Bazar, 22.12.2024, 07:16
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 3
    Qonaq: 3
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Aprel » 21 » UN SATIŞINA QADAĞA QOYULDU
    09:15
    UN SATIŞINA QADAĞA QOYULDU
    Düyü 80 faiz bahalaşdı



    Dünyada yaranan taxıl qıtlığı və ərzaq çatışmazlığı Azərbaycana da öz təsirlərini göstərməkdədir. Dükan və bazarlarda düyü, un və un məhsullarının qiyməti kəskin artıb. Əvvəllər 88 qəpiyə satılan düyülər artıq dünən axşamüstündən başlayaraq 1 manat 60 qəpiyə, 2 manat 20 qəpik olan düyülər isə 4 manata satılır. Bundan əlavə, elə dünəndən başlayaraq ölkədə un satışı demək olar ki, dayandırılıb. Redaksiyamıza telefon açan oxucularımız təlaşla bildirirdilər ki, onlara satış nöqtələrində un satmaqdan imtina ediblər: “Söylədilər ki, un yoxdur”.
    Ekspertlər düyü və taxıl məhsullarının qiymətindəki artımların bundan sonra da davam edəcəyini proqnozlaşdırırlar. Əslində baş verən proseslər hökumətin iddia etdiyi kimi, ölkənin heç də kifayət qədər taxıl və un ehtiyatına malik olmadığını göstərir. Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi Qazaxıstan hökumətinin sentyabrın 1-dək xaricə taxıl satışına qadağa qoymasının Azərbaycana təsiri olmaycağını iddia edir. Bunu da ötən il ixracdan bütünlüklə asılı olmamaq üçün lazımi addımların atılması ilə əsaslandırırlar. Qeyd olunur ki, bu il ölkədə buğda və taxıl istehsalının həcmi 2007-ci illə müqayisədə 20-25 faiz çox olacaq. 2008-ci ildə ölkədə 2,5 milyon ton taxıl yığılacağı gözlənilir.
    Bu arada qeyd etmək yerinə düşər ki, Azərbaycanın indiyə qədər buğda idxal etdiyi ölkələrdə - Rusiyada 3-cü dərəcəli buğdanın hazırkı qiyməti 350 dollar, Qazaxıstanda isə 390 dollar təşkil edir.
    Sonda qeyd edək ki, paytaxtda və bütövlükdə ölkədə yaranmış vəziyyət vətəndaşlarımız arasında ciddi narahatlıq doğurur. İndi hamı çalışır ki, öz evində bir qədər ərzaq ehtiyatı yaratsın. Bununla da una və düyüyə olan tələbat kəskin şəkildə, həm də süni olaraq artır. İnsanlarımız bu iqtidara arxayın deyillər: bu səbəbdən də hamı başının çarəsinə özü baxmaq qərarına gəlib.
    Siyasi eksperlərdən bəzilərinin qənaətinə görə, belə vəziyyət Azərbaycanı xaosa sürükləyir./yeni musavat/
    Категория: ÖLKƏMİZDƏ | Просмотров: 1105 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər