Главная » 2008 » May » 1 » QARABAG
|
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı mayın 8-də "Azərbaycan-İsrail dostluq parkı"nın açılış mərasimi keçirilməsinin nəzərdə tutulması ilə əlaqədar ölkənin XİN rəhbərinə müraciət edib
Məktubda parkın açılış gününün Şuşanın işğalı günü ilə üst-üstə düşməsindən narahatlıq ifadə olunur. Belə bir gündə təntənəli mərasim keçirilməsi "şəhidlərin ruhuna təhqir", həmçinin "Azərbaycan xalqına qarşı hörmətsizlik" olar. Bu səbəbdən tədbirin keçirilməsi yolverilməzdir, deyə məktubda qeyd edilib. Nağı bildirir ki, bu məsələ ilə bağlı İsrailin Azərbaycandakı səfirliyinə də müraciət edib, burada ona bildiriblər ki, mərasimin tarixi XİN ilə razılaşdırılıb.
"Biz inanmaq istəmirik ki, XİN-in hər-hansı təmsilçisi bu tədbirin həmin tarixə təyin olunmasına razılıq versin", - deyə məktubda qeyd edilib. Müraciətdə həmçinin araşdırma aparılması və belə rüsvayçı hadisənin vaş verməməsi üçün ciddi tidbirlər görülməsi xahiş olunur./TURAN/
|
Категория: ÖLKƏMİZDƏ |
Просмотров: 1236 |
Добавил: media-islam
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|