Главная » 2008 » May » 21 » Ayetullah Xamenei: Milletlerin Oyanış ve Özüne inamı İmperialist Ölkelere Geri Addım atdırmışdır
16:07 Ayetullah Xamenei: Milletlerin Oyanış ve Özüne inamı İmperialist Ölkelere Geri Addım atdırmışdır |
Dünyanın bu günki şərtləri 20 il əvvəlkinə nisbətən çox dəyişmiş, millətlərin oyanış və özünə inamı Amerika kimi imperialist ölkələrin başçılarına geri addım atdırmışdır.
İran Quran Xəbər Agenliyi İQNA-nın verdiyi xəbərə görə dünən Əridərə Respublika başçısı Isaias Afwerkini qəbulunda günümüz dünyasındakı tarazlıqların dəyişdiyinə diqqət çəkən İslam İnqilabı Rəhbəri Ayətullah Xamenei, millətlərin oyanış və özünə inamının imperialist güclərə geri addım atdırdığına diqqət çəkdi və ‘ölkələri sultacı və sulta altına girənlər olaraq ikiyə ayırmaq məqbul və ədalətli deyil. Asiya, Afrika və Latın Amerikadakı ölkələr öz aralarındakı həmrəylik və əlaqələri genişlədərək bu ankı beynəlxalq vəziyyəti dəyişdirə bilərlər' deyə danışdı.
Özünə inanma və özünə inam duyğularını gücləndirmənin bu günki millət və dövlətlərin ən əhəmiyyətli ehtiyacı olduğunu vurğulayan İslam İnqilabı Rəhbəri, sözlərinə belə davam etdi: Amerika və İsrail, müstəqil ölkələrin bir-birlərinə yaxınlaşmasına şiddətlə müxalifdirlər. Buna görə davamlı olaraq Afrikadakı faciələr və müxtəlif siyasi-etnik qarşıdurmalardakı əsas rolun sahibidirlər.
Əridərə xalqının keçmişdəki mübarizələrinə və İran xalqının bu ölkə xalqı ilə könül birliyi içində olduğuna işarə edən Ayətullah Xamenei, ‘İranın Afrika ölkələrinə dünyagörüşü müsbətdir. İran, Asiya və Afrika ölkələri ilə xüsusilə də bölgədəki qonşu ölkələrlə əlaqələrini mövcud olandan daha çox səviyyədə genişlədib inkişaf etdirməkdən yana bir siyasi anlayışa malikdir.
Respublika başçısı Ahmedinejadın da hazır olduğu bu görüşmədə Əridərə Respublika başçısı Isaias Afwerki isə İran millətinin Əridərə xalqına verdiyi dəstəkdən ötəri təşəkkür etdi və İran İslam İnqilabını bölgədəki ölkələrin müstəqilliyi üçün ilham qaynağı olaraq xarakterizə etdi və ‘İran İslam İnqilabının zəfəri ilə istikbarın saxta ehtişamı ortadan qalxdı' deyə danışdı.
Əridərə Respublika başçısı, İran ilə Əridərə arasında regional və beynəlxalq mövzularda ortaq görüşün meydana gəldiyini və ölkəsinin İran İslam Respublikas(n)ı ilə əlaqələrini genişlətmək istədiyini söylədi.
MEDIA.ISLAM.COM
|
Категория: Müsahibe |
Просмотров: 1326 |
Добавил: al-shia
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|