Şenbe, 21.12.2024, 19:47
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 37
    Qonaq: 37
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » May » 3 » «FATOĞLU» UN ŞİRKeTİ TAXIL EHTİYATI QURTARDIĞINA GÖRe FeALİYYeTİNİ DAYANDIRDI
    08:11
    «FATOĞLU» UN ŞİRKeTİ TAXIL EHTİYATI QURTARDIĞINA GÖRe FeALİYYeTİNİ DAYANDIRDI
    Taxıl qıtlığıyla üzləşən ölkənin iri un istehsalçılarından biri olan «Fatoğlu» şirkəti fəaliyyətini müvəqqəti dayandırıb



     Şirkətin baş mühasibi İlham Xəlilov «Azadlıq» radiosuna bildirib ki, onların buğda ehtiyatı qurtardığı üçün dayanmağa məcbur olublar. Əsasən Qazaxıstandan taxıl gətirdiklərini deyən Xəlilovun sözlərinə görə, onlar alternativ yollar axtarırlar. Baş mühasib şirkətin fəaliyyətinin dayanmasının unun qiymətinə təsirini istisna etmir. Amma deyir ki, onlar beş-on günə öz fəaliyyətlərini bərpa etmək niyyətindədilər.

    İlham Xəlilov deyir ki, şirkətin fəaliyyətinin dayanması işçilərin əmək haqqına təsir etməyəcək.

    Qazaxıstan aprelin 1-dən Azərbaycana buğda ixracını dayandırıb. İndi 50 kq-lıq əla növ un 30-31 manata təklif olunur, çörəyin qiyməti isə 10 qəpik bahalaşaraq 40 qəpiyə çatıb.

    «Fatoğlu» istehsal etdiyi taxılın 95 faizə qədərini Qazaxıstandan idxal edirdi.

    Bu günlərdə Kənd Təsərrüfatı Nazirliyi bəyan etmişdi ki, ölkədə hazırda ayrı-ayrı sahibkarlarda 600 minə tona qədər taxıl ehtiyatı var. Nazirliyin Mətbuat Xidmətinin rəhbəri Murtuzəli Hacıyevin sözlərinə görə, ölkə əhalisinin buğdaya bir aylıq tələbatı 129 min tondur: «Bir neçə aya yeni taxıl biçini başlayacaq. Ehtiyatdakı taxıl isə bu müddətdə ehtiyacı ödəyəcək».

    Azərbaycanın il ərzində ərzaq buğdasına olan ehtiyacı təxminən 1 milyon 500 min tondur.

    Ölkədə 50-yə yaxın şirkət xarici ölkələrdən taxıl idxal edir.
    İlham Əliyev mayın 1-də əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair sərəncam imzalayıb. Sənəddə deyilir ki, dünya ərzaq bazarlarında tələbin böyük fərqlə təklifi üstələməsi səbəbindən son vaxtlar ərzaq mallarının qiymətlərində yüksək artım müşahidə olunur. Qeyd olunan qiymət artımı Azərbaycanda da ərzaq məhsullarının bahalaşmasında özünü büruzə verir. Sənəddə Nazirlər Kabinetinə tapşırılır ki, ölkə əhalisinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramının layihəsini üç ay müddətində hazırlayıb prezidentə təqdim etsin./azadlıq radiosu/
    Категория: ÖLKƏMİZDƏ | Просмотров: 1255 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər