Şenbe, 27.04.2024, 01:05
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » May » 18 » İSLAM DEMOKRATİYASI DAHA YÜKSEKDEDİR
    15:11
    İSLAM DEMOKRATİYASI DAHA YÜKSEKDEDİR
    Azərbaycan müstəqillik əldə edəndən sonra başqa dövlətlərdən ölkəmizə axı­şıb gələn əcnəbilər ən müxtəlif istiqamət­lərdə fəaliyyət göstərməyə, təbliğat apar­mağa başladılar. Çox keçmədi ki, bu fəa­liyyət nəticəsində həm iqtisadiyyat, həm mənəviyyat, həm də siyasət sahəsində təzyiq və təsirlər özünü göstərdi. Belə zə­rərli fəaliyyətin nəticələrini aradan qaldır­maqda, mentalitetimizə zidd təbliğatın qarşısını almaqda siyasi arenada özünə­məxsus yeri olan Azərbaycan İslam Parti­yasının (AİP) xüsusi rolu var. AİP Xaçmaz rayon komitəsinin sədri Hacı Nazim Məmmədovla söhbətimiz də partiyanın fəaliyyəti, bölgədəki vəziyyət və digər məsələlərlə bağlıdır.
    - Hacı, partiyanın Xaçmaz rayon komitəsi öz fəaliyyətini əsasən hansı istiqamət­də qurub?
    - Əvvəla onu bildirim ki, bu ilin martında mənə etimad göstərərək AİP Xaçmaz rayon komitəsinin sədri seçdilər. Bunun üçün mömin qardaşlarıma bir daha min­nətdarlığımı bildirirəm. O ki qaldı sizin sualınıza, biz hazırda əsasən dini maarif­ləndirmə işləri ilə məşğul oluruq. Dinin gənclərə olduğu kimi çatdırılmasına, onun heç də siyasətdən kənarda olmadığını anlatmağa çalışırıq. Əlbəttə ki, bu istiqamət­də müəyyən uğurlarımız da var.
    - Yeri gəlmişkən, İslami siyasətdə demokratiyanın yerini necə görürsünüz?
    - İslam demokratiyası Qərbin saxta demokratiyasından həmişə yüksəkdə daya­nıb. İslamda belədir ki, xalq yığışaraq özü üçün bir qurum yaradır. Və bu qurumda kiminsə diqtəsi yox, onların sözü keçir. Yəni hər şeyi xalqın istəyi, xalqın iradəsi həll edir. Ancaq İslamdan kənar demokratiyada çox vaxt belə olmur. Kimsə haki­miyyətə gəlirsə, kimlərinsə şərtlərini qəbul etməlidir. Bu isə demokratiya deyil. Ək­sinə, birinin başqası üzərində ağalığının zorla qəbul etdirilməsi, demokratiyanın boğulmasıdır.
    - Yaşadığınız bölgədə əhalinin sosial vəziyyəti, sadə xalqın maddi durumu han­sı səviyyədədir? Kəskin qiymət artımı özünü nə dərəcədə göstərib?
    - Biz rayon camaatı ilə mütəmadi görüşlər keçiririk. Müşahidələrimizə əsasən deyə bilərik ki, ümumən respublikadakı ab-hava Xaçmaz camaatının sosial vəziy­yətinə, maddi durumuna da təsirsiz ötüşməyib. Amma mənə elə gəlmir ki, dünya­dakı bu cür acınacaqlı, xoşagəlməz vəziyyətləri Amerika və sionizm süni şəkildə yaradır. Bunlar hamısı təzyiq mexanizmidir.
    - Bu gün cəmiyyətimizdə mənəvi aşınma prosesinin getdiyi göz önündədir. Siz­cə, belə bir zərərli proses hardan qaynaqlanır?
