Главная » 2008 » May » 25 » Çinde yene zelzele baş verib
17:58 Çinde yene zelzele baş verib |
Yeraltı təkanlar Pekində də hiss edilib
Çinin cənub şərqində, Sıçuan əyalətində yeni güclü zəlzələ baş verib. Sinxua agentliyinin yaydığı məlumata görə, yeraltı təkanların gücü 6,4 bal gücündə olub, titrəmələr hətta Pekində də hiss edilib. Seysmoloqların məlumatına görə, bu mayın 12-də baş vermiş əsas zəlzələnin sonradan təkrarlanmalı olan 100 yeraltı titrəmələrdən biridir.
Xatırladaq ki, Siçuan əyalətində baş vermiş zəlzələ nəticəsində həlak olanların sayı 60 mini ötüb. Yaralı sayı 247 645, itkin düşənlərin sayı isə 32 361 olaraq qeydə alınıb.Bir neçə gün bundan əvvəl isə epidemiya ehtimalının qarşısını almaq üçün cəsədlər yandırılmağa başlayıb. Əyalət rəsmiləri ölənlərin 80 faizinin cəsədinin tapıldığını və epidemiya xəstəlik ehtimalına qarşı bu cəsədlərin yandırıldığını açıqlayıb. Bundan başqa, cəsədlərdən DNT nümunələrinin alındığı və ölənlərin şəxsiyyətlərinin daha sonra təsdiq ediləcəyi bildirilir. /ANS PRESS/
|
Категория: Dünyada |
Просмотров: 1650 |
Добавил: al-shia
| Рейтинг: 5.0/1 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|