Главная » 2008 » Aprel » 4 » AVROPA BİRLİYİNDeN İNANILMAZ QeRAR
16:26 AVROPA BİRLİYİNDeN İNANILMAZ QeRAR |
PKK terror təşkilatları siyahısından çıxarıldı Avropa Birliyi dünən gözlənilmədən PKK ilə bağlı şok qərar verib. Avropa Birliyinin Ədalət Məhkəməsi PKK-nı terror təşkilatlarının siyahısından çıxarmaq haqda qərar verib. Qərara görə, təşkilatın maliyyə hesablarının dondurulması da rədd edilib. Türkiyə mediasının xəbərlərinə görə, söhbət PKK-nın siyasi qanadı olan “KONGRA - GEL” dən gedir. “Assoşeyted press” agentliyinin xəbərində bildirilir ki, Lüksemburqda yerləşən Avropa Ədalət Məhkəməsi PKK-nın terror təşkilatları siyahısına daxil edilməsi və hesablarının dondurulması haqda 2002-ci ildə qəbul edilmiş qərarı ləğv edib. Məhkəmə bildirib ki, həmin qərar Avropa Birliyinin qanunlarına zidd olub. Terror təşkilatı həmin qərarla bağlı Avropa Ədalət Məhkəməsinə ötən ilin dekabrında şikayət verib. Bildirilir ki, məhkəməyə şikayət ərizəsi PKK lideri Abdullah Öcalanın qardaşı Osman Öcalanın imzasıyla verilib. Məhkəmənin qərarında deyilir ki, AB PKK-nı və onun siyasi qanadını terror təşkilatları siyahısına daxil edərkən əsas göstərməyib və qarşı tərəfin müdafiə hüququnu təmin etməyib. Lakin CNN Türk kanalına açıqlama verən Avropa Birliyi rəsmiləri deyiblər ki, məhkəmənin qərarına baxmayaraq, PKK terror təşkilatları siyahısından çıxarılmayacaq və bank hesablarına qoyulmuş həbs götürülməyəcək. Bildirilir ki, məhkəmə qərarı bir neçə il əvvəl İranda fəaliyyət göstərən “Xalqın mücahidləri” təşkilatı ilə bağlı çıxardığı qərara əsaslanıb. Həmin təşkilat da eyni səbəblərdən terror təşkilatları siyahısından çıxarılmışdı. Lakin AB daxilində bu barədə mübahisələr davam edir. AB rəsmiləri isə deyiblər ki, terror təşkilatları siyahısında dəyişikliklər etmək səlahiyyətləri birliyin Xarici İşlər Nazirləri Şurasının səlahiyyətinə aiddir. Məhkəmənin qərarı isə Şura üçün tövsiyə xarakteri daşıyır. Lakin müşahidəçilər qeyd edirlər ki, bu qərar PKK-nın Avropa ölkələrinin məhkəmələrində özünü müdafiə edə bilməsi üçün hüquqi presedent yarada bilər.
|
Категория: Dünyada |
Просмотров: 1219 |
Добавил: media-islam
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|