Ergenekon”  əməliyyatlarına cavabdır. Biz dövlətin içərisinə sızmış şəbəkə ilə mübarizə aparırıq, hüquq dövləti qurmaq istəyirik, lakin bu iddia ilə bütün diqqətlər “Ergenekon” istintaqından yayınıb AKP-nin bağlanması iddiasına yönəldi” - deyə, o bildirib. Yalçınqaya deyib ki, bu hadisələr ən uzağı növbədənkənar seçkilərə gətirib çıxara bilər: “AKP-nin bağlanması ehtimalı yoxdur, çünki biz həmin iddiada deyilənlərin heç birini etməmişik, ancaq istisna etmirəm ki, yaranmış vəziyyətdə növbədənkənar seçkilər haqda qərar verilə bilər. Biz seçkilərdən qorxmuruq və xalqın dəstəyinə arxalanırıq”.
    F.MƏMMƏDOV
     

     
    Категория: Dünyada | Просмотров: 1214 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Təqvim
    «  Mart 2008  »
    B.eÇ.aÇC.aCŞB
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31
    Linklər