VƏHHABİLƏR İSLAM DİNİNİN ARDICILLARI DEYİLLƏR Hacı Namiq Babaxan: "Millət vəkili Rəbiyyət Aslanova bilmədiyi məsələdən danışıb, «vəhhabilik» İslam düşmənləri tərəfindən müsəlmanları parçalamaq, dini gözdən salmaq məqsədi ilə yaradılan, din pərdəsi altında fəaliyyət göstərən hərbi, siyasi cərəyandır" “Vəhhabilər İslam dininin ardıcılları kimi fəaliyyətlərini davam etdirirlər. Əgər onlar dövlət və dövlətçilik əleyhinə hər hansı işlərlə məşğul olmurlarsa və cinayət törətməyiblərsə fəaliyyətləri qadağan oluna bilməz”. Bu barədə Milli Məclisin İnsan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova “Trend”ə açıqlamasında bildirib. Onun fikrincə, dini sahədə qadağalar daha mənfi proseslərin baş verməsinə səbəb ola bilər: “İslam dininin ardıcılları kimi fəaliyyət göstərən həmin şəxslərdən kimsə dövlət əleyhinə fəaliyyət göstərərsə və cinayət törədərsə, onlar dini cərəyanın nümayəndəsi kimi yox, vətəndaş kimi qanunla cəzalandırıla bilərlər”. R.Aslanova hesab edir ki, Azərbaycanda dövlət üçün təhlükə yaradan dini qruplar yoxdur və yaxın gələcək də də olmayacaq: “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycanda olan dini icmaları qeydiyyatdan keçirir və dini qrupların fəaliyyəti haqda məlumatlıdır”. Komissiya sədri qeyd edib ki, hazırda dünyada olan radikal dini cərəyanların müxtəlif ölkələrdə yayılması prosesi gedir. Bu məlumatı Yeni Musavat qəzeti yayıb. Millət vəkilinin dedikləri ilə bağlı www.birlik-az.org saytına məlumat verən Dünşünas Hacı Namiq Babaxan isə məsələyə belə münasibət bildirib ki, millət vəkili Rəbiyyət Aslanova bilmədiyi məsələdən danışıb, «vəhhabilik» İslam düşmənləri tərəfindən müsəlmanları parçalamaq, dini gözdən salmaq məqsədi ilə yaradılan, din pərdəsi altında fəaliyyət göstərən hərbi, siyasi cərəyandır. Onların həyata keçirdiyi cinayətlər tutduqları ideoloji yoldan qaynaqlanır. Ölkəmizdə də həbs olunan vəhhabilər əqidələrinə görə cinayət törətdiklərini etiraf edirlər. İndi bunları xalqdan gizlətmək mənasızdır. Təbii ki, hər bir cinayət hər hansı bir səbəbdən baş verir. Vəhhabilərin törətdiyi cinayətlərinin səbəbi onların azğın əqidəsidir. Bu gün müasir dünya cinayətin səbəblərini araşdırıb aradan qaldırmaqda maraqlıdır. Ölkəmizdə isə buna maraq göstərilmir, vəhhabiləin cinayətlərinin səbəbi ört-basdır edilir.
|