Главная » 2008 » May » 3 » TQDK-DA DEYİŞİKLİKLER
08:34 TQDK-DA DEYİŞİKLİKLER |
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 3-də rus bölməsinin abituriyentləri üçün «Azərbaycan dili» fənnindən test imtahanı keçirir. Bu barədə TQDK-nın məlumatında bildirilir. Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki və Qusar şəhərlərində keçirilən imtahanlarda 10143 abituryent iştirak edəcək. Abituriyentlərə «Azərbaycan dili» fənnindən 30 test tapşırığı təqdim ediləcək. İmtahanda «Elektron ərizə»lərini 2008-ci il aprelin 23-nə kimi təsdiq etdirmiş rus bölməsinin abituriyentləri iştirak edəcəklər. «Elektron ərizə»lərini aprelin 23-dən sonra təsdiq etdirən rus bölməsi abituriyentləri «Azərbaycan dili» fənni üzrə iyunun 20-də keçiriləcək imtahanda iştirak edəcəklər. Mayın 3-də keçiriləcək imtahanda «qeyri-məqbul» qiymət alan abituriyentlər, qəbul qaydalarına əsasən, iyunun 20-də keçiriləcək «Azərbaycan dili» imtahanında təkrar iştirak edə biləcəklər. 2008-2009-cu il ölkənin ali məktəblərinə əsas qəbul imtahanlarında iştirak etmək üçün rus dili bölməsi abituriyentinin topladığı bal 10-dan az olmamalıdır. İSLAMINSESİ.AZ |
Категория: ÖLKƏMİZDƏ |
Просмотров: 1832 |
Добавил: media-islam
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|