Cüme axşamı, 02.05.2024, 02:01
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » May » 23 » BAKIDA TORPAĞIN BİR «SOTU»nun QİYMeTİ ORTA HESABLA 24 min 618 DOLLARDIR
    14:18
    BAKIDA TORPAĞIN BİR «SOTU»nun QİYMeTİ ORTA HESABLA 24 min 618 DOLLARDIR
     
     
    «Daşınmaz əmlak bazarının iştirakçıları» ictimai birliyi 2008-ci ilin aprel ayında Azərbaycan paytaxtında torpaq sahələri bazarının vəziyyətinin monitorinqinin nəticələrini açıqlamışdır



        «Day.az» saytının bu təşkilatın təqdim etdiyi məlumatlara istinadən verdiyi xəbərə görə, monitorinq nəticəsində müəyyən edilmişdir ki, torpaq sahələri bazarında qiymətlər artmış, lakin bazarın aktivliyi isə bir o qədər də yüksək olmamışdır.

        Aprel ayının sonu üçün bir sot torpağın qiyməti orta hesabla 3,2% artaraq, 24618 ABŞ dollarına bərabər olmuşdur. Monitorinq nəticəsində məlum olmuşdur ki, Bakı ətrafında olan torpaqların qiyməti nisbətən ucuz olduğuna görə alıcılar üçün daha cəlbedici olmuşdur. Birliyin verdiyi xəbərə görə, tələbatın böyük olması səbəbindən Bakı ətrafında olan torpaq sahələrinin də qiymətləri artmağa başlamışdır.

        Aprel ayında qeyri-yaşayış sahələrinin qiyməti də əvvəlki ayla müqayisədə 3,3%, ilin əvvəli ilə müqayisədə 23,4%, keçən ilin müvafiq dövrü ilə müqayisədə isə 38,6% artmışdır. Və hal-hazırda Bakıda olan qeyri-yaşayış sahəsinin 1 kvadrat metrinin qiyməti orta hesabla 3417 ABŞ dollarıdır.

        Aprel ayında kommersiya sahələrinin icarəsinin dəyəri 3%, kommersiya obyektlərinin qiyməti isə 3,3% artmışdır. Bu sahələr üzrə təkliflərin payı keçən ayda 12,1% artmasına baxmayaraq, bağlanmış müqavilələrin sayı 1,5% azalmışdır. (Teymur Hüseynov,«Day.az»)

    Категория: ÖLKƏMİZDƏ | Просмотров: 4529 | Добавил: media-islam | Рейтинг: 1.5/2
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər