Bazar ertesi, 23.12.2024, 12:38
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Aprel » 25 » «AZERBAYCAN-İSRAİL DOSTLUQ XİYABANI» İDEYASININ ÖZÜ PROVAKASİYA XARAKTERLİDİR
    19:13
    «AZERBAYCAN-İSRAİL DOSTLUQ XİYABANI» İDEYASININ ÖZÜ PROVAKASİYA XARAKTERLİDİR
    İçərişəhər «Cümə» məscidi dini icması və DEVAMM (Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi) mayın 8-də «Azərbaycan-İsrail dostluq xiyabanı» açmaq barədə səslənən fikirləri kəskin surətdə pisləmişlər


        DEVAMM-ın sədri, İçərişəhər «Cümə» məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlunun yaydığı bəyanatda bildirilir ki, Qarabağ və Fələstin dərdi çəkən millətimizin ən ağrılı nöqtələrindən biri məhz mayın 8-i tarixidir. Bu – azərbaycanlılığın simvollarından biri olan qədim Şuşanın erməmi quldurları tərəfindən işğal edilməsi tarixidir. Həmin tarixdə sionist rejimi təmsilçilərinin Vətənimizdə hansısa «dostluq xiyabanı» açmaq planları sırf provokasiya xarakteri daşıyır. Belə görünür ki, məqsəd – xalqımızın qan yaddaşını untdurmağa doğru daha bir addım atmaqdır. Zira, davam edən Fələstin işğalı, Qəzzanın faşistcəsinə blokadası, dinc əhalinin qanına qəltan edilməsi fonunda sionist rejim təmsilçilərinin dostluqdan dəm vurması, əslində ümmətdaxili təfriqə salmaq niyyətinin təzahürüdür.

        Eyni zamanda, sionist rejim ictimaiyyətin diqqətini öz qanlı cinayətlərindən yayındırmaq planlarını realizə edir. Hesab edirik ki, mütərəqqi dünya ictimaiyyəti son zamanlar baş verən olaylara dair öz qəti qiymətini verməlidir. Erməni lobbisi üzdəniraq «soyqırım» şouları vasitəsilə öz qanlı əməllərini unutdurmağa çalışdığı kimi, sionist lobbisi də bu cür çeşidli planlardan yararlanaraq, Qüdsün inləyən səsini batırmaq istəyir.

        Bəşəriyyət artıq  XXI əsrdə yaşamasına baxmayaraq, sionistlər və erməni daşnakları tərəfindən orta əsrlərə xas qəddarlıqla insan haqlarının davamlı və sistemli pozulmasının, ümumbəşəri qanunların tapdanmasının şahididir. Hər bir vicdanlı insan istər Ermənistan tərəfindən Azərbaycan torpaqlarının davam edən işğalına, istərsə də sionistlərin Fələstinin işğalına və dinc əhalinin qətliamına qarşı səsini ucaltmalıdır.

    Категория: ÖLKƏMİZDƏ | Просмотров: 1178 | Добавил: al-shia | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər