Главная » 2008 » May » 4 » MOSKVADA AZERBAYCANLI VE ERMENİ TELEBELER YENİDEN TOQQUŞDU
11:47 MOSKVADA AZERBAYCANLI VE ERMENİ TELEBELER YENİDEN TOQQUŞDU |
Tərəfləri milis güclə sakitləşdirib
Mayın 1-də Moskvada, Rusiya Xalqlar Dostluğu Universitetində (RXDU) keçirilən “Cənub-qərb planeti” adlı xalqlar dostluğu festivalı erməni və azərbaycanlı tələbələr arasında kütləvi əlbəyaxanın yaranma təhlükəsi üzündən dayandırılıb. Bu barədə şənlikdə iştirak edən RXDU-nun tələbəsi məlumat verib. Onun sözlərinə görə, hər şey universitetin səhnəsində Azərbaycanın milli mahnısını erməni mahnısı kimi təqdim edən erməni ansamblının çıxışından sonra başlayıb. Buna dərhal azərbaycanlı tələbələr reaksiya veriblər. Azərbaycan və Türkiyənin bayraqlarını yelləndirən tələbələrimiz “Azərbaycan” sədaları altında erməniləri xalqımızın milli-mədəni varlığını oğurlamaqda ittiham ediblər. Bundan sonra ermənilər təhqiredici anti-Azərbaycan şüarları səsləndirməyə və azərbaycanlı tələbələrdən tərəfə plastik şüşələr atmağa başlayıblar. Azərbaycanlılar da buna eyni üsulla cavab veriblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları isə hadisələrin idarəolunmaz məcraya keçməsindən ehtiyat edərək təxribatların törədilməməsi üçün ermənilərlə azərbaycanlıları hadisə yerindən uzaqlaşdırmağa çalışıblar. (“Trend”) Bu zaman qaradərili tələbələrdən bir neçəsi səhnəyə çıxaraq erməni və azərbaycanlı tələbələri qarşılıqlı anlaşmaya çağırıb. Eyni cəhdi RXDU-nun rektorat nümayəndəsi də edib. O, şənliklərin davam etdirilməsi üçün erməniləri və azərbaycanlıları nizam-intizamı bərpa etməyə çağırıb. Lakin bu çağırışlara rəğmən tərəflər sakitləşməyib və bundan sonra milis onları universitetin binasından çıxarmağa başlayıb. Xatırladaq ki, ötən il mayın 1-də RXDU-da erməni və azərbaycanlı tələbələr arasındakı toqquşmanın qarşısını almaq mümkün olmamışdı. Həmin vaxt ermənilərin silah işlətməsi nəticəsində tanınmış azərbaycanlı idmançı Ağəli Alışov güllə yarası alaraq xəstəxanaya aparılmışdı. Gələn xəbərlərə görə, ermənilər bu dəfə də təxribat törətməyə hazırlaşıbmışlar. Belə ki, onların sayı 500 nəfərdən çox və aralarında RXDU-da təhsil almayanlar da olub. Azərbaycanlıların sayı isə 100-150 nəfərdən çox deyilmiş. Yeri gəlmişkən, Moskva hüquq-mühafizə orqanları tərəfindən hadisə yerində dörd erməni həbs edilib. Onların harada saxlanıldığı barədə hələlik heç bir məlumat yoxdur./yeni musavat/
“Deyerler” AİN (www.deyerler.org)
|
Категория: Dünyada |
Просмотров: 1213 |
Добавил: al-shia
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|