    - Bizdə mənəvi dəyərlərə həmişə yüksək qiymət verilib. Adət-ənənələrimiz, İs­lam əxlaqı nəsildən-nəslə ötürülüb. İndi də həmin ənənə davam edir. Ancaq bəd­xahlarımız həmişə bu dəyərlərin aşınmasına çalışıblar. Bunun üçün ən müxtəlif və eyni zamanda çirkin metodlardan istifadə edilir. Elə bayaq toxunduğumuz süni qıt­lığın yaradılması da həmin metodlardan biridir. Bununla mənəviyyatımızı, mənliyi­mizi alçaltmağa çalışır, bir tikə çörəyə görə qadınları, qız-gəlinləri öz namuslarını satmağa, abır-həyalarını aradan götürməyə məcbur etmək istəyirlər.
    Digər bir tərəfdən, insanın azad olmasının vacibliyi haqda güclü təbliğat aparı­lır. Əlbəttə, insan azad olmalıdır. Amma Qərb təbliğatında heyvani azadlıqdan söh­bət gedir. Bu cür azadlıq isə insana başucalığı gətirməz. Heyvani xüsusiyyətlərin daşıyıcılarına insan demək olmaz. Bir də ki, müvəqqəti çətinliyə görə istəməzdik ki, kimsə mənəviyyatını, mənliyini itirsin. Peyğəmbərlərimizin, imamlarımızın döv­ründə də çətinliklər olub. Amma buna mərdliklə sinə gəriblər, əqidələrini qoruyub saxlayıblar. Biz də onlardan ibrət götürməli, dədə-babalarımızın bizə əmanət qo­yub getdikləri adət-ənənələri, milli-mənəvi, dini-əxlaqi dəyərləri yaşatmalıyıq.
    - Bu məsələdə televiziya kanallarının rolunu necə qiymətləndirirsiniz?
    - Bu baxımdan telekanallarımız bərbad vəziyyətdədir. Gənclərin mənəviyyatını korlayan, əxlaqını pozan verilişlər çoxdur. Təsəvvür edin ki, valideynlər öz uşaqla­rı ilə birlikdə oturub əxlaqsız bir filmə baxırlar. Bu halda arada olan pərdə tamami­lə götürülür. Bunlar nəinki müsəlmançılığa, ümumiyyətlə insanlığa vurulan böyük bir zərbədir.
    Onu da deyim ki, bizdə regional bir kanal var. Həmin kanalda "İslam dünyası" adlı dini bir veriliş açılıb. Hər həftənin cümə və şənbə günləri bu istiqamətdə veri­lişlər verilir. Hesab edirəm ki, bu, bütün televiziya kanallarına sirayət etməlidir.
    - Torpaqlarımızın işğal günündə İsrail dövləti konsert proqramı təşkil edir, şad­yanalıq tədbirləri həyata keçirməsi, yaxud buna cəhd göstərməsi və üstəlik özünü Azərbaycanın dostu kimi təqdim edir. Sizcə nə baş verir?
    - Bilirsiniz, zalımlar həmişə çalışırlar ki, məzlumların məzlumluğunu unutdur­sunlar. Yəni bizə zülm olunub, torpaqlarımızın 20 faizi işğal edilib. Bədxahlarımız işğal faktını unutdurmaq istiqamətində iş aparırlar. Unutqanlıq siyasəti aparırlar. Məsələn, Xocalının, Şuşanın işğal günlərində düzənlənən konsertlər, buna edilən cəhdlər də həmin siyasətin tərkib hissəsidir. Belə ölkədən heç vaxt dost olmaz. Əgər biz də işğalçı bir ölkənin bu siyasətinin həyata keçirilməsinə şərait yaradırıq­sa, onda Ermənistana, onun təcavüzünə də bəraət qazandırmış oluruq. Digər tərəf­dən bununla millətimiz təhqir olunur. İsrail bizim ərazi bütövlüyümüz məsələsin­də bitərəflik göstərir, biz isə onların şərəfinə park açırıq.
    Emin
    İslaminsesi








    Категория: Müsahibe | Просмотров: 1209 | Добавил: al-shia | Рейтинг: 0.0/0
    Всего комментариев: 1
    23.06.2008
    1. ehmed (ehmed) [Material]
    salam

    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər