"Milli-Mənəvi Dəyərlər İctimai Birliyi" bu gün saat 18:00-da "HYAT Recens-in konfrans mərkəzinin Quba" zalında "Şam İşığında Dua" adlı bədii gecə təşkil edib.
Tədbirdə bir çox alimlər iştirak ediblər. O cümlədən, İslam alimləri, Türkiyədən təşrif gətirmiş qonaqlarda məclisə qatılıblar.
Tədbirdə Qarabağ, Fələstin, İraq, Əfqanıstan və dünya məzlumları yad olunub, zülmkar rejimlərin terrorlırını əks etdirən video film yayınlanıb.
Diqqətinizə çatdıraq ki, İslam-Azeri.az-ın informasiya dəstəyi ilə keçirilən tədbir bizim radio.net vasitəsi ilə internetdə canlı olaraq yayımlanıb.
Tədbirin açılışı Quran ilə olub. Daha sonra Hacı Mehdi Şəhidlər adlı mahnını oxuyaraq şəhidlərin yad edilməsinə zəmin yaradıb.
Daha sonra Hacı Soltan tədbirinin bədii proqramının açılışını edib.
Daha sonra Cəfəri qrupu ilahi mahnı ilə çıxış etdilər.
Bəddi gecənin təşkilatçılığını üzrəinə götürmüş Milli-Mənəvi Dəyərlər İctimai Birliyinin sədri Hacı Abgül çıxış üçün səhnəyə dəvət edilib.
O öz növbəsində məclis iştirakçılarına tədbirə təşrif buyurduqlarına görə təşəkkür edərək çıxışını məclisdə alim Höccətülislam vəl müslimin Ocaq Nejadın olmasına görə xülasə etdiyini bildirib.
Tədbirə hədis və quran ayələri ilə nuraniyyət verən Höccətülislam vəl müslimin Ocaq Nejad bir neçə mətləblərə işarə edib.
Türkiyədən gəlmiş qonaq İsra Mədəniyyət Mərkəzinin rəhbəri, Velfecr xəbər portalının baş redaktoru və yazarı Nürəddin Şirin Allahu Təalanın Hz. Fatiməni bir "Kövsər" olaraq İslam Ümmətinə lütf etdiyini ifadə edərək: "bütün tarix boyunca İslam və müsəlmanların izzətini, Hz. Zəhranın bərəkətində görürük. Zülmə, zalıma, işğalçıya qarşı olan ədalət mübarizələrində Hz. Zəhranın bərəkətini görürük. Əgər bu gün yer üzündə bir İslam İnqilabı reallaşmışsa, əgər bu gün zamanın fironlarının, Nəmrud və Əbu Cəhllərin başı önə əyilmişsə, İslam Ümmətinin azadlıq qapısı açıldısa, əgər bu gün məğlub olmazlıq zirehinə bürünən sionist İsrail rejimi Hizbullah döyüşçülərinin əlindən tarixinin ən ağır məğlubiyyətini dadırsa, bu gün Amerika, İsrail və İngiltərə şeytan üçbucağının ömür ulduzları sönməyə başladısa, bütün bunlar Hz. Zəhranın bərəkətlərindəndir. Çünki, Hz. Zəhranın övladları, Allahın Aslanının övladları, Hüseynin və Kərbəlanın uşaqları, Zəynəbin Abbasın qardaşları, dünən Kərbəlada olduğu kimi, bu gün də indiki vaxtda istikbar, tüğyan və zülmü ortadan qaldırmaq üçün ayağa qalxdılar. Allaha verdikləri sözə sədaqət göstərərək İslamı və müsəlmanları müdafiə etmənin ən görkəmli bir mübarizəsini davam etdirməkdədirlər" -deyib.
Tədbirdə filmlər, şerlər və hüzünlü mahnılar məclis iştirakçılarına mənəvi dəstək olub.
İslam-Azeri
|