Главная » 2008 » Aprel » 21 » XANKENDİDE ACLARIN QİYAMI
09:25 XANKENDİDE ACLARIN QİYAMI |
Separatçı rejimin vətəndaşları “prezident” Saakyanın iqamətgahına hücum etdilər
Srağagün Dağlıq Qarabağın mərkəzi şəhəri Xankəndi küçələrinə çıxmış yüzlərlə qarabağlı erməni qiymətlərin bahalaşmasına etiraz olaraq aksiyalar keçiriblər. Aksiya iştirakçıları Qarabağdakı separatçı rejimin lideri Bako Saakyanın iqamətgahının qarşısına qədər yürüyüblər. Burada onları hərbçilər və milis qarşılayıb. Bahalaşmaya etiraz edənlərlə milisin toqquşması nəticəsində aksiya iştirakçılarından 5 nəfər yaralanıb, 14 nəfər həbs olunub. Dağlıq Qarabağda yeni yaradılmağa başlanan “Demokratik İslahatlar Uğrunda” və “Demokratik Qarabağ” hərəkatlarının təşkil etdiyi bu aksiyanın məqsədi ərzaq məhsulları, enerji, kommunal tarifləri və yanacağın bahalaşmasına etirazdı. Xankəndidəki rejimin “Daxili İşlər Nazirliyi” hadisə ilə bağlı heç bir bəyanat verməyib. “Demokratik Qarabağ” hərəkatının təşkilat komitəsinin sədr müavini Haruyr Poqosyanın dediyinə görə, Xankəndidəki hakimiyyət mənsubları yerli xalqın etirazını hər vəchlə gizlətməyə çalışır.“Biz aksiya keçirəndə orada Ermənistan və ya xarici ölkələrin heç bir jurnalisti yox idi. Saakyanın adamları kütləvi informasiya vasitələrinin nümayəndələrini aksiyaya buraxmamışdılar. Telekanallardan da kimsə gözə dəymirdi. Amma biz nümayişlərimizi davam etdirəcəyik. Qiymətlər az qala hər həftə qalxır. İndi Dağlıq Qarabağda 3 nəfərdən ibarət ailənin normal yox, alababat yaşaması üçün ayda ən azı 500 dollar gərəkdir. Lakin belə ailələrin tam əksəriyyətinin aylıq gəliri 200 dollardan çox deyil. Yaxşı yaşayanlar yalnız məmurlar, hərbçilər, milis və biznesmenlərdir. Biz də belə həyata etiraz edirik, islahatlar tələb edirik”, - H.Poqosyan “Kroonq” agentliyinə bildirib.
Dağlıq Qarabağdakı bahalaşmanı separatçı rejim də dünən etiraf edib. Xankəndidəki “Milli Statistika Xidməti”ndən “Regnum”a verilən məlumatda bildirilir ki, ötən ay Dağlıq Qarabağda istehlak qiymətləri indeksi 2007-ci ilin dekabrı ilə müqayisədə 103,2 faiz təşkil edib. Spirtli içkilər və tütün məmulatları da daxil olmaqla ərzaq məhsullarının qiymətlərində artım 104.6 faiz, qeyri-ərzaq məhsullarında - 101.7 faiz, xidmətlər üçün tariflərdə isə 101.2 faiz olub. Tərəvəz və kartof, un məmulatları və çörək , süd və ət məhsulları da bahalaşıb.
“Dağlıq Qarabağda aclıq təhlükəsilə üzləşən insanların küçələrə çıxıb etiraz aksiyaları keçirmələri təəccüblü deyil. Oradakı hakimiyyət özünü müstəqil dövlət saysa da, qarabağlı ermənilər yalnız Ermənistanın hesabına işləyir və yaşayırlar. Dağlıq Qarabağ Ermənistan iqtisadiyyatının vücudundakı bədxassəli şişdir, çünki qarabağlı ermənilərin rəhbərləri hələ də normal iqtisadi idarəetmənin nə olduğunu bilmirlər” deyə, A.Poqosyan söyləyib./yeni musavat/
|
Категория: Dünyada |
Просмотров: 1164 |
Добавил: media-islam
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|