Главная » 2008 » May » 10 » VAHabilik
|
Ötən saylarımızdan birində Milli Təhlükəsizlik Nazirliyinin “Əbu-Bəkr” məscidində keçirdiyi əməliyyat haqda məlumat vermişdik. Həmin əməliyyat zamanı məscidin zirzəmisindən Azərbaycanda yayılması qadağan olunan dini ədəbiyyat, informasiya daşıyıcısı olan külli miqdarda disklər aşkarlanmışdı. O zaman məsələ ilə bağlı qəzetimizə açıqlama verən “Əbu-Bəkr” məscidinin imamı Hacı Qamət Süleymanov aşkarlanan kitabların ona baxmaq üçün verildiyini demişdi. Sonradan rəsmi qurumlar açıqlama verərək bildirdilər ki, məscidin zirzəmisindən götürülən kitablar və informasiya daşıyıcıları olan disklər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təhvil verilib. Adığımız məlumata görə, “zirzəmi əməliyyatı”ndan sonra Bakıda və ətraf rayonlarda vəhabilərin təqibi yenidən şiddətlənib. Nəticədə vəhabi məscidi kimi tanınan “Əbu-Bəkr” məscidinin ətrafında fəaliyyət göstərən çoxsaylı “Müslim-şop”lar qapadılıb. Oradakı dini ədəbiyyat müsadirə olunub. Buna baxmayaraq əməliyyat səngiməyib, əksinə, digər rayonların ərazisində də “Müslim-şop”lara nəzarət gücləndirilib. “Bakıxanov” ticarət mərkəzinin yaxınlığında yerləşən “Roys” ticarət mərkəzində MTN-in keçirdiyi əməliyyat nəticəsində 250-yə yaxın terrorizm və dini ekstremizmi təbliğ edən kitab götürülüb. Kitabların götürüldüyü mağazanın sahibi və 2 işçisi isə saxlanıb. Ticarət mərkəzinin sahibi, əslən Ermənistandan olan Yaqub və onun şəriki Zaman adlı şəxslər də MTN-in rayon şöbəsinə aparılıblar. “Kitab məsələsi” araşdırılarkən, “Əbu-Bəkr” məscidindən də bir neçə şəxsin tutulduğu deyilir. Bəzi məlumatlara görə, “Roys” ticarət mərkəzi hakimiyyətdə yüksək vəzifə tutan məmurlardan birinə məxsusdur. Lakin xəbəri sonadək dəqiqləşdirə bilmədiyimizdən həmin məmurun adını yazmırıq.
Yeni Müsavat |
Категория: Dünyada |
Просмотров: 1340 |
Добавил: media-islam
| Рейтинг: 1.0/1 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|