Bazar, 22.12.2024, 06:49
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Dini meqaleler

    Vahhabizm
    <    Biz bu kiçik məqaləmizdə vəhhabiliyin yaranmasına və tarixi inkişafına, müsəlmanlarla apardıqları müharibələrə, törətdikləri vəhşiliklərə, Peyğəmbər (s)-ın bu firqə ardıcılları barəsində olan hədislərinə, bu gün vətənimizdə onların real təhlükə yaratmasına qısaca da olsa toxunacağıq. Artıq Azərbaycanda da kifayət qədər yayılmış və təhlükə mənbəyi olan vəhhabilər özlərini gah “Əhli-sünnə vəl-cəmaət”, gah “Sələfi”, gah da başqa adlarla adlandırır, onlara verilən vəhhabi adını qəbul etmirlər. Görünür bunun özü də dini maarifi zəif olan xalqa qarşı yönəldilmiş bir hiylələrindəndir. Vəhhabi yönümlü alimlərdən olan Alusi vəhhabi adına açıq şəkildə e`tiraz edərək onları “Məhəmmədi” adlandırmalarını tələb etmişdir. İşin qəribə olan tərəfi isə vəhhabiləri bir məzhəb kimi sünnilər qəbul etmədikləri halda, onlar danışıqlarında və yazılarında sünnilərin adından danışırlar. Əslində isə onlar əsl sünni əqidəsinə qarşı çıxır, əsl sünni əqidəsində olanları “kafir” e`lan edirlər.
    Yaranması və tarixi inkişafı: Qeyd etməliyik ki, bu əqidənin yaranması Əbdül Vəhhab oğlu Məhəmməddən əvvəl XIII-XIV əsrdə yaşamış ibn Teymiyyə ləqəbi ilə tanınmış Əbül Abbas Əhməd ibn Əbdül Həlimin və onun şagirdi Qeyyimin adı ilə bağlıdı. Lakin o vaxt bu fikir və əqidələr məzhəb şəkilində formalaşmamış və onlar özlərinə çoxlu tərəfdar yığa bilməmişlər. İbn Teymiyyə öz fikir və əqidələrini aşkar etmək üçün kitab yazdığı zaman islam alimləri, xüsusilə sünni alimləri onun əqidəsinə e`tiraz əlaməti olaraq kitablar yazmağa başladılar. Bunlara misal olaraq maliki məzhəbinin qazisi Təqiyyəddin ibn Abdullah Əxnainin “Əl-Məqalətul-Mərziyyətu”, Fəxr ibn Müəllim Qurəşinin “Nəcmul muhdədi və rəcmül-müqtədi”, Təqiyyəddin Hüsnanın “Dəf`uş-şübhəti” kitabını və s. göstərmək olar.
    Bu alimlərin ikinci xidməti bu olmuşdur ki, onlar ibn Teymiyyəni kafir, bid`ətçi adlandırmışlar və onu həps etdirə bilmişlər. Sünnilərin böyük alimlərindən olan Zəhəbi ona məktub yazmış və məktubda onu tarixin ən mənfur adamı “Həccac kimi yolunu azmış” adlandırmışdır. Bu məktubu müəllif “Təkmilətüs-səyfis-siqən” kitabının 190-cı səhifəsində qeyd etmişdir.
    İbn Teymiyyə 1308-ci ildə zindanda ölmüş və onu şagirdi Qeyyim də ondan sonra aktiv fəaliyyət göstərə bilməmişdir. Belə ki, Şamda bir qism insanı çıxmaq şərtilə bu əqidə başqa yerlərə yayılmamışdır. Bunu da qeyd etmək lazımdır ki, ibn Teymiyyənin və şagirdinin kitabları vəhhabi məzhəbini formalaşdıran Məhəmməd ibn Əbdül Vəhhaba qədər gəlib çatmışdır. İbn Teymiyyənin ölümündən təqribən 4 əsrə yaxın bir zaman keçdikdən sonra Məhəmməd ibn Əbdül Vəhhab onun kitabları ilə tanış olmuş və bu ideya və fikirləri reallaşdırmaq üçün öz fəaliyyətinə başlamışdır.
    O, 1703-cü ildə Ərəbistanın Nəcd vilayətinin Üyəynə şəhərində anadan olub. Atası bu vilayətin qazisi idi. Məhəmməd təhsilini atasından almış və bununla yanaşı əvvəl də qeyd edildiyi kimi o, ibn Teymiyyənin fikirləri ilə də tanış olmuşdur. Hələ cavan yaşlarından Məhəmməd Nəcd əhalisinin bir çox dini əqidəsinə qarşı çıxmış və yerli əhali tərəfindən məzəmmət olunmuşdur.
    Məhəmməd ibn Əbdül Vəhhab Məkkəyə, Mədinəyə səfər etmiş və sonra Bəsrə şəhərinə gəlmişdir. O, burada özünü müsəlman kimi qələmə verən, əslində isə ingilis casusu olan Mister Hemferlə tanış olmuşdur. Bu haqda daha ətraflı məlumat almaq istəyən oxucularımız Mister Hemferin özünün qələmə aldığı və bir çox dillərə, o cümlədən də Azərbaycan dilinə tərcümə olunan “Mister Hemferin xatirələri” kitabına müraciət edə bilərlər. Məlum olduğu kimi istismarçı dövlətlər, islam düşmənləri islamı aradan aparmaq üçün hərbi güc tətbiq etmış və etməkdədirlər. Onlar üçün bundan da effektli yol müsəlmanlar arasında əxaqsızlığı yaymaq, islam hökümlərini pis cilvələndirmək, islami rəhbərlərə qarşı nifrət yaratmaq, millətçilik hisslərini oyatmaq və ən başlıcası müxtəlif məzhəb və firqələr yaratmaq olmuş və olmaqdadır. Mister Hemfer də bu yolda çalışan bir ingilis casusu idi. Məhəmmədlə tanışlıq Mister Hemfer üçün göydən düşmə olur. O, Məhəmməd kimi islam əqidəsinə qarşı çıxan insanı çoxdan axtarırdı. Hemfer kölgə tək Məhəmmədin arxasınca düşdü və axırda öz məqsədinə çatdı. O həmin kitabda yazır: “Ona çox hörmətlə yanaşırdım. Gəncliyimin ən dəyərli günlərini onunla keçirdim. Yaxşı ki, əkdiyim ağac öz bəhrəsini verməyə başlamışdı..Məhəmməd Nəcdi cızdığım yolla addım-addım irəliləyirdi. Mənim vəzifəm ona istiqlal və hürriyyət verib, yeni-yeni şübhələr aşılamaq idi”.
    Həmin kitabda İngiltərənin Müstəmləkələrə Nəzarət Naziri Hemferin “əməy”ini qiymətləndirərək belə deyir: “Məhəmməd Nəcdi nazirliyimizin müsəlmanların qəlbinə sancmaq üçün daim axtardığı bir silahdır ki, onu əldə etmək üçün sərf etdiyin bütün məsrəflərə dəyər”.
    Məhəmməd burada bir neçə il qaldıqdan sonra öz şəhərinə - Üyəynəyə dönür. Bu şəhərdə əvvəl mövqeyini gücləndirirsə də sonra oradan qovulur. O, Nəcdin tanınmış şəhərlərindən olan Dər`iyyəyə yola düşür. O zaman bu əraziyə Mühəmməd ibn Səud rəhbərlik edirdi. Mister Hemferin də səyi nəticəsində Məhəmməd ibn Əbdül Vəhhabla Məhəmməd ibn Səud arasında razılaşma olur. Bu hadisə 1740-cı ilə təsadüf edir. Bu razılaşmaya görə ibn Səud onun əqidəsinin yayılması və onun dini rəhbər kimi tanınması üçün əlindən gələni əsirgəməyəcək, əvəzində isə Şeyx Məhəmməd ibn Əbdül Vəhhab ona öz (vəhhabi) ideologiyasının köməyilə ərazi iddialarına və hücumlarına qanuniyyət kəsb etdirəcək və bu yolla onu genişlənəcək ərazinin rəsmi əmiri kimi tanıyacaqdı. Doğrudan da Səud rejimi sonradan vəhhabi ideologoyası vasitəsilə gücləndi və Ərəbistan yarmadasını tutaraq oranı Səudiyyə Ərəbistanı adlandırdı. (Bu haqda sonra geniş yazacağıq). Müasir islam alimlərindən biri haqlı olaraq vəhhabiliyi Səudiyyə rejiminin “ömür şüşəsi” adlandırmışdır.
    Şeyx Məhəmməd ibn Əbdül Vəhhabın övladları haqqında bəzi alimlər bunu qeyd etmişlər ki, onun iki oğlu Həsən və Hüseyn atalarının əqidələrinə qarşı çıxmış və bu yolda şəhid olmuşdular. Hətta Hüseynin başını vəhhabilər mişarla kəsmişlər. Digər oğlanları isə atalarının yolunu davam etdirmişdilər. Şeyx Məhəmmədin bir qızını isə Məhəmməd ibn Səud öz oğluna alaraq, iki ailə arasında qohumluq əlaqələri yaratmışdır.
    Şeyx Məhəmmədin fikir və ideyalarının Nəcdə, xüsusilə də Dər`iyyədə yayılmağa başladı ki, bununda bir neçə səbəbi olmuşdur: 1) Bu vilayətin əhalisinin dini maarifi demək olar ki, yox dərəcəsindəydi. 2) Burada yaşayan ərəblər hələ də qəbilə həyat tərzində yaşayırdılar. Hər qəbilənin də öz ağsaqqalı olurdu. Bu ağsaqqal qəbiləni idarə edər və onun göstərdiyi yol qəbilə üzvləri üçün qanun olardı. Və əgər o hər hansı dini, məzhəbi qəbul etsəydi qəbiləsi də sorğu-sualsız bu dini və ya məzhəbi qəbul edərdi. 3) Bu yer ucqar bir yer olduğundan və əhalinın bədəvi ərəblərdən təşkil olunması, onların elmsızliyi. Bu da onların tez tə`sir altına düşməsinə səbəb oldu. 4) Bu əhalinin əvvəldən qan tökməyə meyilli olmaları. Dər`iyyə əhalisi əvvələr də ibn Səudun başçılığı ilə digər qəbilələrə müntəzəm hücum edir, onları öldürür və onları qarət edirdilər. 5) Qəbilə üzvlərinə müharibələrdən böyük qənimət veriləcəyinin və`d olunması.
    Şeyx Məhəmmədin ən böyük cinayətlərindən biri də onun puç əqidəsini qəbul etməyən müsəlmanları “kafiri-hərbi” adı altında cəzalandırmasıdır. 1740-cı ildəki razılaşma ilə dini və mənəvi lider olaraq Şeyx Məhəmməd ibn Əbdül Vəhhab, əmir olaraq Məhəmməd ibn Səud başda olmaqla böyük istilalara, hücumlara başladılar. Onlar vəhhabı olmayanların mallarına, canlarına və namuslarına təcavüz etməyi özünə halal bilirdilər. Onlar dəfələrlə müsəlmanlara hücum etmiş, minlərlə insanı qətlə yetirmiş, mal-dövlətlərini talan etmişlər. Bu hücumlarda onların şüarları “Ya Vəhhabilik, ya qılınc” idi. Şeyx Məhəmməd islama və müsəlmanlara böyük xəyanət etdikdən sonra 1792-ci ildə öldü. Ondan sonra onun əqidəsini başda Səud ailəsindən olan əmirlər olmaqla zor gücünə yaymağda davam etdilər.
    Törətdikləri cinayət və vəhşiliklərə baxış. Məhəmməd ibn Əbdül Vəhhab hələ sağlığında onu Üyəynədən qovan əmir Osmanı öldürtdürür. Sonra onun başçılığı ilə vəhhabilər Üyəynə şəhərinin tabeçiliydən boyun qaçırmasını bəhanə edərək oranın kişilərini kütləvi surətdə qırır, qadınlarına isə təcavüz edirlər.
    Vəhhabilərin ən dəhşətli cinayətləri müsəlmanların müqəddəs şəhərlərindən biri olan Kərbəlaya hücum olmuşdur. Bu hadisə əmir Əbdül Əziz ibn Məhəmmədin başçılığı altında 1802-ci ildə baş vermişdir. Bu hadisə “Qədir Xum” bayramına təsadüf etdiyindən İmam Hüseyn (ə)-ın hərəmində çoxlu sayda zəvvar olmuşdur. Nəticədə onlar 5 mindən çox (bəzi mənbələr bunun 20 min olduğunu göstərir) günahsız insanı şəhid etmiş, İmamın hərəminin xəzinəsini oğurlamış, şəhəri viran qoymuşlar. Azərbaycanın məşhur alimi Hacı Zeynəlabidin Şirvani bu hadisənin canlı şahidi kimi öz “Hədaiqus-səyahət” kitabı 427-ci səhifədə belə yazır: “Günün günorta çağı əllərinə keçən bütün qızıl-gümüş, cəvahirat və s. zalımların əlinə keçdi. Lakin bə`zi xəzinələri onlar gəlməmişdən qabaq gizlətdiklərinə görə apara bilmədilər”. Kərbəla bu hadisədən sonra elə bir vəziyyətdə idi ki, şairlər bu şəhərə mərsiyyələr deyirdilər. Bundan sonra bir neçə dəfə də (1802, 1806cı illər) Kərbəlaya qəfil hücumlar olmuşdur.
    Bu hücumlardan bir-neçəsi də Nəcəf şəhərinə edilir. 1800-cü ildəki hücumda onlar 150-yə yaxın İmam Əli(ə) zəvvarını qətlə yetirmiş, amma hərəmin xəzinəsi gizlədildiyinə görə onu qarət edə bilməmişlər
    Həmçinin vəhhabilər 1803-cü ildən başlayaraq Taifə, Məkkəyə, Mədinəyə yürüşlər etdilər. Xüsusilə Taifdə kütləvi qırğınlar həyata keçirdilər. Ərəb tarixcisi Sədiqə Zəhavi bu müharibə haqqında yazır: “Bu müharibədə vəhhabilərin ən çirkin işi müsəlman əhalini kütləvi surətdə qətlə yetirmələri idi. Kiçiyə, böyüyə rəhm etmirdilər. Balaca südəmər uşağın başını anasının qucağında kəsirdilər” . Bu hadisədən sonra Məkkə alimləri onları kafir e`lan etdilər. Vəhhabilər bunu bəhanə edərək Məkkə və Mədinəyə hücumlar təşkil edirlər. Bu döyüşlərdən sonra Məkkə və Mədinə şəhərləri bir-neçə il onların əsarəti altında qalır. Onlar Mədinə şəhərini ələ keçirərkən hətta Peyğəmbər (s)-ın hərəmə hörmətsizlik etmiş, hərəmdə olan qiymətli əşyaları oğurlamışlar. 1811-ci ildə Misir paşaları Tosun və İbrahim paşa vəhhabilərə qarşı müharıbəyə başlamış və onları vəhhabiliyin o vaxtkı mərkəzi olmuş Dər`iyyə şəhərinə qədər sıxışdırmışlar. Və şəhərə daxil olaraq onu viran qoymuş, vəhhabilərin o zaman ki rəhbərləri olan Abdullah ibn Səudu əsir alaraq İstanbula, Osmanlı sultanına gondərmişlər. Sonra şəhərə hakim tə`yin edib orduları ilə birlikdə Misirə qayıtmışlar. Bu məğlubiyyətdən sonra vəhhabilər tamamılə yox olmasalar da çox zəif bir duruma düşmüşdülər.
    İngilislərin bu firqəni yaratmaqda əsas məqsədləri onların ən böyük düşməni olan Osmanlını zəiflətmək və parçalamaq olmuşdur. Belə ki, yarandığı gündən onlara hər cür maddi yardım etmış və onları silahlandırmışlar. İngilislərin onlara ən böyük yardımları isə 1902-ci ilə təsadüf edir. Belə ki, ingilislərin və Küveyt əmirinin köməyilə ibn Səudun başçılığı altında vəhhabilər başda Ər-Riyad şəhəri olmaqla Ərəbistan yarmadasının Nəcd hissəsini ələ keçirirlər. Bu dövr Osmanlının artıq çox zəif dövrünə təsadüf etdiyindən o Ərəbistan yarmadasında demək olar ki, nəzarəti əldə saxlaya bilmirdi. I dünya müharibəsinin sonunda Ərəbistan yarmadasında iki cinah- Nəcd və Hicaz mövcud idi. Məkkə, Mədinə və Taifin yerləşdiyi Hicaz hissəsinə Şərif Hüseyn əmirlik edirdi. Nəcd hissəsində isə hakimiyyətdə ibn Səudun başçılığı ilə vəhhabilər idi. İngiltərə Şərif Hüseyni aldadaraq ona bütün Ərəbistanın hakimiyyətini və`d edərək Osmanliya qarşı vuruşdurdu. Və Şərif Hüseyn Osmanlını bu ərazilərdə məğlub etdi. Amma ingilislər verdikləri sözü tutmayıb bu səfər vəhhabiləri silahlandıraraq Hicaza - Şərif Hüseynə qarşı hücumu təşkil etdilər. Bu hücum 1924-cü ildə ibn Səudun başçılığı ilə həyata keçdi. İlk olaraq vəhhabilər Taifi işğal etdilər. Onlar bu şəhərdə camaatı kütləvi şəkildə qırdılar. Bunun ardınca Məkkə, Mədinə, Ciddə və s. şəhərləri də işğal olundu ( Təssüflə qeyd etməliyik ki, bu gün də bu müqəddəs şəhərlər onların əlindədir). Onlar Mədinədə “Bəqi” qəbiristanlığında Peyğəmbər (s)-ın oğlu İsmailin, o Həzrət (s)-ın zövcələrinin, səhabələrinin, həmçinin əmisi Həzrət Abbasın və nəvə-nəticəsi olan imamlarımız: İmam Həsən (ə), İmam Zeynul-abidin (ə), İmam Baqir (ə) və İmam Sadiq (ə)-ın qəbirlərini və onların üstündə ucalan məqbərələri yerlə yeksan etdilər. Bununla kifayətlənməyən vəhhabilər bu günə qədər də o qəbirlərin yerini yaxından ziyarət etməyə qoymurlar.

    Onlar Peyğəmbər (s)-ın mübarək məzarını da uçurtmaq istədilər. Amma bütün dünya müsəlmanlarının onlara qarşı qalxacağından qorxaraq bundan ehtiyat etdilər.
    İngilislərin köməyilə bütün Ərəbistan yarmadasının böyük bir hissəsini tutan İbn Səub 1927-ci ilin yanvar ayında özünü kral elan etdi Və elə həmin il İngiltərə Ərəbistanı dövlət kimi tanıdı. 1932-ci ildən Kral ibn Səud dövləti ata-babasının şərəfinə olaraq Səudiyyə Ərəbistanı kimi qələmə verməyə başladı və dövlətin dini məzhəbinin vəhhabilik olduğunu qanuniləşdirdi. Lakin sonradan bu məzhəbin ideologiyası və qanunları ilə dövləti idarə etməyin mümkünsüzlüyünü dərk edib, vəhhabi əqidəsində dəyişikliklər aparmağa başladı. Belə ki, o zamana qədər vəhhabi əqidəsinə görə hər cür yenilik və dəyişiklik haram idi. İbn Səud teleqraf, telefon, avtomobil, işıq və s. texniki mədəniyyət nümunələrinin istifadəsini halal bildi və onların ölkəyə idxalına icazə verdi. Bu da ifratçı vəhhabilərin qəzəbinə səbəb oldu və tarixdə “İxvan” adı ilə məşhur olan qanlı faciəni törənməsilə ifratçılar yatrıldı. Sonrakı dövrdə dünya neftinin 25%-nin bu torpaqlarda olması aşkar olundu. Bunun sayəsində vəhhabilər sür`ətlə varlandılar və bütün dünyada güclü dini təbliğata, dini maarifi zəif olan insanları maddi yardım yolu ilə ələ almağa başladılar.
    Vəhhabilik hədislərdə: Hörmətli oxucu məlum olduğu kimi Həzrət Məhəmməd (s) gələcəkdə olacaq bəzi hadisələri öncədən söyləmişdir. Və hələ o zaman Həzrət (s) vəhhabilik təhlükəsini hədislərində bildirmişdir. Qəribə də olsa bu haqda olan hədislər vəhhabilərin də ən etibarlı saydıqları və hətta içərisində bir saxta hədis belə olmadığına etiqad bəslədikləri kitab olan “Səhihi-Buxari”də də mövcuddur. Biz də həmin kitaba müraciət etmişik. Bu kitabın “əl-fitnə min qibəlil-məşriq” fəslində Abdullah ibn Ömər Peyğəmbər (s)- dan belə nəql edir: “Peyğəmbər iki dəfə buyurdu: İlahi, bizə Yəməndə bərəkət ver. Səhabə dedi: Ya Rəsulallah dua edin Allah Nəcddə də bizə bərəkət versin. Peyğəmbər üç dəfə buyurdu: Nəcd azğınlıq və fitnə-fəsad yeridir. Şeytanın buynuzu oradan çıxacaq”! Doğrudan da sonradan vəhhabilik bu diyarda yarandı və yayılmağa başladı.
    Həmin kitabın “Ət-Tövhid” bölümü, “Qiraətul-Facir vəl-munafiqun” fəslində belə bir hədis var. Peyğəmbər (s) buyurur: “Məşriq (Şərq) tərəfdən elə insanlar çıxarlar ki, onlar Qur`an oxumaqdan savayı heç bir şey bilməzlər. Onlar dindən sapmış şəxslərdir. Öz dinlərinə qayıtmazlar”. O Həzrətdən soruşdular: “Onların əlamətləri nədir”? Həzrət buyurdu: “Hər zaman başlarını qırxdırarlar”. Həzrət necə də dogru buyurub. Günümüzdə bunu açıq-aşkar görürük. Onlar ancaq Qur`an əzbərləyir və onu başa düşdükləri və istədikləri kimi təfsir edirlər. Çoxları (xüsusilə rəhbərləri) başlarını keçəl qırxdırırlar.” Vəhhabik deyilən bir əqidənin yaranacağı haqqında kifayət qədər hədis gətirmək olar. Amma biz məqalənin həcmini nəzərə alaraq bunlarla kifayətlənirik. Bizə elə gəlir ki, bu iki mötəbər hədis vəhhabiyin nə qədər azğın firqə olmasını subut etməyə kifayət edir.
    İslam və terror: Bu gün islama terror damğasını da məhz vəhhabilər gətirmişlər. Ümumiyyətlə islamda terror dedikdə məhz “vəhhabi terroru” başa düşülməlidir. Əfqanıstanda olan Talibanlar, dünya çaplı Əl-Qaidə terror təşkilatı və onun çox saylı şəbəkələri, çeçen terroristləri, digər vəhhabi yönümlü terror təşkilatları və s. vəhhabi ideologiyasının dünyaya bəxş etdikləridir. Əl-Qaidənın minlərlə insanın ölümüylə nəticələnən “11 sentyabr” hadisələri, Pakistanda və İraqda müsəlmanlara xüsusilə də şiə müsəlmanlarına qarşı törədilən terror hadisələri, Talibanın Əfqanıstanda törətdiyi sayagəlməz cinayətlər və eləcədə bu ölkəni dünyada ən böyük narkotik diyarına çevirməsi, dünyada baş verən bir çox terror hadisələri və s. vəhhabiliyin artıq bütün dünya xüsusilə müsəlman aləmi üçün real təhlükəyə çevrildiyindən xəbər verir.
    Azərbaycanda vəhhabilik: Ölkəmiz müstəqillik əldə etdikdən sonra yadda qalan məqamlardan biri də dinə azadlıq verilməsi oldu. Bu qərardan sonra ölkəmizə ayaq açan üzdəniraq misyonerlərdən ən öncülləri yenə vəhhabilər oldular. Onlar 1992-ci ildə Azərbaycana ayaq açmağa başladılar. Və bu dövürdən başlayaraq Azərbaycanda sünni-şiə, namazın necə qılınması və s. məsələlər aktuallaşmağa başladı. Bundan əvvəl Azərbaycanda belə bir ayrıseçkiliyə yol verilməmiş, zaman-zaman bu torpaqda şiə-sünnilər arada heç bir narazıçılıq olmadan qardaş kimi yaşamışlar.
    Vəhhabi misyonerləri ətraflarında bir çox üsullarla bir dəstə insan toplaya bildilər. Azərbaycanda vəhhabiliyin yayılmasının əsas səbəbləri bunlardır:
    1. Dini maarifsizlik amili. 70 il dindən uzaq düşmüş xalqımız dini cəhətdən savadsız olması.
    2. Xurafat amili. Belə ki ateizm zamanında xalqda dini etiqadlardan çox xurafatlar dinini tərkib hissələri kimi tanınırdı. Bundan da istifadə edən vəhhabilər bu xurafatların doğurdan da dinin tərkib hissəsi olmadığını bildirərək və guya bizim məzhəbin inanclarının tərkib hissəsi olduğunu hiyləgərliklə xalqa çatdırmaları.
    3. Maddiyyat amili. Onlar yardım yolları ilə işsiz və qaçqın təbəqəni öz əllərinə alırlar. Vəhhabilərin Bakıda məlum olan ən böyük xeyriyyə təşkilatı Küveytin “İslam İrsinin Dirçəlişi” cəmiyyətidir. Bununla belə mətbuatda da getdiyi məlumatlara görə “Xəlifə” islam (vəhhabi) təşkilatı Azərbaycanda vəhhabiliyin yayılması üçün üç milyon dollar pul ayırmışdır. Belə faktlar çoxdur.
    4. Müstəqilliydən sonra da həqiqi islamın və islam dəyərlərinin xalqa çatdırılmaması və ya qeyri-peşəkar təbliğ. Belə ki, islam libasına bürünmüş bəzi “bozbaş molla”ların islama biznes, pul qazanmaq yolu kimi baxmaları buna səbəb olmuşdur. Bu cür “dindarlar” nəyin ki, həqiqi islamı xalqa çatdırdılar, əksinə xalqın həqiqi islamdan uzaqlaşmasına və başda vəhhabilik olmaqla digər firqə və dinlərə üz tutmalarına səbəb oldular.
    Mənəviyyatımıza, dini dəyərlərimizə, mədəniyyətimizə və dövlətçiliyimizə qarşı yönəlmiş vəhhabilik artıq bu gün real təhlükə mənbəyi olaraq qəbul edilməlidir! Son hadisələr də bunu göstərir. Belə ki, mətbuatımızda yer alan iyulun 12-dən 13-ə keçən gecə (2005-ci il) Milli Təhlükəsizlik Nazirliyi Novxanı kəndində gizlənən bir qrup silahlı vəhhabinin zərərsizləşdirilməsi məqsədilə xüsusi əməliyyat keçirir. MTN əməkdaşlarının gəlişindən xəbər tutan vəhhabilər onlara silahlı müqavimət göstərib. İki saata yaxın davam edən atışmada üç vəhhabi öldürülür. Əməliyyat zamanı altı terrorçunun həbs olunduğu bildirilir. Bundan sonra onlardan daha iki nəfər 3-cü mikrorayon ərazisində zərərsizləşdirilir və maşınlarından külli miqdarda silah-sursat aşkar olunur. 2005-ci ilin axırlarında Xaçmaz şəhərində aşkar olunan silah anbarı və s. bunu təstiq edir.
    Azərbaycanda ən çox vəhhabilik Xaçmaz, Siyəzən, Quba, Qusar, Zaqatala və Şamaxıda yayılmışdır. Belə ki, bu şəhərlərdə dinə riayət edənlərin böyük əksəriyyətini vəhhabi firqəsi ardıcılları təşkil edir. Ölkəmizin paytaxtında da vəhhabilik durmadan artmaqdadır. Təsadüfü deyil ki, onların Azərbaycandakı mərkəzləri və dayaq nöqtələri Bakıdakı “Əbu-Bəkr” məscididir. Oranın vəhhabi rəhbəri mətbuata verdiyi müsahibələrinin birində cümə günü məsciddə 7 min dindarın namaz qıldığını bildirir. Və ona unvanlanan vəhhabi sözünə etiraz olaraq bildirir ki, ümumiyyətlə vəhhabilik deyə bir şey yoxdur. Biz müsəlmanıq. (Diqqət!)
    Bu hadisələrdən əlavə vəhhabilər broşurlər paylayıb xalqı çaşqınlığa salmaq istəyirlər. Bu broşurların birində Peyğəmbər (s) məscidinin şeyxinin yuxuda Peyğəmbər (s)-ı gördüyü qeyd olunduqdan sonra bu broşuru oxuyan şəxsdən tələb edilir ki, bu broşurdan ən azı on nüxsə çıxarıb paylasın. Əks təqdirdə ya ölümlə ya da acı aqibətlə üzləşəcək.
    Hörmətli bacı və qardaşlarımıza onların bütün bəşəriyyət, xüsusilədə müsəlmanlar üçün təhlükəli olan əqidələrini qeyd edək. Onu da bildiririk ki, bu məqalənin II hissəsində onların əqidələri haqqında geniş məlumat veriləcək və əqidələrinə Qur`an, sünnət və ağıl baxımından cavab veriləcək, yalnışlığı sübut olunacaq. Biz burada onların əqidələrini sistemləşdirilmiş halda qeyd edirik ki, oxucular vəhhabilərin hansı əqidələrə sahib olduqlarını anlasınlar.
    Əqidələri:
    1. Allaha əl-ayaq, üz, göz və s. nisbət vermək. Bir sözlə Allahı cisimləşdirmək. Qəribədir, müsəlmanları şirkdə (Allaha şərik qoşmaqda) günahlandıran vəhhabilər özləri nəyin ki Allaha şərik qoşurlar, hətta Allahı cismani bir varlıq kimi qebul edirlər. Yəni onu göydə oturan, gecələr yer səmasına enən, iki əli , gözü, qulaqları və s. olan bir insana bənzər məxluq kimi təsəvvür edirlər. Oxucularımızdan kimsə bizi onlara qarşı iftira atmaqda günahlandıra bilər. Belə oxucularımızdan xahiş edirik ki, vəhhabilərin Azərbaycan dilində yazımış olduqları və böyük tirajla çap olunub əhaliyə paylanılan “Sələfi Salehin əqidələri və ya Əhli-sünnət vəl-cəmaat yolu” kitabına müraciət edə bilərlər.
    2. Bütün müsəlmanların “kafir” olması. Onların əqidəsinə görə bütün müsəlmanlar vəhhabi əqidəsini qəbul etməlidilər. Əks təqdirdə onlar kafirdilər və öldürülməlidirlər. Eləcədə vəhhabi əqidəsi daşımayan qadınlara təcavüz etmək halaldır.
    3. Peyğəmbərlərin, imamların, övliyaların qəbiri üzərində türbə, Allah evi tikmək haramdır və onu dağıtmaq vacibdır. Hər bir vəhhabi imkanı olan halda bu türbələri və məscidləri yıxmalıdır, yoxsa böyük günah etmiş olar. Ümumiyyətlə onlar demək olar ki, islami abidələrə qarşı düşmən mövqeyi tutmaqdadırlar. Bizim qənaətimizcə bunun özü də vaxtı ilə islam düşmənləri tərəfindən onların əqidələrinə əlavə olunub. Çünki bir xalqı məhv etmək və onlara keçmişini unutdurmaq üçün onun tarixini xüsusilə tarixi yaşadan tarixi abidələri məhv etmək lazımdır.
    4. Şəfaətin və təvəssülün haramlığı.
    5. Peyğəmbərlərin, övliyaların və yaxud hər hansı bir qəbir ziyarətinə getmək haramdır.
    6. Peyğəmbərin və İmamların matəm və mövludunu qeyd etmək haramdır.
    7. Əzizlərin ölümündə ağlamaq haramdır.
    8. Ağıl, məntiq haramdır və dinə (vəhhabi ideologoyasına) ziddir.
    Sonda hörmətli oxuculardan xahiş edirik ki, yuxardakı əqidəli insanlara rast gəldikdə onların vəhhabi olmasına əmin olsunlar. Çünki əvvəldə də qeyd etdiyimiz kimi onlar indi “vəhhabi” adını qəbul etmir, özlərini “əsl müsəlman”, “Sələfi Saleh”, “Əhli-sünnət vəl-Cəmaət” adlandırırlar.
    İlahi Sən bütün haqq yoldan çıxmış insanları haqq yola hidayət et! Və əgər bu insanıar hidayət olmazlarsa onların şərlərini özlərinə qaytar.
    Müsəlmanları bütün düşmənlərin şərindən qoru. Amin Ya Rəbbəl aləmin

    sizdə məqalənizi yamehdi@box.az ünvanına göndərə bilərisiniz

    Категория: Dini meqaleler | Добавил: al-shia (20.12.2007) | Автор: kunya W
    Просмотров: 3061 | Рейтинг: 3.9/15
    Всего комментариев: 1
    16.02.2008
    1. Huseynli_E (al-shia) [Material]
    Bu mövzu FORUMda müzakirə olunur. FORUM

    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər