Şenbe, 21.12.2024, 20:54
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 4
    Qonaq: 4
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Aprel » 27 » israil ESGERLErinin ssenarisi
    15:18
    israil ESGERLErinin ssenarisi
     
    İsrail ordusunun işğalında olan Fə­ləstinin Əl Xəlil şəhərində qulluq edən əsgərlər fələstinlilərə verdikləri əziyyətləri və işgəncələri belə şərh edirlər.
    Keçmiş əsgər Yahuda Şaulun İsrail ordusunun törətdiyi cinayətləri İsrail xalqına açmaq məqsədi ilə yaratdığı "Səssizliyi qırmaq" (Breaking the Si­lence) qrupu, bu gün nəşr edəcəyi bir hesabatla Hebronda 2005 -2007 ara­sında qulluq edən 39 əsgərin etiraflarını açıqlayacaq.
    Hazırda şəhərdə yaşayan yəhudiləri qorumaq məqsədiylə Əl Xəlildə tapılan və Küfr Briqadasında 2 il qulluq edən İsrail əsgərlərinin bəyan etdiyi qanları damarlar­da donduran cəza üsulları:

    KİMİ GÖRSƏNİZ, VURUN

    "Bir gün tayfalar arasında döyüş olduğu xəbəri gəldi. Komandirimizlə bölgəyə getdik. Bizə, kimi görsək vurmağımızı söylədi. Önümüzə kim gəlsə döyürdük. Əs­gər olduğumuzu anlamadılar. Bir-birləriylə döyüşdüklərini sanırdılar".
    "Bir dəfə bizə daş atan bir qrupla qarşılaşdıq. Hamısı 14-16 yaşında idi. Əlimizə 10 yaşında bir uşaq keçdi. Komandirimiz bizə daş atanları cəzalandırmaq tapşırığı vermişdi. Bu uşağı əvvəl faciəvi şəkildə döydü. Daha sonra boynundan tutaraq yer­də açılan çuxurları tək-tək göstərdi və "hansında ölmək istəyirsən" deyə soruşur­du. Uşaq ağlayaraq "xeyr, ölmək istəmirəm" deyirdi.
    Bu sırada uşağın ailəsi və qonşuları ətrafımızı qucaqladı. Komandir, silahını çək­di və uşağın ağızına soxdu. Və hər kəsə "yaxınlaşsanız uşaq öləcək. Heç zərrə qə­dər də narahatlığım olmaz" deyə qışqırdı. Uşağın anası qonşulara və ərinə heç bir şey etməmələri üçün yalvardı."
    "Evləri seçərək atəş təlimi edirdik. Hər hansı bir evi seçib, daha sonra onu top atəşləriylə yıxırdıq. Ən sevdiyimiz oyun isə mərcləşmək idi. Fələstinli gəncləri bir divara düzürdük. Sonra da arxalarını çevirir və "qıçlarınızı açın" deyə qışqırırdıq. Ki­min seçdiyi gənc düşmədən qıçlarını ən çox açsa o qazanırdı.
    Bir də boğma oyunu vardı. Yenə gəncləri yığırdıq və hər kəs bir adam seçirdi. Sonra da onların boğazlarını tək-tək sıxırdıq. Kim ən uzun müddət huşunu itirmə­dən nəfəsini saxlayırdısa, o qazanırdı."

    DÜKANLARI SOYURDUQ

    "İstədiyimiz dükana gedib istədiyimiz şeyləri götürürdük. Bir avto səs sistemi satan dükan vardı. Əsgərlər oraya gedib dinamik, avto maqnitofon-filan götürür­dü. Dükan sahibi bir şey söyləsə, dükanını bağlamaqla hədələyirdilər. Onlardan bi­ri yalvara-yalvara deyirdi: "Heç olmasa ayda 10-dan çox maqnitofon götürməyin. Ac qalıram!" Oradan götürdüklərini İsrailə dönüncə satırdılar.
     
    Категория: Dünyada | Просмотров: 1172 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər