Bazar, 22.12.2024, 07:21
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 6
    Qonaq: 6
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Aprel » 7 » HASAN NASRULLAHİN imad MUGNİYYENİN QIRX MECLİSİNDEKİ DANIŞIĞININ TAM METNİ
    18:24
    HASAN NASRULLAHİN imad MUGNİYYENİN QIRX MECLİSİNDEKİ DANIŞIĞININ TAM METNİ
    Hizbullah Baş katibi Seyyid Həsən Nəsrullah, İmad Muğniyənin terrorist hücum nəticəsində həyatını itirməsinin 40-cı günü münasibətilə Beyrutda bir çıxış etdi.

    Bismilləhir-Rahmənir-Rahim,
    Hacı İmad Muğniyənin şəhadəti münasibətilə yenidən bir araya gəldik. O, bizi bir yerə topladı, bundan sonra da yığacaq. 40-cı günündə ona vidalaşmırıq, tərsinə onun varlığını hər zamankındən daha güclü bir şəkildə hiss edirik. O daim ağılıyla, şüuruyla, məktəbiylə, proqramıyla, əzmiylə, yüksək əxlaqıyla, xoşgörüşüylə, Allaha qulluğuyla qabaqcıl və bayraqdar olaraq aramızda daim var olacaq.

    40 gün keçdi, biz onun ailəsində də digər şəhid ailələrində olduğu kimi səbrdən, qardaşlarında müqavimət üçün onun yolunu davam etdirmə, onun hədəflərini reallaşdırma mövzusunda əzm və dayanıqlılıqdan, onun xalqında daha güclü bir yaranmadan başqa bir şey görmədik. Onun düşmənlərində isə onun ruhundan, qanından, intiqamından, yolundan və vədindən duyduqları qorxu və narahatlıqdan başqa bir şey görmədik. Bəli, böyük şəhidlər belədirlər. Böyük intiqamçılar və böyük qəhrəmanlar belə olacaqlar.
    Qardaşlarım!
    Bu gün İmad Muğniyənin şəhadətinin 40-cı gününü xatırlayırıq, bu gün müsəlmanlar və xristianlar üçün bayram qəbul edilən bir günə təsadüf etdi. Mən bu böyük bayram münasibətilə müsəlmanlara və xristianlara təbrik ərz edirəm. Bu bayramlar iki uca şəxsiyyətlə əlaqədardır. İsa Ruhullah (ə) və Allahın böyük Peyğəmbəri Məhəmməd bin Abdullah (S)… Bu iki uca şəxsiyyətin hər biri bir neçə milyardlıq bir ümmətə çevrildilər. Biz müsəlmanlar və xristianlar, xüsusilə çağımızda bu uca peyğəmbərlərin təlimlərinə hər şeydən çox daha çox ehtiyac duymaqdayıq. Bu ilahi şəxsiyyətlər, Allahın insanlığa bəxş etdiyi ən uca nemətlərdir. Bizlər onların həyatları və təlimlərindən nümunə götürməliyik. Onlardan danışdığımız zaman Allaha iman və etibardan, fədakarlıqdan, stabillikdən, xalqa xidmətdən, Qüds və Kəbədən danışırıq. Onlardan danışdığımız zaman, ilahi liderlərdən danışırıq. Ağılımızla və ürəyimizlə onlara qulaq assaq dünyadakı bütün problemlərə və təhlükələrə son qoya bilərik.
    Müqavimət və onun şəhidi İmad Muğniyədən danışmaqdan əvvəl bu ilahi şəxsiyyətlərin nailiyyətlərindən danışmaq istəyirəm.
    Daha əvvəl bəzi rəssamlar və yazarlar, Məsihə (ə) və anası Məryəmə (s) söz azadlığı bəhanəsiylə hücumda oldular. İndi də İslam peyğəmbəri Həzrəti Məhəmmədə (s) hörmətsizlik və təhqir yolunu seçiblər. O da eyni bəhanə(söz azadlığı) ilə (eyni tipli insanların) hücumların hədəfi oldu. Bu hadisəyə, hansı dindən olursa olsun bütün insanların reaksiya verməsi lazımdır.
    Allahın peyğəmbərinə iman, fərdi bir inanc məsələsidir; ancaq ona təhqir fərqli bir məsələdir və bunun söz azadlığı ilə heç bir əlaqəsi yoxdur.
    Avropaya baxın, keçmişdə, Fransada bir nazirlik vəzifəlisi İsrailli əsgərlər Fələstinli uşaqlara atəş açır deyə bir məqalə yazdığı üçün işdən çıxarıldı. Bu söz azadlığı deyilmi? Amma əgər 1 milyard 400 milyon adamın Peyğəmbəri təhqir edilsə bu söz azadlığı olur, Avropadakı bəzi nazirlər də bunu belə izah edir. Bir şey İsraillə əlaqədar olunca nədənsə bütün qadağalar ortadan qalxır? Roje Qarody kimi böyük bir filosof, xolokost məsələsini araşdırınca məhkəmə edilir, halbuki o elmi bir araşdırma ortaya qoyur. Ancaq Peyğəmbərə təhqir, qəbul edilə bilən bir şey sayılır!

    Bu məsələyə bütün dünyanın reaksiya verməsi lazımdır. Bunu bilməliyik ki, bəzi Amerikalı və Sionist qruplar, İslam dünyasıyla Xristianlar arasında Avropada böyük bir qarşıdurma çıxarmağa çalışır. Diqqətli bir gözlə baxmalı və bu hərəkətlərin arxasında kimlərin olduğunu görməliyik. Onların istədiyi və sonunda da İsraillə ABŞ-ın qazanacağı bir döyüşə girməməliyik. Reaksiya səsləri yüksək çıxmalı, bununla birlikdə bu reaksiyalarla hikmət və nəticə ortaya qoyulmalıdır. Avropalılar bu alçaqlığın arxasında kimlərin olduğunu bilməlidirlər.
    Qardaşlarım,
    Müqavimətə və İmad Muğniyənin şəhadətinə qayıtsaq, bu mövzuda diqqətinizə təqdim etmək istədiyim təməl bir məsələ var.
    İsraillilər bu gün döyüş mövzusunda hər zamankından daha ölçülü şüurlu danışırlar. Onlar, bölgə xalqlarıyla şüurlu bir döyüşdən danışırlar, doğru da söyləyirlər. Bununla birlikdə onlar şüurlu döyüşdə məntiqlə, elmlə və dəlillə danışmırlar. Qırğın, cinayət, dağıtma, terror, aclıq və mühasirə diliylə danışırlar.
    Deyirlər ki biz Qəzzaya mühasirəüslubunu tətbiq edirik; çünki Fələstinlilərə raket atmağın onlara baha başa gələcəyini söyləmək istəyirik. İsraillilər Fələstinlilərin bu şüurunu ortadan qaldırmağı və onlara bu düşüncənin səhv olduğunu göstərməyi məqsəd qoyurlar.

    Onlar izah etmək üçün qətl etməkdən, öyrətmək üçün terrordan, oyandırmaq üçün mühasirədən danışırlar. Bunlar İsraillilər üçün şüurlu döyüşün vasitələridir.
    Onlar, bütün dünya səviyyəsində hətta ABŞ-ın və Sionistlərin nüfuz etdiyi Ərəb dünyasında böyük bir Kütləvi İnformasiya gücünə sahibdirlər. Bu şüur ortadan qaldırılsa, nəticədə biz təslim olmuş olacağıq və məğlub olacağıq. Onlar bu qanlı döyüş yoluyla bizim zəif və aciz olduğumuzu söyləmək istəyirlər. Onlar bizə bizim zəfər mövzusunda heç bir ümidimizin olmadığını söyləyirlər, onlara görə biz ümidsizliyə qapılıb yox olmalıyıq.
    Deyirlər ki bütün dünya sizə arxasını çevirdi, Qəzzada və ya Kanada sizlər öldürülərkən, dünya sizinlə əlaqədar heç bir şey söyləmir. Sizin və müqavimətinizin heç bir gələcəyi yoxdur; çünki İsrail, heç bir gücün ona təsir qoya bilməyəcəyi əbədi bir gücdür və İsrailə qarşı göstəriləcək hər cür müqavimət məğlub olmağa məhkumdur.
    Ondan sonra da təəssüf ki, bəzi zəif kəslər, müqavimət mövzusundakı zəifliklərini etiraf etmək yerinə gerçəyi dəyişdirərək "müqavimət, ağıl və məntiqdən uzaq bir variantdır" deyirlər.
    Yaşlı biri işğalçılarla mübarizə edəcək olsa onun mübarizəsini "ölüm mədəniyyəti" deyə xarakterizə edirlər. Onlara görə həyat mədəniyyəti, qan tökücü düşmənlə necə yaxşı dolanaram və razılaşaram və yaxşı bir qonşu olaram və birlikdə yaşayaram mədəniyyətidir.
    Məğlub ya da satılmış qələmlər, pisliklərlə və şübhələrlə iş başındadır. Bəzi köhnə intiqamçılar, cihadçılar və müqavimətçilər (əgər onlara müqavimətçi demək olarsa ) mövqelərini dəyişdirdiklərinə görə çox pis və şərəfsiz yolu seçiblər. Onlar məğlubiyyətdən və özlərinin məğlub, ölü ruhlarından danışarlar; ancaq bu ruh heç bir zaman Livan xalqının və bizim ümmətimizin ruhu olmadı.

    Bəli, biz də əvvəllər Sionistlərlə şüurlu döyüşdük. Biz bu şüurlu döyüşdə yalnız müdafiə etməkdə və ya cavab reaksiyası ilə kifayətlənmədik, hərəkət etdik və ya hücum etdik.
    Bu gün sizin övladlarınız, sizin müqavimətiniz, İmad Muğniyə, Livanda və Fələstində İsrail timsalında yeni bir şüur yaratdı. Livanda və Fələstində Sionistlərlə mübarizə, böyük uğurlar əldə etdi.
    Keçmişə dönək…
    1982: Bu dövrdə sual bu idi: İsrailə qarşı mübarizə edilə bilər və onlara qarşı müqavimət göstərilə bilərmi? O dövrdə söz mövzusu olan şey, İsraillə döyüşün bir dəlilik olduğu idi. Livandakı müqavimət hərəkatları 1982-dən 2000-ə qədər bu şüuru əldə etdi. Bəli, dünyanın hər hansı bir yerindəki azad bir millət, mübarizə edə bilər, müqavimət göstərə bilər, silaha sarılıb düşməni üç gün ümumi yas elan etməyə məcbur edə bilər. Bu şüur Sionistlərlə bizim aramızda meydana gəldi.

    Sonrakı mərhələdə dedilər ki, müqavimət, Livanın müqaviməti ola bilər və Livanlı gənclər silaha sarıla bilər ; amma məğlubedilməz bir ordunu məğlub edə bilərmi? Bu mümkün deyil… Bu, Ərəb ordularını məğlub etmiş bir ordudur, bütün dünyadan dəstək görməkdədir. Bu şəkildə bizim şüurumuzu yaralamağa çalışdılar. Təbii olaraq İsrailin zəfərlərini, Ərəblərin uduzmalarını (məsələn 1967 döyüşü ki, bunun adına döyüş belə deyilməz) nümunə olaraq göstərdilər.

    Daha sonra İsrailin imkanlarından danışdılar və düşməni böyük göstərməyə bizi də gücümüzdən şübhəyə salmağa çalışdılar. Bu döyüşü də biz, 2000-ci ildə zəfərlə nöqtələdik. 25 May 2000-də böyük və strateji bir zəfər qazandıq və İsrail ordusu cənub Livandan çəkildi. Lakin bu bir mədəniyyət və zehniyyət zəfəri idi və bunun cavabı 1982-ci ilin gizli cavabı idi. Bint Cubaylda 25 May 2000-də bu ordunun yenilə biləcəyi və bunun mümkün olduğu isbat edildi.

    Müqavimət 2000-ci ildə bir İsrail zabitinin və əsgərinin gerçək görünüşünü dünyaya göstərdi. Bu, böyük bir qələbə idi və bunun Fələstindəki təsirləri də son dərəcə yaxşı oldu.
    2000-ci ildən sonra sual dəyişdi. 2000-ci ildəki zəfərdən sonra artıq Ərəb dünyası İsrail ordusu ilə mübarizə edilə bilərmi deyə soruşmur. İsrail ordusuna qarşı qoyula bilərmi və o yenilə bilərmi deyə bir sual artıq söz mövzusu deyil. Bundan sonra artıq yalnız bu sual var:
    İsrailin yox edilməsi mümkündürmü?
    2000-ci ildən əvvəl bu sual qeyri-mümkün idi. İlk və ikinci intifadadan və Livan Müqavimətindən əvvəl bu sual bir növ xürafə və dəlilik idi. Buna görə də bir çox Ərəb planı və milli və inqilabçı plan dəyişdirildi. Dedilər ki gəlin həqiqi olaq, bizə 1967-də verilənlərlə kifayətlənək.
    Bununla birlikdə 2000-ci ildən sonra bu sual aktuallaşdı. Mən deyirəm ki 2006-da bu suala yeni və güclü bir cavab verildi. Çünki 2006-dakı döyüşdə ordu bizim torpaqlarımızda deyildi ki ona etiraz edəydik. Tərsinə Müqavimət, hücum edən bir ordu kimi, onu məğlub etdi və Sionist orduyla onların siyasi liderlərinin gerçək çöhrəsini göstərdi.

    İsrailin görünüşü özləri baxımından olduqca açıqdır. Bombalanmağa, köçə və digər yerə sığnmağa dözümü olmayan bir millət, 33 gün boyunca bombalanmağa və digər yerə sığnmağa dözmək məcburiyyətində qaldı. Halbuki Fələstin və Livan xalqı 60 ildir bunlara dözürdü. İsraillilər buna 33 gün dözüm edə bilmədilər və necə ki döyüş İsrailin məğlubiyyətilə sona çatdı. İçəridəki vəziyyətin çöhrəsi də beləcə ortaya çıxmış oldu və beləcə yeni suala cavab vermək imkanı doğuldu.
    Görəsən, İsrail yox edilə bilərmi? Bəli edilə bilər, bu mümkün…
    Buna görə Hacı İmad Muğniyənin şəhadətindən sonra mən bu nöqtəni qəti və ilahi bir qanun olaraq xatırlatdım və bu şəkildə nəticələnəcək bir silsilə faktor sıraladım.
    Bəziləri mənim mədəniyyət və mədəniyyətdən uzaq sözlər söylədiyimi ifadə etdilər. Bəzi elmi mərkəzlər sorğular keçirdilər. Bu sorğular qəzetlərdə də nümayiş olunur. Hacı İmadın şəhadətindən sonra bəzi suallar aktuallaşdı. Mən indi iki sualdan və bunların cavablarından danışacağam.

    Sual 1: Sionist rejimin sonu üçün fəaliyyət göstərməyi təsdiqləyirsinizmi?
    Bu sual, sionistlərin sonunu istəyirsinizmi sualından fərqlidir. Bu sual, Sionist rejimin sonu üçün fəaliyyət göstərməyi istəyirsinizmi sualıdır.
    Bu sual Livanda söz mövzusu oldu və bu iki tərəfə ayrılmağa səbəb oldu. Döyüşün xaricinə çıxdı və bu suala Livandakı bütün istiqamətlilərin cavabı bu oldu:
    Sünnilər, 90.3 faiz İsrailin məhvi üçün addımları dəstəkləyir.
    Xristianlar, 70.4 faiz bu fəaliyyətləri təsdiqləyirlər.
    Dürzilər, 66 faiz bunu təsdiqləyirlər. Bunlardan bəziləri də İsrail deyil Suriya bizim düşmənimizdir deyir (Velid Canbolata kinayə).
    Bu döyüşlərdə ən çox qurban verən Şiələr 94.3 faiz bu fəaliyyətləri təsdiqləyir.
    Bu inanc, İmad Muğniyənin şəhadətinin böyük həqiqətindən uzaqdırmı?

    Anketin ikinci sualı yüzdə 50-lik təsdiq belə qəbul edilə bilər bir şeydir.

    Siyonist rejim çökmə ərəfəsindədirmi?
    Livanlıların 55 faizi Sionist rejimin çökmə ərəfəsində olduğuna inanır. Bu təmiz bir nəticədir.
    Onlar, İmad Muğniyə terroruyla bizi ümidsizliyə salmaq və bizim zəif və yenilə bilər olduğumuzu söyləmək istədilər. Onlar bizim şüurumuzu ortadan qaldırmağa çalışdılar. Lakin biz İmam Xomeyni məktəbinin şagirdləriyik. O deyərdi ki bizi öldürün; ancaq bunu bilin ki bizim xalqımız daha da güclənirlər.
    Qardaşlarım,
    İsrail, zəiflik, qorxu və məğlubiyyətə doğru gedir. Keçən həftələrdə Qəzzada qanlı döyüşlər yaşandı. Bəzi Sionistlər bunu Qəzza xolokostu olaraq xarakterizə etdi. Dünya və Ərəblər müdhiş bir susqunluq içində idi. Lakin görəsən 2006 döyüşündən ibrət götürən Olmert, Barak və Eşkenazi, Qəzzada öz planlarını tətbiq edə bilərmi?
    Vinogradda və hər yerdə zikr edilən Livan döyüşünün ibrət verici nöqtələrindən biri də bu idi: Olmert, məsələni böyüdür və reallaşması mümkün olmayan hədəflərdən danışır.
    İbrət götürdülərmı? Qəzzaya bir baxın. Onlar gedib Qəzzanı muhasirəyə aldılar. Qəzza zatən uzun zamandır muhasirə və bomba altında… Qəzzaya gedib muhasirə etdilər; ancaq heç bir dərs almadılar.
    Olmert, Qəzzayla əlaqədar olaraq iki hədəf seçdi. Birincisi Fələstinlilərin Yəhudi məskunlaşma mərkəzlərinə istiqamətli mərmi hücumlarının qeydsiz şərtsiz dayandırılması, ikincisi də Həmas hökumətinin yıxılması.
    Bu iki hədəf onların rəsmi olaraq dilə gətirdikləri hədəflər idi. İsraillilər əməliyyatlarını başlatdılar və Livanda olduğu kimi bu əməliyyatların ən böyük qurbanları sıravi insanlar oldu. Livanda da xalqın Müqavimətə qarşı reaksiya verəcəyini və beləcə Müqavimətin məğlub olacağını sandılar. Eyni şəkildə Qəzzada da xalqın nümayiş edəcəyini və Həmas hökumətinin yıxılacağını sandılar. Əksinə xalq, İsrailə qarşı nümayiş etdi və dünyanı onlara dar etdi.
    Mərmilər atılmağa davam etdi. Fələstinlilər, özlərini müdafiə etmə mövzusunda mərmidən başqa bir şeyə qadir deyillər. Başqa variantları olsa problem yox idi; amma başqa variantları yox idi. İsraillilər, mərmi hücumunu qəti; Fələstinlilər isə siz də qırğınları dayandırın deyir. Bu mərmilər, Fələstinli ailələri və evləri qorumanın tək vasitəsi… Mərmi hücumunu dayandırmağı istəməyin heç bir məntiqi yox əslində…
    Nəticədə əməliyyatlar dayandı və bu hədəflərdən heç biri gerçəkləşdirilmədi. Şəhidlər verildi, evlər dağıdıldı. Fələstinli liderlər zəfərdən danışdılar, bu doğrudur. Lakin bəziləri bunu eynilə Livanın zəfəri kimi kiçik gördülər; çünki onların zəfərə dözümü yoxdur. Halbuki bu cür şərhlərlə gerçəklər dəyişdirilə bilməz.
    Bunu demək istəyirəm ki İsraillilər, bizim zənn etdiyimizin əksinə keçmişdən heç ibrət götürmürlər, buna görə də Qəzzada quru hücumu tənzimləməyə cəsarət edə bilmirlər. Çünki ən kiçik bir ziyanda geri çəkilirlər, işdə İsrail ordusunun gerçəyi budur.

    Fələstinli qardaşlarımızdan qorxan İsrail ordusu, Fələstinlilərə görə çox fərqli imkanlara sahib olmaqlarına baxmayaraq bizi cənub Livana hərbi əməliyyat təşkil etməklə hədələyir.

    Mən Fələstinli qardaşlarıma deyirəm ki, siz son zəfərə, bölgənin çöhrəsinin dəyişməsinə bölgə xalqlarının arzularının reallaşacağı günə şahid olacaq bir nəsilsiniz.
    İsrailli Sionistlərə gəlincə… Sizə də bunu söyləyirəm: Hacı İmadın şəhadətinin yeddinci günündə dediyim kimi siz dəhşət içindəsiniz və narahatsınız. Yalnız işğal altındakı torpaqlarda deyil, bütün dünyada qorxu içindəsiniz.
    İcazə verin qorxsunlar, davamlı olaraq bizim millətə daddırdıqları qorxunu özləri dadsınlar.
    Livanda bəzi qorxular meydana gəldi. Bəziləri qorxu və narahatlıqları böyütməyə çalışdı. Belə bir döyüş ehtimalına söykənən bəzilərinin xalqı qorxuya şövq etməsi təbiidir. ABŞ döyüş gəmiləri Livan sularına gəldiyi zaman, bəziləri həyasız bir şəkildə sevinclərini önə çəkdirdilər. Rays, "bu döyüş gəmiləri mənfəətlərimizi və müttəfiqlərimizi qorumaq üçündür" dedi. Xalqın narahat olması təbiidir.
    Bəziləri gecə gündüz, ABŞ-ın İrana və ya İsrailin Suriya ilə müharibə edəcəyi təbliğatını edərkən bütün bölgədə qorxu atmosferi meydana gəlir. Bəziləri, bir çox adamın bölgədən qaçdığını söyləyir. Bunlar yalan sözlərdir. Bu yalnız prixoloji döyüşdür.
    Döyüş məsələsi son dərəcə sadədir. Burada bu mövzunu analiz edəcək deyiləm. Lakin bunu söyləyə bilərəm ki ABŞ və ya İsrail, İrana, Suriyaya və ya Livana o qədər asanca döyüş aça biləcək vəziyyətdə deyil.
    2006 ili əvvəli ilə sonrası olduqca fərqlidir. Qəzza təcrübəsi də bu məntiqi gücləndirir.

    Bu gün döyüşdən danışanlara deyirəm ki, mən heç bir ehtimalı uzaq görmürəm; lakin döyüş əyləncə deyil. İsraillilər bunu başlatma qərarını o qədər asan verə bilməzlər; çünki Livanda Müqavimət gücləri, müqavimət mədəniyyəti, müqavimətçi şəhidlərin qanı və müqavimətçi bir xalq vardır. Ümumi cəmdə yüzdən 85 faiz Sionist rejimin aşması üçün fəaliyyət göstərməyi təsdiqləyən bir xalq vardır. Bu, Livan xalqıdır. Bu, bizim cənub cəphəsi açdığımız mənasında deyil. Kimsə, Sionist rejimi aşırtmağın yalnız Livanlının məsuliyyətində olduğunu söyləmir; lakin bu bir düşüncə, mədəniyyət və şüurdur.
    Başqa sözlə İsrail bunu bilməlidir ki küçələrdə axan qanlarımız yerdə qalmayacaq. Şəhidimizin qanını tökənlər cəzalandırılmalı və bunun ağrısını dadmalıdır. Çünki biz "qisasda sizlər üçün həyat vardır" qanununa iman edən bir millətik.
    Qisas olacaq və bunun yerini və zamanını, necə və nə şəkildə olacağını biz təyin edəcəyik.
    Qardaşlarım,
    Hacı İmadın ruhu bu gün müqavimətdə hər zamankından daha güclü bir şəkildə var olmaqdadır, bu varlığın bərəkətiylə müqavimət içindəki əzm daha da güclənməkdədir. Biz onun zəhmət çəkdiyi və o yolda şəhid olduğu hədəflər üçün etdiyimiz fəaliyyətləri davam etdirəcəyik.
    Əsirlər və onların azadlığa qovuşmaları əhəmiyyətlidir. Hacı İmad şəhid oldu deyə biz müzakirələri dayandırmadıq. Bunu davam etdiririk; çünki Şəhid İmad Muğniyənin ən böyük arzularından birini yerinə yetirmək və əsir qardaşlarımızı ailələrinin yanında görmək istəyirik.
    Biz bütün müdafiə etmə qüvvətlərimizi Livan ordusunun və gerçək müstəqilliyə inanan kəslərin yanında gücləndiririk və torpaqlarımızı müdafiə edirik.
    İsraillilər bir neçə gün içində İmad Muğniyə səviyyəsində bir komandirə terrorist hücum təşkil etməklə necə bir axmaqlıq etdiklərini görəcəklər.
    Daxili məsələlərlə əlaqədar olaraq da bunu söyləyim ki, hər hansı bir şeyə ümid bağlamadan Ərəb zirvəsinə baxırıq.
    Bəziləri, zirvədən sonrakı şərtlərlə əlaqədar olaraq xalq arasında qorxu və narahatlıq yaratmaq istəyirlər. Şam zirvəsinin əvvəliylə sonrasının heç bir fərqi olmadı. Biz siyasi həll yoluna inanırıq və Livanı böhrandan çıxaracaq hər cür siyasi planı dəstəkləyirik. Buna görə də kimsənin müxalifət liderlərinin sözlərini müzakirəyə açmağa haqqı yoxdur.
    Müxaliflər Livanın yaxşılığını istəməkdədir və bu mövzuda da bir çox açıqlama verdilər.
    Bəzi Ərəblərin və Qərblilərin müxaliflərin tələblərini məntiqsiz qəbul etməmək tələbləri isə son dərəcə təəssüf edicidir. Bizim ən böyük tələbimiz, ədalətli bir seçki qanunu və gerçək iştirakdır. Bu məqbul deyilsə məqbul olan nədir? Biz bu ölkəni tərk edib Amerikalılara həvalə etməyəcəyik.
    Qapılar, Ərəb zirvəsindən sonra da hər cür təşəbbüsə açıq olacaq. Ümid edirəm bu zirvə Livan üçün bir həll yaradar.
    Bu mövzuda bəzi müxalif liderlərin tələbləri və bütün müxalif güclərdən birləşmiş bir sistem yaratmaq səylərinə biz Hizbullah olaraq dəstək veririk.
    Əvvəlki mərhələdə müxaliflər, milli çərçivədə səfflərini birləşdirməyə və gələcəkdəki problemlərlə mübarizə etməyə ehtiyac duymaqdadır.
    Qardaşlarım,
    İmad Muğniyə, əsla unudulmayacaq, İmad Muğniyə, həyatıyla, cihadıyla və mübarizəsiylə olduğu kimi bu gün də şəhadəti ilə bizimlə olacaq və biz onun yolunu davam etdirəcəyik.
    İmad Muğniyənin müqavimətində zəfərdən və qürurdan başqa bir şey görülmədi.
    Категория: Dünyada | Просмотров: 1123 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər