Cüme, 26.04.2024, 17:49
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » May » 3 » 2 EREB UŞAĞI FELESTİNE 1,8 MİLYON DOLLAR YARDIM ETDİ
    18:26
    2 EREB UŞAĞI FELESTİNE 1,8 MİLYON DOLLAR YARDIM ETDİ
    Kaş eyş-işrətdən başı açılmayan böyüklərə bu bir dərs olaydı…


    Qəzzada çok çətin şəraitdə yaşayan Fələstinli uşaqlara, Birləşmiş Ərəb Əmirliklərindəki qardaşlarından dəstək gəldi. Birləşmiş Ərəb Əmrliklərində yayımlanan «Şarika» kanalı Fələstinli uşaqları dəstəkləmək məqsədiylə "Salam Ey Kiçik" adlı yardım kampaniyası təşkil etmişdir. Kampaniyaya qoşulan iki uşaq fələstinli qardaşlarına 1,8 milyon dollar verəcəklərini açıqladılar.

    Hələ üçüncü sinifdə oxuyan Lara Şankri «Şarika» televiziyasına müsahibəsində "Bu pulu kömək etmək istədiyim üçün verdim. Hər gün Fələstinli qardaşlarımı siyonistlərin işlətdiyi zülmlərə məruz qalarkən seyr edirəm. Bu səbəblə qardaşımla birlikdə bu xeyr əmələ qatılmaq istədim. Mən Suriya mənşəli, BƏƏ vətəndaşı və ürəyi Fələstində olan bir uşağam. Fələstinli qardaşlarımı sevir və onlara kömək etmək istəyirəm" – deyə bildirdi.

    İşaqların adlarının açıqlanmasını istəməyən valideynləri, bu yardımın mənzilinə çatacağı təqdirdə, hər ay bu məbləği kömək olaraq Fələstinə vermək istədiklərini dedilər. Kömək edəcək olan ikinci uşağın adı isə açıqlanmadı. (Filistinhaber)

    Kaş uşaqların bu nəcib əməli eyş-işrətdən başı açılmayan, israfda ad çıxaran, dəvələrin gözəllik müsabiqəsi keçirən böyüklərə bir dərs olaydı…

    Aqşin Əsgərov
    İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
    «Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

    “Deyerler” AİN (www.deyerler.org)


    Категория: Dünyada | Просмотров: 1268 | Добавил: al-shia | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər